Аннотация

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Şəppəli” və “Quru budaq” təqdim edilib. “Şəppəli”də sovet dövrünün tipik xarakterlərindən biri – hesabdar Şəppəlinin, rüşvət üstündə işdən qovulan doxtur Məmmənin başına gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən başlayan konflikt isə “Quruyan budaq”ın əsas mövzusudur.

Аннотация

Əsərdə Əmir Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.

Аннотация

Romanı Ermənistanla I Qarabağ müharibəsi illərinin başlanğıcında Azərbaycanın daxilində baş verən hadisələrdən bəhs edir. Eyni zamanda, “İdeal” romanından bizə tanış olan mərhum Səməd Rəhimlinin ruhu ilə (daha doğrusu, bizim təsəvvürümüzdə fantastik olan “o dünyadan” gəlmiş Səmədlə) oğlu, polis işçisi Səminin arasında gərgin, dramatik, elmi mübahisədən danışılır. Romanın adı – “Qəbiristan” kəlməsi həmin elmi mübahisədən doğan nəticədir.

Аннотация

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan və öz əsərləri ilə nəsr tariximizdə əhəmiyyətli yer tutmuş İsa Muğannanın bu kitabında onun yaradıcılığının müxtəlif mərhələlərinə aid nümunələr toplanıb. Burada insanlara ayama qoşan, hər zaman həqiqəti söyləyən, ətrafını saflaşdıran və qorxudan Kollu Koxanın kaloritli obrazıyla qarşılaşacaq, məşhur “Kollu Koxa” povestini oxuya biləcəksiniz. Bununla yanaşı, kitabda yazıçının yaradıcılığının çoxşaxəli olduğunu göstərən “Qayım qaya” kimi rəmzləşdirmə modeli, “Elan: İsa Hüseynov özünü axtardı, tapmadı” zarafatının yer aldığı “Yazıq” essesi kimi bir çox maraqlı nümunələr də dərc olunub.

Аннотация

İsa Muğannanın 2009-cu ildə yazılmış, lakin sağlığında müəyyən səbəblərdən çap edilməyən "Türfə" romanı ilk dəfə nəşr edilir. Roman müəllifin SafAğ elmi silsiləsində yazılan əsərlərin sonuncusudur. Dini-fəlsəfi mövzuda olan bu əsərdə İslam dinində olan təhriflərdən və Nəqşibəndilikdən bəhs edilir.

Аннотация

Romanda da yazıçı SafAğ elmini ODƏR dilində dərk etməyə çağırır. Onun inamına görə təhrif olunmuş adların bərpası millətin qurtuluş simvoludur. Təhrif olunmuş tarix bizim gələcəyimizin təhrif olunmasına gətirib çıxardır. Ona elə gəlir ki, keçmişin təhrifləri gələcəyin təhrifi olur. Fal kitabında olduğu kimi, keçmiş gələcək zamanı proqramlaşdırır. Oxucular bu əsərlə Azərbaycanın aşıq ədəbiyyatına fərqli prizmadan baxmağa dəvət olunur…

Аннотация

Dahi şair Nizami və Atabəy hökmdarı Məhhəməd Cahan Pəhləvanın XII əsr Azərbaycanı təsvir olunur. Atabəylər sarayında, Azərbaycanın siyasi dairələrində gedən proseslərə işıq salınır. Bu əsərdə Nizami Gəncəvi “axeylərin” rəhbəri olaraq qeyd olunur. Və Nizami Gəncəvinin dilindən tarixi sirlərə, OdƏr həqiqətlərinə işıq salınır, SafAğ elminin əsaslarına toxunulur.

Аннотация

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir. “Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir.

Аннотация

Azərbaycan ədəbiyyatında detektiv janrın banisi kimi tanınan Cəmşid Əmirov əlinizdə tutduğunuz bu kitabla yanaşı “Qara volqa”, “Şəhər yatarkən”, “Sahil əməliyyatı” əsərlərinin, “İstintaq davam edir” filminin ssenari müəllifidir. Cəmşid Əmirov 1962-ci ildə qələmə aldığı “Brilyant məsələsi” povestinin baş qəhrəmanlarını – qumarbaz Yədullanı və Zerkola Klaranı (Klara Yusifzadə, red.) əsərə real həyatdan gətirib. Povest boyunca oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman vermədən onları təqib edən personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini qarışıq cinayət hadisələrinin düz ortasında tapırlar. Əsərlərində dolğun həyat cizgilərinə önəmli yer ayıran yazıçının “Brilyant məsələsi”ndə də DTK (Dövlət Təhlükəsizlik Komitəsi; rusca КГБ, red.) sistemində çalışan yaxın dostlarının köməkliyi ilə (Cəmşid Əmirovun atası – Çingiz Əmirov Ədliyyə polkovniki idi, red.) arxivlərdə qorunan real istintaq materiallarına, habelə, təcridxanalardakı məhbusların ifadələrinə istinad etdiyini görmək mümkündür. Povestin kulminasiyalarına doğru Yədullanın sovet milisi tərəfindən ifşa olunmasından bəhs edən fəsillər maraqlı səhnələrdən biridir. Qumarbazın sonrakı taleyi necə olacaq? O, həbsdən qaçıb canını qurtara biləcəkmi? Mənzil oğurluğu ilə Klaranın əlaqəsi varmı? Ev sahibəsinin telefon danışıqları nə üçün dinlənilirdi? İttiham olunan şəxsin günahsız olduğu sübuta yetiriləcəkmi? Oxucular bütün suallara əsəri oxuyarkən cavab tapa biləcəklər.

Аннотация

Məlik Məmmədli nağıl qəhrəmanı olan sələfi Məlikməmməddən fərqli olaraq şah oğlu deyil. Adi jurnalistdir. O, ağ qoça minib işıqlı, qara qoçu minib qaranlıq Azərbaycana düşür. Ağ qoçun gətirdiyi Azərbaycan cənnəti xatırladır. Torpaqlarımız işğaldan azad olunub, Bakı ən müasir şəhərə çevrilib. Bayramlar, mədəni tədbirlər göz və könül oxşayır. Məlik müəllimin ailəsi də hamı kimi xoşbəxtdir. Qara qoç qəhrəmanımızı üç zonaya ayrılmış qaranlıq Azərbaycana atır. Nəinki bir ölkə, nəinki bir şəhər, hətta bir ailə də parçalanıb. Ana qara çarşabı ilə islamçılar ölkəsində, oğul alnı ulduzlu despot kommunizmdə, qız bədəni ilə pul qazandığı vəhşi kapitalizmdə… Və bir-biri görmək istəmirlər. Lakin çıxış yolu həmişə var. Ağ qoç Xəzərin sahilindədir. Yazıçının utopik və distopik janrların hər ikisindən bir arada istifadə etdiyi roman “Aqibətimizin yaxşı olması üçün nə etməliyik?” sualının cavabıdır. Əsər “Məlikməmməd” nağılı üzərində qurularaq çağdaş nəsr prinsiplərinə uyğun oxunaqlı dillə qələmə alınıb.