Скачать книгу

yıxıldım. Azca istirahətə icazəsi olmaq möhtəşəm bir hiss imiş.

      ...............

      Sol əlində qotur ələmatləri olan, cavan bir oğlan səhərçağı qaşınma əlaməti ilə həkim otağıma gəldi. Ona bir məlhəm yazdım, gedərkən son dəfə bir daha dediklərimi başa düşüb-düşmədiyini, məlhəmdən necə istifadə edəcəyini soruşdum. Oğlan dedi, bəli başa düşdüm, resepti, yazıları üzü aşağı şəkildə yara olan əlimin üzərinə qoyub bağlayacam. O bu sözləri dedikdən sonra inamlı gözlərlə mənə sarı baxdı. Gözlərində qəribə bir ifadə vardı, gözlənilməz cavabdan şaşırsam da, gözlərindəki ifadədən dediklərinə hədsiz inamın olmasını sezə bilirdim. Daxili inamı etiraf etməliyəm ki, onun gözlərinə də sirayət etmişdi. Bu hansı yüzillikdir biz yaşayırıq? Bilmirsən sən? Biz iyirminci əsrdə yaşayırq e. Niyə gözlərini döyürsən? İyirmi yüzillik inkşaf əsridir. Bu əsr sənin kimi gicbəsərlərin azad olması əsridir. Azadlıq! Bilirsən bu sözün mənasını?

      “Aşağı”! Mən titrəyərək dedim. “Nə düşünürsən, yanına gəldiyin adam ağıllı adamdır? Səncə mən cadugərəm, ya sehrbazam, ya fırıldaq yolu ilə camaatı müalicə edən dindar biriyəm? Bəli, mən özüm də utanıram, kor kimi ətrafda dolaşanları gördükcə, ürəyimdən bu dəqiqə bilirsən nə keçir? Durum sənin üzərində bəzi incəsənət nümunələri yaradım”.

      O ayaqlarını boynundan asıb məni gözlədi.

      Ağlıma bir ideya gəldi: Mövhumatçılıq və cadugərlik haqqında bir kitab işləyib hazırlamaq. Mövzunu da birbaşa real həyatdan götürə bilərəm.

      Bu sadəcə çoxsaylı misallardan biri idi. Başqa bir misal kimi, yanıma gələn cavan bir qadını göstərə bilərəm. Yazığı gətirib yanımda uzandırandan sonra gördüm kimi başdan ayağa yaradır, ölümcül vəziyyətdədir. Uzun- uzadı müayinələr, müalicələr səylər nəticə verdi və doktor Eriksenlə mən birtəhər onu xilas edə bildik. Ona bir xörək qaşığı dərman verib bərk-bərk tapşırdıq ki, birini də növbəti gün saat 12-də içsin.

      Növbəti gün saat on ikidə o artıq geyinib-kecinib hazırlaşmışdı.

      – Ay möcüzə! Hara belə?

      – Yox, qala bilmərəm. Mən getdim.

      Bir neçə ay bundan qabaq Donneruplundda mülkədar olan Yens Peter Petersen adlı bir kişi gəlmişdi, məni daha yaxından tanımaq məqsədilə. Özü ilə Dovrefyellendə yaşayan bir türkəçarə həkimin məktubunu da gətirmişdi:

      Məndə uzağı görüb, nəticə çıxartmaq qabiliyyəti var. Bu qabiliyyətimdən istifadə edərək sizi təsəvvürümdə canlandırıb görə bilirəm ki, böyrəklərinizdə problem var. Xüsusən də sol böyrəkdə. Heç yaxşı işləmir o böyrək. Bu isə ona gətirib çıxarır ki , böyrəyin temperaturu aşağı düşür bu isə sidiyi saxlamır və o sidik kisəsinə doğru sıxışır, bu isə ürəyin normal fəaliyyətini əngəlləyir. Bu da orqanizmin ümumi durumuna mənfi təsir edir, insanı əsəbi və narahat durumlara salır. Daha sonra isə bu durum insan bədənində temperaturun aşağı düşməsinə və bel ağrılarına səbəb olur. Daha sonr da uzağı görmə qabiliyyətim mənə sizin yoğun bağırsağınızda beş böyük yara olduğunu görmə imkanı yaradır.Sizə qarşı içimdəki səmimi, ürəkdən gələn və intelektual arzularımı çatdırmaqla bərabər sonda hər zaman sizin qulluğunuzda olduğumu diqqətinizə çatdırıram”.

      Başı xarabdır? Nəyi var bunun? Yəqin ki qəbizliyi.

      Təbii ki, belələrinə ən yaxşı gülüb keçməkdir.

