ТОП просматриваемых книг сайта:
Doktor Baqqenin əhvalatı. Ида Йессен
Читать онлайн.Название Doktor Baqqenin əhvalatı
Год выпуска 0
isbn 978-9953-8067-1-1
Автор произведения Ида Йессен
Издательство Alatoran yayınları
Mən iki gün sonra yenidən onun yanında qayıdanda o mənə dedi: “Axı sən mənim haqqımda heç nə bilmirsən”! Mən ondan xahiş etdim ki, mənimlə bərabər məktəbin arxasındaklı sahələri gəzməyə gəlsin. Yolüstü qarşımızdan uçan topa-topa qara milçəkləri təmizləyərək sahələrə yönəldik.
“Sizin haqda kifayət qədər məlumatım var” bu sözləri deyəndə hiss etdim ki, dişlərim bir-birinə dəydi, bədənimi də soyuq tər basdı, vəziyyətim heç yaxşı deyildi. Əynimdə ən yaxşı paltarlarım idi: yundan olan boz rəngli geyim dəsti. Hava isti idi həmin gün. İrəlilədikcə onun üçün yol açırdım və geri çəkilirdim ki o da gələ bilsin. O mənə çəpəki bir nəzər salıb baxışlarını aşağı dikdi. Həmin anda mən öz tərli əlimlə ani bir hərəkətlə onun əlindən tutdum, o əlini geri çəkmədi. Əlini bərk bərk sıxdım, az sonra asta-asta boşaltdım sıxmağı.
Ola bilsin ki əlini çəkərdi, və haqlı olaraq belə deyərdi: “ Mən axı sizi heç tanımıram”. Amma o bunu etmədi.
Ola bilsin gerçəkdə əlində çətir dayanan o idi hazırda. O məndən çətiri bu yağışsız, çətirə ehtiyac duyulmayan anda belə götürdü…
Həkim kabinetimdə oturduğum vaxtlarla bağlı bəzi xatirələrim yadıma düşdü. Bir gecə yatdığım çarpayıdan yıxıldım. Elə bir hiss yaşadım sanki altımda bir ampula qırıldı. Bir adrenalin vuruşu, sonra səssizlik. Heç bir səs gəlmədi daha sonra. Pərdələr də aşağı çəkilmişdi. Heç bir şey ətrafda diqqətimi çəkmədi.
Az sonra səs gəldi: “Yatırsan sən”? Pəncərənin şüşəsindən az qala səssiz şəkildə keçib gələb bir səs məndən soruşdu.
Yataq otağım aşağı mərtəbə yerləşirdi, qapının zınqırovu olmadığından adamlar mənə nəsə sözləri olanda yataq otağımın pəncərəsinə yaxınlaşıb elə oradan deyirdilər. Çevrilib yataqdan qalxdım və yorğana bürələndim. “ Hə”?
– Kömək lazımdır mənə. Gələ bilərsiniz?
– Gedin atı hazılayın. Mən gəlirəm
Alt paltarımı əynimə keçirib şalvarım üçün otağa göz gəzdirdim. Çöldə, mətbəxdə isə arvadım əlində yağ çörəyə sürtürdü. O arxamca gələrək məni elə yolüstü üst paltarlarımı bir-birinin ardınca verərək geyindirdi. Əvvəl yun yaxalı jaket sonra qalın tulum şalvar və sukeçirməyən çəkmələr. Daha sonra az qala dirsəklərimə kimi gələn maral dərisindən olan əlcəklər, boyun dəsmalı, üst frakı, sonda isə frakın üstündən geyinməyə düymələnən pencək. Canavar dərsindən xəz papaq. O mənim buxağımın altından son düyməmə kimi bağlayıb “ önlüyü unutma dedi”.
– O faytondadı.
– Hava buz kimi soyuqdur bu gün.
Pilləkənləri aşağı qaçaraq düşdüm. Adam atın yanında dayanmışdı. “ Stulu içəri qoymalıyıq”! Mən dedim. Dərhal gedib həkim stulunu gətirdi.
Bir neçə il iş təcrübəsindən sonra kəndirləri əvvəlcədən zəncirlə əvəz etmişdim, indi də stulu faytonun tərkinə zəncirlə qaldırdıq. At nalının səsləri daş pilləkənlərdə səsləndi, faytonumuz süd kimi təmiz işıq saçan ayın nəzərləri altından həyətdən keçib qapıdan çıxdı. Çantamı yanıma qoyub frakımı əlimə aldım. Əlcəklərimi, dirsəyə kimi olan uzun əlcəklərimi çəkmələrimi çantanın içərsindən çıxartdım. Arvadım hələ də qapının kandarında dayanmışdı.
