ТОП просматриваемых книг сайта:
Mart xoruzu. Отар Чиладзе
Читать онлайн.Название Mart xoruzu
Год выпуска 0
isbn 978-9953-8066-2-7
Автор произведения Отар Чиладзе
Издательство Alatoran yayınları
Axırıncı yasda isə Vano müəllim axıracan oturmamışdı, çünki Qogiyanı içəridən çıxartmışdı. Hamının başı qarışıq idi, heç kim Qogiyaya fikir vermirdi, amma Vano buna dözə bilmədi, Qogiyanın qulağından tutub bayıra çıxartdı, çünki ora Qogiyanın yeri deyildi. Bəs nə üçün qeybətçilər fürsəti fövtə verməyib təzə söz-söhbət yaymışdılar ki, “Müəllim Vano ənənələrə hörmət etmir, yasdan yarımçıq çıxır, el adətinə tüpürür”? Nə isə, bunlar keçmiş şeylərdir, xatırlamağa dəyməz. Biz ancaq bir şeyi aydınlaşdırmaq istəyirik – nə üçün müəllimin limon ağacı Nikonun yuxusuna girmişdi? Çünki müəllim Vano Qogiyanı yasdan çıxartandan sonra, Qogiya ona təşəkkür etmək yerinə hirslənmişdi, əl-qol atmağa başlamışdı, müəllim güclü əlləriylə onu tutub saxlasa da Qogiyanın hirsi soyumamışdı, nəticədə özü döyülmüşdü. Bütün gecəni isə Qogiya həyətin ortasında dayanıb müəllimin dalınca danışmışdı. Əlbəttə, qonşular hamısı bunu eşidirdi, amma heç kim bayıra çıxmamışdı, çox maraqlansalar da, heç pərdəni də aralayıb baxmamışdılar. Təkcə Qogiyanın anası qapının kandarında dayanıb qışqırmışdı: “Rədd ol içəri, yaramaz! Doğulmasaydın bundan yaxşıydı.” Amma Qogiya dayanmamışdı. Qışqırmışdı ki, o əslində müəllim deyil, alman casusudur, Nyunberqdən qaçıb burda gizlənir (müəllim Vano doğrudan da Nyunberq hadisələrinin iştirakçısı olmuşdu, amma onu heç nədə günahlandırmamışdılar, əksinə, o özü şikayətçi idi; iki dəfə əsir düşərgəsindən qaçmışdı, bir dəfə isə güllələnmə vaxtı möcüzə nəticəsində güllədən yayınıb ümumi qəbirdən çıxa bilmişdi). Anası gülməyini güclə saxlayıb yenə qışqırmışdı. Qogiya isə daha da qızışmışdı: qoy elə günü sabah burdan rədd olub getsin! Həmin günlər heç kim müəllim Vanonun üzünə dik baxa bilmirdi, hamı özünü nədəsə günahkar sayırdı, amma heç kim əlini ürəyinin üstünə qoyub bu utanmağın səbəbini deyə bilməzdi.
Məhz elə bu günlərdə Niko limon ağacını yuxuda görmüşdü. Görmüşdü ki, Qogiya ağacın üstünə kerosin töküb yandırır. Sonra da tüfəngini götürüb yanan ağacın ətrafında fırlanır…
“Yaşayır, yaxşıdır limon ağacı, sənin əvəzin.” Niko dənizin dibində artıq mələk olan qıza yaxınlaşaraq həyəcanla dedi. Mələk ondan soruşdu ki: “Sən xaç çəkə bilirsən?” Niko bu yad yerdə ona verilən sualın asanlığına sevindi, təbəssümünü saxlayaraq üç barmağını – böyük, şəhadət və uzun barmaqlarını birləşdirdi və yavaş-yavaş alnına, sonra sinəsinə, daha sonra isə sağ və sol çiyinlərinə yaxınlaşdırdı… Birdən hər tərəf aydınlandı. Hardasa zənglər səsləndi və zəng səsi suyun altında yayıldı. Üzünə tökülən dərman onu yuxudan oyatdı və o gözlərini açan kimi Marqaritanı gördü. Sandro əmi də sobanın yanında dayanmışdı.
Nəhayət otaqdakılar bir-birinin dalınca qapıya tərəf getdilər, otaq boşaldıqca saatın çıqqıltısını və hardasa hürən itin səsini daha aydın eşidirdi. “Əllərini belə qoyma, ölüyə oxşayırsan.” Xalası da bunu deyib öz otağına çəkildi. Niko təəccübləndi ki, xalası onun əllərini necə gördü, axı Nikonun üstünə ədyal çəkilib, xalası isə artıq öz otağındaydı və çox güman ki, uzanıb Qalaktion Tabidzenin şeir kitabını vərəqləyirdi, özü də mövzusu bu günkü hadisələrə uyğun gələn şeirləri axtarırdı: “Küçəylə qara tabutu aparırdılar…” və ya “Payızın bu günü öldürüləni basdırırlar…” Nənəsi isə ikonayla danışırdı. Daha doğrusu, ikonaya baxırdı, amma dodaqları tərpənmirdi. Ürəyində danışırdı ki, heç kim nə dediyini eşitməsin. Əgər eşidən olsaydı da,