      Yadımdadır, mikrobiologiya fakültəsinin ilk kursunda olanda, hələ tibblə ilkin tanışlıq mərhələsində bütün mikrobların bədənimizə havadan yoluxduğu qənaətində idim. Əməliyyat masasının üzərindəki aparatdan gələn zəhərli qaz ən sağlam xəstələrin belə həyatına son verirdi. Həmin vaxt yadımdadır, neçə- neçə pasient hospitalda bu sadə səbəbdən ölmüşdü. Cavan vaxtlarımda orada o qədər meyit görmüşdüm ki. Bizi hələ meyitlərin içinin yarılmasına da götürürdülər. Tibb institutunda belə bizlər hələ əli tez-tez yumağın, dezinfeksiya etməyin əhəmiyyətini düz-əməlli bilmirdik. Yalnız baş həkimin dırnaq fırçası var idi. Onu isə əməliyyat stolunda qoyduğu çantasının lap uc tərəfində gəzdirərdi, orada isə təbii ki, yalnız soyuq su olardı. Bir dəfə içəri keçib onun dırnaq fırçasını götürdüm. Bütün günü ətrafda dolaşan, tez-tez qarşıma çxan xidmətçi qadın məni gördü: “Aaa! Baqqe sən nə edirsən?” Qorxu içində götürdüyümü qaytarıb qoydum yerinə.

      Əllərimizdən meyid iyi gəlirdi.

      Bir az da sizə həkimlərin və xəstəxana personalının görüntüsü haqqında məlumat verim? Bizlər mənim arvadımın baxçada geyinib gəzdiyi köhnə, tökülmüş fraklarda gəzirdik. Ən yaxşısı, qara olanlar idi, yaxud da qırmızımtıl. Baş həkim, həkimlər, ehtiyat həkimlər, namizədlər də öz köhnə, yeganə həkim paltarlarında gəzib dolaşırdılar ətrafda. Hətta onu da deyim ki, bu paltarlar əməliyyatlardan sonra dəyişdirilmirdi. Onlar sadəcə paltarın qolların yuxarıya- dirsəyə doğru çırmalayırdılar. Xəstə əməliyyat olanda alətləri düzəldən belində də çantası gələrdi, ayaq pedalı ilə işləyən spreyi işə salardı. Xəstəxanada əməliyyat çox primitiv şərtlər altında həyata keçirilirdi.

      Hətta bəzən elə olurdu ki, əməliyyat zamanı, həkim əməliyyatı saxlayıb əməliyyat alətlərinin itilənməsini istəyirdi. Bu anda alət düzəldən cibindən bülöv daşını çıxarar, həkimin skarpelini elə əməliyyat otağındaca itiləyib həkimə qaytarardı. Döşəmə qan, çirk, daş və dəmir qırıntıları ilə örtülərdi, elə əməliyyatın gedişindəcə xadimə oranı əvvəl silər sonra isə qurulayardı. Əməliyyat sonra çatanda döşəmə şüşə kimi parıldayardı. Amma döşəmədəki çatlar görəsən nələr-nələr bilirdi? Hələ həkim xalatları nələrə-nələrə şahidlik etmişdilər.

      Öz düşüncələrimdə həmin natəmizliyi atama göstərirdim. Atama deyirdim: “ata, sən mənə belə işləri necə görmək lazım olduğunu öyrətmişdin. Öz təmizliyinlə, səliqə səhmanınla belə işlərin necə görülməli olduğunu mənə zamanında öyrətmişdin.

      Ondan cavab gəlir “ Hə, bala elədir””

      Hətta uzun-uzadı söhbətlər edə biləcəyim fantaziyalarımda belə atam azsözlü və konkret olardı. İmkan vermirdi onunla istədiyim qədər söhbətləşim. Bu mənə xoş gəlirdi. Hər zaman azsözlüyü əhvalqaldırıcı və münasibətləri möhkəmləndirən kimi görmüşəm. Onsuz, bu keyfiyyətləri o mənə sağlığında, gerçəkdə də aşılamışdı. Bu inam, etibar rəmzidir. Bunun mənası belədir: “burada üzmə”! Mən sənə inanıram. Bu insanın öz qapılarını bağlayıb hər kəsi iç dünyasına buraxmaması ilə bağlı olan bir məsələ idi. Nə kimsə girir ora nə də hansısa sirr, məlumat çölə çıxır.

      – O nə deməkdir ki?

      Bax bu barədə mənim heç məlumatım yox idi.

      Aradabir, bəzən orda-burda mühaziələr də oxuyurdum. Bunu işimin bir hissəsi sayırdım. Mühazirələrim faydalı və məhşur idi, insanlar gəlib iştirak etməyə can atırdılar. Amma bu dövrlər çox nadir hallarda baş tuturdu. Birincisi, ona görə ki, heç məndən mühazirə istəyən yoxdur. İkincisi, heç özümün də vaxtım yoxdur. Özü

Скачать книгу