Скачать книгу

– Qrdzelo soruşdu. Niko isə az qaldı gizləndiyi kolluqdan çıxıb qışqırsın: “O təkdir, yanında heç kim yoxdur.” “Nə olub, qorxursan?” – leytenant Qrdzeloya sataşdı. Qrdzelo isə Georgi Uparaşviliyə tərəf döndü: “Əgər vuruşmağa gəlirdiksə, gərək çox adam gətirəydik.” Amma dəstədə adam əksinə, lazım olandan daha çox idi. “Hamıdan çox sən ehtiyatlı olmalısan,” – Aramindara Qrdzeloya dedi, “Bizdən keçən sənə gələcək.” “Narahat olma, güllə nəyinisə aparsa, Naskidadan təzəsini alar.” – Qrdzelonun yerinə Nesva cavab verdi. “Bəlkə güllə elə şeyi aparacaq ki, o Naskidada yoxdur?!” Hamı gülüşdü. Leytenant hirslə dedi: “Bəsdir, zarafatlaşmaq yeri deyil. İş ciddidir, kilsədəki banditləri tutmaq lazımdır, hər neçə nəfərdilər.” “Bəlkə heç kilsədə heç kim yoxdur?” – Qrdzelo dedi. “Yox, kimsə olmalıdır axı.” Leytenant nə üçünsə həyəcanlandı. Heç kim cavab vermədi. Hamı sakit dayanmışdı. Birdən-birə hamının əhvalı korlandı. Hamı gözlərini yerə dikdi. Hava sakit idi, bitkilərin xoş rayihəsi ətrafa yayılmışdı. Atlar ayaqlarını tərpətdikcə yerdən toz qalxırdı. Kim deyərdi ki, onlar birazdan adam öldürəcəklər!

      Sonra tələsə-tələsə atları Qogiyaya tapşırıb yarıuçuq kilsəni mühasirəyə aldılar. Kilsənin uçuq damından tüstü qalxırdı. Amma külək tüstünün düz qalxmağına imkan vermir, onu dağıdıb əsdiyi səmtə yayırdı. Qogiya altı atın yüyənini əlində sıxıb həyəcanla kilsəyə baxırdı. Eyni zamanda Niko da. Amma Niko Qogiyanın gördüklərindən əlavə də başqa şeylər görürdü – biri elə Qogiyanın özünü. Niko hər şeyi görürdü: Nikonu da, kilsəni də, kilsəni mühasirəyə alan milisləri də, kilsənin damından çıxan tüstünü də… Onun özünü isə heç kim görmürdü. O hər şeyi görsə də, özü görünməz idi. Atlardan biri milçəyi qovmaq üçün başını tərpədib fınxırdı. Əlində revolverini hazır saxlayan leytenant hirslə Qogiyaya baxdı. Qogiya həmin vaxt milislərlə bir yerdə olduğunu yadından çıxartıb dayısının söhbətlərini xatırlayırdı. “Ümidimizi itirmişdik ki, at arabasının zənglərini eşitdik…” Qogiyanın xəyalında həmin zənglər səslənən vaxt at fınxırdı və Qogiya leytenantın hirsli nəzərlərini üstündə hiss etdi. Özünü elə itirdi ki, heç bilmədi atları necə sakitləşdirsin. O bu saat əziyyət çəkirdi: bir tərəfdən çiynindəki qoşalülə onu əzirdi, bu biri tərəfdən də atlar yüyənlərini dartışdırırdılar.

      “Təslim olun, siz mühasirədəsiniz!” – leytenant gücü gəldikcə qışqırıb kilsənin divarına bir güllə atdı.