– Nə baş verir orada?– o soruşdu.
– Əsa çatlayıb, hər an qırıla bilər,– mən dedim.
– Onda götürməyin də. Onsuz qayıtmırsınız geriyə?
– Yaxşı,– mən cavab verdim.
– Mənə söz ver,– o dedi.
– Bunu sənə söz verə bilmərəm,– mən cavab verdim.
Keçdim içəri, əynimi soyundum, yerimə girib yatmağa hazırlaşdım.
Az keçmiş otağımın pəncərəsi döyüldü.
– Yatırsan?
Yenə də həmin at, həmin adam həmin əlcək, həmin çəkmə, həmin frak. Adam da məni pilləkənlərin üstündə əlində jaket gözləyirdi. Qaranlıqda nə kişini nə də atı seçə bilməsəm də səsindən həmin kişi olduğunu dərhal başa düşdüm. Bu səsi mən əvvəllər heç eşitməmişdim.
Biz mənim həkim stulumu da özümüzlə aparmalıyıq mən dedim. Bu dəfə səsimdən başa düşə bilərdi ki, bunu o tək edəcək. Sonra zəncirin səsi eşidildi, dəmir halqalar bir- birinə dəyərək cingildəyirdilər, və yenə eyni hadisə baş verdi. At sanki burnunda daş qalıbmış kimi başı ilə zərbə vurdu və yerindən güllə kimi götürülərək boş faytona şəhərə doğru sürüməyə başladı. Faytonçuya isə yenə atın arxasınca yalnız qışqırmaq qaldı. Həkim otağına keçib sahib olduğum ən böyük şprisi götürdüm, içini su ilə doldurub maili vəziyyətdə pəncərə şüşəsinə boşaltdım. O yenidən geri qayıtsaydı şüaları birbaşa plantenin üzərində görməliydi. Daha gözümə yuxu getmədi. Haqlı qəzəbimə gömülmüş şəkildə yerimdə uzandım. Onun çox gözəl dadı vardı.
Kənarda stolumun üzərinə qoyulmuş ürək –damar paketlərinin məni şirnikləndirdiyini hiss etməyə başlamışdım. Kitabçalardan birini götürüb dadına baxıram. Nəfis , eyni zamanda qalın və möhkəm bir kağız idi maddə olaraq. Kağızlar hətta rəngsiz idilər.
Artıq belə getməyəcək. Daha siyirtməni güclə geri qaytarıram, açıb özümə çəkməkdən isə heç danışmağa dəyməz. Kağızların hamısı sıxılıb bir-birinə əziliblər, səliqəsiz vəziyyətdədirlər. Hə nə olsun ki? Təmiz, səliqəli yazı stolu olsa da onun arxasında oturanın beyni xəstədir. Bunun artıq dadını bilirəm necə olur. Gecələr oturub iztirab çəkmək… Bir kitab vardı rəfimdə adı “ Gecə düşüncələri idi”. Anamın kitabı idi. Bu kitab ruhsal vəziyyəti yüksək olan keşiş tərəfindən yazılmışdır.
Hə, onun bu ruhsal məsələlərlə bağlı yardıma ehtiyacı vardı. Ən azından o belə hesab edirdi.
Mənim yeddi yaşım olanda atam ev alqı satqısı biznesi ilə maraqlanmağa başladı. Həmin dövrləri yada salmağı özümə ayıb bilirəm, həmin dövrü düşünəndə yadıma bəzi şeylər düşür. Amma bunlar “ gecə düşüncələridir.” Bu düşüncələrlə yatırsan və yenidən oyananda səhər bu düşüncələrdən də oyanmış olursan. Mənə elə gəlir ki, mən çarpayıda yatmaq qabiliyyətimi itirmişəm. Yaz çox işıqlıdır. İşıqda hər şey üzə çıxır. Qış olanda bizlər işığı yaddan çıxardırıq. O isə özü artıqlaması ilə insan daxilində partlayışa səbəb olur. Söhbət yalnız kolluqda miyoldayan pişiklərdən getmir. Mən də yata bilmirəm, camaat gənc Fanni Frandsendən (Danimarka nağıllarında yatmayan adam obrazı)danışarkən onun yata bilmədiyini deyəndə haqlı imiş. Hə, düzünü demək gərəkirsə o elə də cavan deyildi. Dünyanın ən gözəl qara qıvrım hörükləri də onda idi.Onların yoğunluğu da