Аннотация

Аннотация

Аннотация

Аннотация

Аннотация

Görkəmli nasir, publisist, dramaturq xalq yazıçısı Anarın «Seçilmiş əsərləri»nin bu cildinə müxtəlif illərdə qələmə aldığı «Asılqanda işləyən qadının söhbəti», «Taksi və vaxt», «Gürcü familyası», «Mən, sən, o, və telefon», «Yaxşı padşahın nağılı», «Dantenin yubileyi», «Keçən ilin son gecəsi», «Ağ liman» hekayə və povestləri daxil edilmişdir.

Аннотация

Tanınmış yazıçı Anarın “Sizsiz” əsəri xatirə-romandır. Bu əsəri oxumaqla yazıçını və onun ailəsini yaxından tanımaq mümkündür. Əsərdə atası Rəsul Rza, anası Nigar Rafibəyli haqqında yazılmış həqiqi hekayələr yer alıb. Anar bu əsərində sevinc, kədər, xəstəlik, vəfa kimi bəşəri mövzularla mədəni dairələrimizdəki ideal və örnək ailənin cizgilərini müəyyən edib. “Sizsiz” – səmimiyyətlə intellektuallığın vəhdətindən yaranan əsərdir.

Аннотация

Məlik Məmmədli nağıl qəhrəmanı olan sələfi Məlikməmməddən fərqli olaraq şah oğlu deyil. Adi jurnalistdir. O, ağ qoça minib işıqlı, qara qoçu minib qaranlıq Azərbaycana düşür. Ağ qoçun gətirdiyi Azərbaycan cənnəti xatırladır. Torpaqlarımız işğaldan azad olunub, Bakı ən müasir şəhərə çevrilib. Bayramlar, mədəni tədbirlər göz və könül oxşayır. Məlik müəllimin ailəsi də hamı kimi xoşbəxtdir. Qara qoç qəhrəmanımızı üç zonaya ayrılmış qaranlıq Azərbaycana atır. Nəinki bir ölkə, nəinki bir şəhər, hətta bir ailə də parçalanıb. Ana qara çarşabı ilə islamçılar ölkəsində, oğul alnı ulduzlu despot kommunizmdə, qız bədəni ilə pul qazandığı vəhşi kapitalizmdə… Və bir-biri görmək istəmirlər. Lakin çıxış yolu həmişə var. Ağ qoç Xəzərin sahilindədir. Yazıçının utopik və distopik janrların hər ikisindən bir arada istifadə etdiyi roman “Aqibətimizin yaxşı olması üçün nə etməliyik?” sualının cavabıdır. Əsər “Məlikməmməd” nağılı üzərində qurularaq çağdaş nəsr prinsiplərinə uyğun oxunaqlı dillə qələmə alınıb.