Аннотация

Qadın o ağappaq gecədə biryolluq getdi. Qəribədir, adımı da anmadı .Hər kəlməsində ehtiras, məhəbbət süzülən bu qadın elə bil məni itirmək üçün gəlmişdi. Bəlkə o xəyalən mənim saçlarımı görmüşdü o ağappaq otağımda. Ürəyimin göynəməsindən ehtiyat edib, biryolluq cavanlığını yaddaşında qoruyacaq. O ağappaq gecede ağlıma gəlməzdi, bir gün saçların qırovlaşacaq. Cavanlıq köç edəcək. Necə sevişməli Seks: işıqlar və kölgələr. İntim oyundan sonra Soyuq qadın Yaxınlığın harmoniyası

Аннотация

1823-cü il ilin iyul ayında Məhəmmədəli xristianlığı qəbul etdi və beləliklə, dönüb Aleksandr Kazımoviç oldu. Amma Məhəmmədəlinin qəlbində qaynayan burulğanlar susmaq bilmirdi… “Atamın Dərbənddə düşməni çoxdur, eşitsələr ki, onun oğlu kafir olub, Allaha dua edəcəklər”… – deyirdi. Kitab Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin şərəfli və çətinliklərlə dolu həyatından bəhs edir.

Аннотация

Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib.

Аннотация

Tarixi romanlar müəllifi olan Əzizə Cəfərzadənin “Gülüstan”dan öncə romanı Sisianovun başçılığı ilə rus qoşunlarının Mustafa Xan Şirvaninin üzərinə hücumundan, onun məcburiyyət qarşısında Şirvanı tərk etməsindən, Cavad xanın həlakından bəhs edir. Bütün bu tarixi qırğınlar, əhəmiyyətli hadisələr fonunda yaşanan Teymuraz xanın böyük sevgisi gözəl hislərin şah-rəiyyət tanımadığını bir daha sübut etmiş olacaq.

Аннотация

Romanda Azərbaycanın keçmiş Cavad-Qaradonlu-Şirvan ərazisində baş ve¬rən hadisələrdən, ailə-məişət məsələlərindən, əski adət-ənənə-lərdən bəhs edir. Romanda səsi vala yazılmış Azərbaycanın ilk qadın xanəndəsi Mirzə Güllərin də həyatına nəzər salınır.

Аннотация

“Bir çox tarixi romanların müəllifi olan Əzizə Cəfərzadənin “Bəla” romanı Səfəvilər dövlətinin tarixinin bir mərhələsindən – Məhəmməd Xudabəndənin hakimiyyətə gətirilməsi və bu dövrdə baş verən hadisələrdən bəhs edir. Əsərdə I Təhmasibin böyük oğlu olan Xudabəndənin xarakteri, Allah adamı olması, döyüş və qan sevməməsi təsvir edilir. Şah o olsa da, hakimiyyəti əslində, xanımı – kişilər qədər cəsur Xeyrənisa bəyim idarə edir. Romanı oxuduqca ölkədə davam edən sünni-şiə mübarizəsindən, bunun uğruna tökülən qanlardan, hətta böyük bir sevginin belə, məzhəb davasına və siyasətə qurban verilməsindən xəbərdar olacaqsınız.

Аннотация

Kiyеv təhsil illərinin müşahidələrindən dоğan “Studеntlər” rоmanı Y.V.Çəmənzəminlinin ictimai fikir mеydanında söylədiyi öz sözü, öz mülahizələri olub. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Аннотация

“Qumarbazın arvadı” toplusunda XX əsrin tanınmış qələm ustalarından olan Yusif Vəzir Çəmənzəminlinin müxtəlif illərdə yazdığı hekayələr toplanıb. Bu hekayələrdə yazıçı öz əsrinin dəqiq müşahidə etdiyi ən xarakterik tiplərini, hadisələrini, dəyişikliklərini əks etdirdiyindən oxuduqca özünüzü o mühitin və dövrün içində hiss edəcəksiniz.

Аннотация

“Qızlar bulağı” Yusif Vəzir Çəmənzəminli yaradıcılığında xüsusi yer tutur. “Nağıl içində nağıl” motivini xatırladan əsər Çoponun həyatının üç fərqli dövrünü əhatə edir. Çopo bütün həyatı boyu sanki dönüb-dolaşıb “Qızlar bulağı” ətrafında fırlanır. Çoponun mühafizəkarlıqdan kənar, azad mühiti eyni zamanda Azərbaycan milli kimliyini də ifadə edir. Yusif Vəzir Çəmənzəminlinin repressiya qurbanına çevrilməsinin əsas səbəblərindən biri kimi göstərilən bu roman günümüzdə də aktuallığını qoruyur.

Аннотация

Tarixi romanlar müəllifi, Cənubi Azərbaycan yazıçısı Pənahi Makulunun bu əsəri XX əsrin əvvəllərində Azərbaycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət Şeyx Məhəmməd Xiyabaninin həyatına həsr olunmuşdur. Əsərdə həmin dövrdə baş verən milli azadlıq hərəkatı, xalqın mütləqiyyətə qarşı mübarizəsi çoxlu zəngin faktlarla təsvir olunur. Roman oxucunun diqqətini xalqın vəhdətinə yönəldərək, vahid Azərbaycan ideyasını təbliğ edir.