Скачать книгу

uzun saçlarını sığalladı. – Lap anasıdır durub! Sən isə, Eliza, dünyadakı bütün qadınların ən gözəli, ən mehribanısan. Ancaq niyə tanıdıq biz bir-birimizi?!

      – Elə demə, Corc!

      – Nə gözləyir bizi, Eliza? Bədbəxtlik, yalnız bədbəxtlik! Mənim həyatım yovşandan da acıdır. Məhv oluram mən. Mən səni də öz arxasınca uçuruma sürükləyən yazıq, zavallı quldan başqa bir şey deyiləm. Bilik qazanmağın, nəyəsə can atmağın bir lüzumu varmı? Yaşamağın nə mənası? Bircə tezliklə ölüb getsəydik, biryolluq canımız qurtarardı!

      – Bu günahdır, Corc! Bilirəm, fabrikdən ayrılmaq sənə çox ağırdır, ağan da qəddardır, ancaq döz, bəlkə…

      – “Döz” – Corc onun sözünü ağzında qoydu. – Məgər mən azmı dözmüşəm? O məni heç nəyin üstündə fabrikdən götürəndə, məgər mən bir söz dedimmi? Orda xətrimi necə istəyirdilər. Qazancımın hamısı ona gedirdi, axırıncı sentinə kimi, heç kəs də mənə irad tutub deyə bilməzdi ki, pis işləyirəm.

      – Bəli, bu dəhşətdir… Ancaq hər necə olsa da, o sənin ağandır axı.

      – Mənim ağam! Kim qoyub onu mənim üstümə ağa? Bax, məni hövsələdən çıxarıb dəli edən elə budur. Nə ixtiyarla o mənə hökm eləməlidir? Mən də onun kimi insan deyiləmmi? Xeyr, onun kimi yox, hələ ondan da artıq! İşlərdən ondan da yaxşı baş çıxarıram. Mən daha sürətlə oxuyur, daha səliqəli yazıram. Bütün bunlara görə mən heç də sahibkara yox, ancaq özümə minnətdaram. Mən onun iradəsinə zidd olaraq savad almışam. Onun haqqı varmı, məni bir yük atına çevirsin, məni işlə məşğul olmaq imkanlarımdan məhrum eləsin – özü də o işlə ki, onun nə ağlı çatır bu işə, nə də dərrakəsi. Axı, indiki işimdə heç heyvan da işləməz! O istəyir mən boyun əyim, istəyir alçalım və qəsdən məni ən ağır, ən çətin işlərə göndərir.

      – Corc, Corc! Qorxuzma məni! Sənə nə olub? Sən heç vaxt belə danışmazdın! Mən qorxuram… Sən nəsə dəhşətli bir şey fikirləşmisən… Mən hər şeyi anlayıram, ançaq sən səbirli ol, mənim xətrimə, Harrinin xətrinə!

      – Mən çox səbir eləmişəm, çox dözmüşəm, ancaq getdikcə günlər bir-birindən daha ağır gəlir. İnsan gücü belə həyata tab gətirə bilməz! O məni lağa qoymağa, təhqir etməyə fürsət gəzir. Mən də fikirləşirdim ki, yaxşı işləyəcəyəm, susacağam, boş vaxtımı isə biliyə, kitab oxumağa sərf edəcəyəm. Lakin görür ki, işin öhdəsindən gəlirəm, elə hey bir yandan artırır. “Sən sussan da, içində bir iblis gizlənib, deyir, bu iblisi təmiz suya çəkmək lazımdır”. Nə olar, cinimin başıma vuracağı gün uzaqda deyil, onda bunun əziyyətini birinci yalnız o özü çəkəcək!

      – Aman Allah! Biz neyləyək indi? – Eliza kədərlə səsləndi.

      – Bax, elə dünən, – Corc davam elədi, – mən arabaya daş yükləyirdim, sahibkarın oğlu gənc mister Tom isə yanımda dayanıb qırmancı şaqqıldadır, at diksinib bir yerdə qərar tuta bilmirdi. Mən ondan nəzakətlə xahiş etdim ki, dayansın – kimə deyirsən?.. Bir də xahiş elədim. Neyləsə yaxşıdır? Başladı məni şallaqlamağa! Əllərindən yapışdım, o isə qışqıra-qışqıra təpik atmağa başladı mənə. Sonra da atasının yanına şikayətə götürüldü ki, guya mən vurmuşam onu. Atası hirslənib özündən çıxdı: “İndi bilərsən kimdir sənin ağan?!” – o bağırdı. Məni ağaca bağlayıb çubuq sındırdı və mister Toma: “Yoruluncaya qədər döyəclə bunu”, – dedi. O isə canla-başla hazır idi… Bir vaxt yada salarlar bu günü onlar! – Cavan mulat üz-gözünü turşudub gözlərini elə ağartdı ki, arvadı qorxusundan səksəndi. – Kimdir bu adamı mənim üstümə qəyyum qoyan – bax, bircə bunu bilmək istəyirəm!