      Güllə atılan kimi atlar hürkdülər, yüyənləri elə dartdılar ki, az qala Qogiyanın qolunu qopardacaqdılar (Ah, kaş ki… kaş ki!). Qoşalülə çiynindən sürüşdü, qundağı torpağa oturdu, amma Qogiya onun qayışından tutub aşmağa qoymadı, bu tərəfdən də bu atlar. Qogiya odla su arasında qalmışdı, müvazinətini saxlamaq üçün ya tüfəngi buraxmalıydı, ya da atları. Qıraqdan ona baxan Nikonun başı gicəlləndi, bir anlıq harda olduğu da, kilsənin içindəki quldur da, bu milislərin o qulduru tutmaq üçün gəldikləri də yadından çıxdı. Güllənin səsi hələ də onun qulaqlarındaydı, kilsənin divarına dəyəndə çıxan toz hələ yatmamışdı, bu yandan leytenantın səsi gəldi: “Atəş açmayın! Atəş açmayın!” Niko özünə gəlib ətrafa baxdı: Qogiya diz üstündə oturmuşdu, onun ətrafını toz bürümüşdü, atlar görünmürdülər, kimsə ona tərəf qaçırdı. Niko axı onu görmüşdü, o qulduru görmüşdü, hətta onunla söhbət də eləmişdi. O isə başıaçıq, yaxası açıq halda Qogiya olan tərəfə qaçırdı, hamı da onu görürdü. “Atəş açmayın! Vurmayın!” – deyə leytenant qışqırırdı. Sonra hər şey qarışdı. Bu dəfə Niko güllənin səsini eşitmədi, amma quldurun vurulduğunu bütün bədəniylə hiss etdi. Güllə dəyəndə quldur səntirlədi, bir ayağı üstündə dayanmağa çalışdı, əlləri qanad kimi açılıb havada süzdü. Amma o uçaq bilmədi, torpağa yıxıldı. “Sən, görürəm ki, yaxşı oğlansan, hərdən məni yadına salarsan.” Bu quldurun axırıncı sözləriydi və o bu axırıncı sözləri məhz Nikoya demişdi. Quldur onu birinci dəfə görəndə çaşıb qalmamışdı (əslində belə olmalıydı), əksinə, elə münasibət göstərmişdi ki, elə bil Nikonu çoxdan gözləyir. Onu yaxına çağırıb ocağın yanında qızışmaq üçün oturtmuşdu. Onda Niko hələ bilmirdi ki, o quldurdur, hətta ilk baxışdan onu atasına da oxşatmışdı, hə, düzdür, əvvəl elə bilmişdi ki, ocağın yanında oturan adam onun atasıdır, amma tezliklə bunun sadəcə fərziyyə olduğunu anlamışdı. Dünyada elə bir güc yoxdur ki, çox-çox uzaqda xəstə yatan adamı bir göz qırpımında bu yarıuçuq kilsəyə gətirə bilsin. Anası da axırıncı məktubunda yazmışdı ki, ərinin sağalıb-sağalmamağı hələ sual altındadır. Niko kilsəyə baxmaqla məşğul olanda, quldur əlindəki quru budaqla ocağı qurdalayırdı. Ocağı rezinlə yandırmışdılar və Niko rezinin iyini hələ köhnə kilsəni və kilsənin uçuq damından çıxan tüstünü görməmişdən havada hiss eləmişdi, kilsəni görən kimi isə sevinmişdi ki, qızınmağa yer tapıb. Elə donmuşdu ki, evə çatmağa, ağzınacan qalandığı üçün guruldayan və istinin təsirindən yanları qızaran sobanın yanında qızınmağa səbri qalmamışdı. Buna görə də, kilsəyə girən kimi ocağın yanındakı adamdan çox ocağın özünə fikir vermişdi. Amma tezliklə həyəcanlanmağa başlamışdı. Düzdür, quldur-filan ağlına da gəlməmişdi, amma kilsəyə və ocağın yanındakı adama baxandan sonra anlamışdı ki, bu elə-belə adam deyil. Bu adam elə bil ölüb dirilmişdi. Daha doğrusu ölüydü, amma diri kimiydi. Ya da belə lap daha doğru olar, bu adam eyni zamanda həm ölüydü, həm də diri. Buna baxmayaraq eşidirdi, danışırdı, görürdü, ona deyilənləri başa düşürdü, bəlkə də haçansa quldurluqla məşğul olub, amma baxan kimi əminliklə demək olmazdı ki, bu adam quldurdur. O daha çox nağıllardakı ölü şahlara oxşayırdı. Adam deyəsən Nikonun fikirlərini başa düşmüşdü, çünki ona baxıb gülümsəmişdi. Sonra yenə çubuqla ocağı qurdalayıb yavaşdan demişdi – elə bil Nikoya yox, ocağa deyirdi: “Hə, mən nağılda olmuşam, nağıldan gəlmişəm.”

      Qısası, heç kim ilk baxışdan onun kim olduğunu deyə bilməzdi – eyni zamanda milislər də. Amma o tez bir zamanda Nikonun özünə yaxın hesab elədiyi adamlardan biri olmuşdu, birincisi, ona ocağın yanında oturmağa icazə vermişdi və hər ikisi bir müddət sakitcə oturub qızınmışdılar, ikincisi də Niko onun danışdığı axırıncı adam olmuşdu – amma Niko quldurun ona etibar edib-etmədiyini bilmir, əslinə qalsa, bunun heç fərqi də yoxdur. İndisə cansız bədəni yerdə uzanıb qalıb və kimin nə deyəcəyi, kimin nə fikirləşəcəyi vecinə də deyil. Ayaqqabısının bir tayı ayağından çıxıb, ağ yun corabında ləkə var və bədəni çox məzlum görünür, adamın ona yazığı gəlir, həm də bu mənzərə adamın canına qorxu salır.

      O bilirdi ki, bu gün öləcək. O bilirdi ki, bu gün onun axırıdır. Həsrətli intizar səhərdən (bəlkə də lap çoxdan!) onun ürəyini çulğamışdı. Niko gələnəcən də eləydi, ondan sonra da. Üstəlik gizləndiyi yer də onda qəribə hisslər oyadırdı. Axı nə üçün məhz burda, bu yarıuçuq kilsədə daldanacaq tapmışdı? Ola bilsin, bu elə həmin adam idi ki, Siqnaxiyə gəlib Nikonun xalasından soruşmalı idi: “Bağışlayın, şəhər mehmanxanası hardadır?” Amma o bu xarabada gizlənməyi üstün tutmuşdu. Bəyəm başqa yer yox idi? Yarıuçuq – yarıetibarlıdır. Bu həm də nə üçün gəldiyinə bağlıdır, amma o başqa söhbətdir. Kilsənin divarlarında haçansa burda yanmış

Скачать книгу