Скачать книгу

ibarətdir ki, xəstəhal və solğun bənizli oğanların sayı qızlarınkından bir qədər daha artıqdır. Ola bilsin, heç kəs bu məqamı ciddiyə almayıb. Düzdür, uşaqlar solğun və xəstəhal görsənirdilər, amma onlar axı hələ yatağa düşməyiblər. Hələ.

      Həmin gün axşam orada oturanların hər birinin çox ağır günü olmuşdur. Onlar çox ağır yüklər qaldırmış və çətin işlər görmüşdülər. Onlar üzlərini ovuşdurur, səndələyib yıxılmaq ərəfəsində olanda isə özlərini düzəldirdilər.

      Mən isə saymağımda idim.

      “Amma sizə deməliyəm ki, əgər diqqət yetirməsəniz ağciyər xəstəliklərinə, isteriyaya və yaxud digər yaralara yo luxmaq şansınız çox yüksəkdir. Bənizi ağarmış şagirdlər əvvala təmiz havaya çıxmalıdırlar, daha sonra isə onlar daha rahat həzm olunan yeməklər yeməlidirlər. Xəmir xörəkləri və kartofdan bişmiş ağır yeməklər həzm olunmur və bağırsaqlarda qalırlar və bu orqanizm üçün zəhər mənbəyinə çevrilir. Daha yaxşı olar ki, yüngül yulaf yarması və süd məhsullarına üstünlük verəsiniz. Amma sizlər bunu bilə- bilə əməl etmirsiniz.

      Op… Op… Op....”– mən qışqıraraq sinif otağının bağlı pəncərələrinə doğru getdim və onları bir- bir açmağa başladım. “Qalxın ayağa” mən dedim və gödəkçəmin düymələrini açdım. Elə burada, partaların arasındaca beş dəqiqə gimnastika ilə məşğul olacağıq. “Baxın mən bəzən evdən çıxanda evimin havası burada olan qədər ağır olduqda mən çıxanda pəncərələrimi açıq saxlayıb gedirəm. Təmiz havanın olması otaqda çox önəmlidir”.

      Gödəkçəmi bir kənara qoydum. “ Metodiki gimnasitika” – mən qışqırdım- beləliklə,döş qəfəsi çox miqdarda oksigen qəbul etdiyi üçün genişlənəcək”.

      Gimnastikanı etdirəndən sonra məktəbdə işim bitmiş sayılırdı və mən evə getmək üçün məktəbdən çıxdım. Peter Sillesthuved bayırda dayanıb məni gözləyirdi.

      – Səncə onlar niyə gülürdülər ki?-mMən soruşdum.

      Fröken Höy biraz sıxılaraq təəcüb dolu nəzərlərlə mənə baxırdı.

      – Hər şey o dərəcədə gözlənilməz və qəribə oldu ki,– odedi. “Sanki kəskin bir keçid oldu onlar üçün belə vəziyyət. Onlar həkimi bu vəziyyətdə görməyə öyrəşməyiblər”.

      – Onlar heç inanmırdılar ki, mən belə şeylər edə bilərəm, – mən dedim.

      O üzünü çevirdi, mənə elə gəldi ki, o gülürdü.

      Yazın sonlarına doğru ona bir də yazdım. Məktəbdə uşaqları peyvənd etməliydim və bunun üçün özümə münasib bir tarix təklif edirdim. Bu tarix ona uyğun gəlirmi? Bəli, o cavab verdi ki, bu tarix ona uyğun gəlir.

      Məktəbə gözəl bir yaz günündə gəldim. Uşaqlar və müəllimləri çölə çıxmışdılar, orada onlar günəş şüaları altında alçak skamyalarda oturub dərs keçirdilər.

      – Ola bilər bu biraz qeyri-adidir- o dedi. “Amma, məncə, bu günlər ki günəşin parlaq olduğu son günlərdir, gərək istifadə edək”.

      – Bu ki yaxşıdır, çox yaxşıdır,– mən dedim.

      Bu dəfə onu yadda saxladığımdan daha arıq idi və yorğun görsənirdi. Üzündə çillər də əmələ gəlmişdi. O dedi ki, skamyaları çölə çıxarıb düzməyə ona valideynlərdən biri kömək edib.

      Qızların bəziləri mənə keçəlləşmiş məktəb həyətinin bir küncündə yenicə əkilmiş və üstündən də sulanmış turpları və gülləri göstərdi. Mən bu müəllimədən ruh alırdım, insan nə dərəcədə öz işinin uğurlu olmasına inana bilər. İnamı hədsiz çox idi.