      – Mən isə… – Eliza hüznlü-hüznlü dilləndi, – mən isə həmişə fikirləşirdim ki, hər işdə öz ağalarıma itaət göstərməyə borcluyam.

      – Səninki başqadır. Onlar səni öz övladları kimi boya-başa çatdırıblar, yediriblər, geydiriblər, qayğını çəkiblər, oxuyub-yazmaq öyrədiblər. Onların ixtiyarı çatır… Mənim gördüklərim isə ancaq kötək olub, şapalaq, söyüş olub axı… Və hərdənbir sevinmişəm ki, nə yaxşı yaddan çıxmışam, unudulmuşam. Öz ağama mənim heç bir borcum zadım yoxdur. Onun mənə çəkdiyi xərci artıqlamasıyla, lap yüz qat artıq ödəmişəm. Yox, bəsdir, daha dözdüyüm! Bəsdir! – Corc yumruqlarını düyünləyib qışqırdı.

      Eliza susurdu. O, ərini heç vaxt belə görməmişdi və onun borc anlayışı Corcun qəzəbinin, hirsinin təzyiqi altında bir qamıştək əyilməkdəydi.

      – Hələ sənin hədiyyən – zavallı balaca Karlo! – Corc təzədən danışmağa başladı. – Bu küçük mənim yeganə təsəllim idi. Mənimlə bir yatır, gündüzlər bir addım da yanımdan aralı düşmürdü, gözləri isə elə ağıllıydı ki, sanki hər şeyi anlayırdı. O gün mətbəxdən yemək artıqlarını, qırım-qırıntıları yığıb onu yedizdirirdim. Sahibkar bunu görüb nə desə yaxşıdır: “Mənim hesabıma yedizdirirsən? Əgər hər zənci bir it saxlasa, mən müflis olaram ki”. Əmr edib itin boğazına daş bağlatdı və göldə boğdurdu.

      – Corc! Sən də buna razı oldun, eləmi?

      – Mən? Sən nədən danışırsan? Heç məndən soruşan oldumu, de. Onlar Tomla birgə yazıq Karlonu suya atıb daşlamağa başladılar, o isə elə yazıq-yazıq baxırdı mənə, sanki soruşurdu: “Nolub, niyə kömək eləmirsən?” Yenə də döyülən mən oldum: iti suda boğmaq istəmədiyimə görə. Qoy döysünlər! Gün gələr, sahibkar anlayar ki, mənim kimilərini kötəklə ram etmək olmaz. Qoy özünü gözləsin, yoxsa, onunçün pis olacaq!

      – Sən nə fikirləşmisən, Corc? Qəlbini günaha batırma! Ümidini Allaha bağla, o səni bu bəlalardan qurtarar.

      – Mən sən deyən mömin xaçpərəst deyiləm, Eliza. Mənim ürəyim kinlə doludur. Əgər Allah belə ədalətsizliyə göz yumursa, mən ona ümid bağlaya bilmərəm.

      – İnamı itirmək olmaz, Corc! Mənim xanımım deyir ki, hətta ən ağır günümüzdə belə biz inanmalıyıq ki, Allah nə eləyirsə, bizim xoşbəxtliyimiz naminə eləyir.

      Faytonlarda gəzən və yumşaq divanlarda nazlananlar üçün belə demək asandır! Mənim yerimdə olsaydılar, onlar ayrı hava çalardılar. Mən məmnuniyyətlə xeyirxah, yaxşı adam olardım, ancaq alınmır. Ürəyim sinəmdə qovrulur, itaət edə bilmirəm. Sənə deyilməli sözlərim var, eşitsən sən də tabe olmayacaqsan. Sən hələ çox şeylərdən xəbərsizsən.

      – Aman Allah! Sən nədən danışırsan?

      Bax, məsələ belədir. Axır vaxtlar sahibkar tez–tez eşitdirirdi ki, guya nahaq yerə mənim kənardan evlənməyimə razılıq verib, çünki o, mister Şelbiyə və onun bütün dostlarına nifrət edir, guya onlar təkəbbürlüdürlər və onunla dostluq etmək istəmirlər, mən de guya sənə görə dikbaşlıq edirəm. O, məni hədələyirdi ki, bir daha bura buraxmayacaq, özümü də bizimkilərdən birilə evləndirəcək. Əvvəllər bunları boş hədə-qorxu kimi qəbul edirdim, ancaq dünən mənə Minayla evlənməyi və onun daxmasına yığışmağımı əmr elədi. Razı olmasam, Cənuba satacağıyla hədələdi.

      – Axı, sən mənimlə kəbinlisən,

Скачать книгу