      – Bir hissədir hə?– mən yanımdakı qızlardan soruşdum.

      Deyəsən nə dediyimi heç başa düşmədilər.

      Digər tərəfdən bu cavan müəllimənin bir çox şeydə xeyli uğura nail olduğunu demək olardı. Həyatımda hələ belə sağlam sinif otağı görməmişdim. Günəşin şüaları böyük şəfaf pəncərədən keçib sinif otağına dolurdu. Döşəmə təravətli gül-çiçək iyi verirdi, saxsı qablar isə kitab rəfi funksiyasını yerinə yetirirdi.

      Şən kitablar? Təbii ki bu zarafat deyildi. Düşündüm ki buradakı uşaqlar da başqa uşaqlara oxşayır, yastısinə və siçovulabənzər, saçları sapsarı, dikburun, arıq, gözlərinin altında isə çox zaman qaraltı ya göyərti. Qiymətləndirməmə görə onlardan demək olar ki yarısında bağırsaq qurdu olmalı idi.

      Vaksinasiyanı bitirəndən sonra bir saat daha məktəbdə qalmaq üçün icazə alıb keçib oturdum arxa sıraya qoyulmuş alçaq skamyalardan birində. Oturub riyaziyyat dərsinin gedişatını izləyirdim. Dərs elə rahat, elə tez keçdi ki, heç xəbərim olmadı nə zaman başladı, nə zaman bitdi, müəllimə isə necə təsəvvür edirdimsə elə də bacarıqlı və savadlı idi.

      Dərs bitəndən sonra o məndən qəhvə istəyib- istəmədiyimi soruşdu. Uzun müddət harasa itdi. Sinif otağını gəzişir, pəncərədən çölə baxır,rəflərə qoyulmuş kitabları vərəqləyirdim. Otağın hər üç pəncərəsi məktəb həyətinə açılırdı, oradan isə çöllüyə mənzərə açılırdı, baxanda Peter Stillesthuvedin kirli mehmanxananın həyətində oturub qəhvə içərərək məni gözlədiyini gördüm. Nəhayət, əlində məcməyi içəri girəndə qalxıb ona kömək etmədim, olduğum yerdə qalıb döşəmədən altdan yuxarı onu nəzərlərimlə süzdüm. Əlindəki məcməyini partanın üzərinə qoydu.

      – Burada bir parça piroq da var. Onu qəlyanaltı üçün hazırlamışdım, indi yəqin bir az quru olar.

      “Möhtəşəmdir”!

      Dərs deyəndə də diqqətim onda idi, o zaman onda hər şeyin qaydasında olduğunu sanmışdım, amma indi, şagirdlər çıxıb evə gedəndən sonra o solğun bənizini gizlədə bilmirdi. Gəlib oturdu, azca titrəyən əli ilə mənə qəhvə süzdü.

      – Hərşey qaydasındadır?– mən soruşdum.

      – Hər şey qaydasında, yavaş-yavaş gedir,– o cavab verdi.

      – Onlar sizi itirdilər,– mən dedim. “Bu gün qusmadınız ki”?

      Elə həmin dəqiqə o qapını açıb çölə çıxdı. Bəzi qorxulu səslər eşitdim, daha sonra onun mənzilinin giriş qapısı yenidən çırpıldı.

      Geri qayıdanda onun üzündə su var idi. Alnına yapışmış kiçik telləri yaş olmuşdu, qaşları da islanmışdı.

      – Bağışlayın məni. Birdən halım pisləşdi.

      – Eşidə bilirdim səsləri,– mən cavab verdim.

      Hələ ki, elə bir ziyarətçim olmamışdı ki, məndən hamiləlikdən qurtulmağa yardım istəyəydi . Bəlkə də ona görə ki, onlar mənim bu işə necə reaksiya verəcəyimi bilirdilər. Bəlkə də başqa harasa gedərlər. Amma mən bilirəm onlarla orada nə baş verəcək, onların orada evlilikləri olmadan övladları dünyaya gələcək. Bu elə bir şeydir ki nə varlıya baxır nə kasıba, nə fahişəyə baxır nə müəlliməyə. Asta-asta ölüm kimi gəlir, amma öldürmür. Mən düşüncələrimi sona çatdıra bilmədim. Yox, heç də bu fikirləri özümlə evə aparıb əziyyətə qatlaşmadım.

Скачать книгу