Аннотация

Аннотация

Аннотация

Аннотация

Азербайджанские сказки – произведения устного творчества азербайджанского народа. Они разнообразны по содержанию и богаты по форме. В азербайджанских сказках нашло отображение прошлое азербайджанского народа, его духовно-моральные и общественно-философские воззрения. Лейтмотив ряда волшебных сказок составляют борьба против местных и иноземных угнетателей.

Аннотация

Война изменила жизнь маленького бакинского двора – по соседству с его обитателями поселилась тревога, страх, неизвестность… И незнакомая женщина, новая соседка, которая на первый взгляд, никому не нравится. Но чуткость, доброта и умение сопереживать выдержат даже самые серьезные испытания. Выдержат войну и непонимания и могут понять, простить и принять «чужака». Повествование ведется от лица ребенка, что позволяет взглянуть на происходящее сквозь незамутненную взрослым опытом оптику, а также превращает этот рассказ – в историю взросления на фоне трагических и важных исторических событий.

Аннотация

Аннотация

Erix Mariya Remark tərəfindən 1945-ci ildə ABŞ-da dərc edilmiş roman, 1946-cı ildə Almaniyada da dərc edilmişdir. Əsərin baş qəhrəmanı Joanın (qadın obrazı) prototipi, Remarkın uzun illər sevdiyi və Parisdə birlikdə yaşadığı Marlin Ditrixdən götürülmüşdür. Hadisələr 1938-39-cu illərdə Fransada cərəyan edir. Cərrah Ravik I Dünya Müharibəsinin iştirakçısıdır. O, II Dünya Müharibəsi ərəfəsində gestaponun əlindən canını qurtararaq Fransaya qaçır, və orada bir müddət peşəsi ilə məşğul olur. İtalyan aktrisası Joan Maduya aşiq olur, bir müddət onunla yaşayır. Əsərin sonunda müharibə başlayır. Joan Madu həlak olur. Ravik isə gestapoya özü təslim olur.

Аннотация

Salam Qədirzadənin “Sevdasız aylar” lirik povesti yarandığı illərdə – sovet dönəmində belə, gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi” – yəni “çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri diqqətinizi cəlb edəcək, sizi öz tələbəliyinizə, öz gəncliyinizə səyahətə çıxaracaqdır.

Аннотация

Mərhum yazıçımız Salam Qədirzadənin “Qış gecəsi” romanı əsrimizin əllinci illərində yazılmışdır. Müəllifin oxunaqlı dillə təqdim etdiyi bədii personajların prototiplərinə indinin özündə daha çox rast gəlmək olar. Çünki onlar həmişəyaşar mövzuların qəhrəmanlarıdır. Maraqlı süjet xətti, təhkiyə rəvanlığı bir-birilə bağlı hadisələrin maraqla izlənməsinə kömək edir. Bu günün özündə də valideyn-övlad borcu, nakam məhəbbət, xeyirxahlığın gözəlliyi, hərislik və onun acı nəticələri, həyata əşya gözü ilə baxmaq kimi söhbətlərə biganə qalmaq mümkün deyil. Ananı əvəz etmiş pozğun qadının oğulluğunu evdən uzaqlaşdırmasına, atanın onu taleyin çətin, enişli-yoxuşlu yollarında başsız buraxmasına acımaya bilmirsən. Həyatımızın azacıq əvvəl çevrilən səhifəsi, böyük nəslin şirin arzularının boy verdiyi 50 – 60-cı illərdə bu kitab sevinclə, rəğbətlə qarşılanıb. Əminik ki, indi bir qədər başqa rakursdan baxılsa, başqa aspektdən yanaşılsa da romanda yenə nə isə maraqlı, cəlbedici və nəhayət, hardasa əhəmiyyətli bir şey tapacaqsınız.

Аннотация

Conatan Svift 1766-cı ildə yoxsul, yetim, çətin, ağır həyat yolu keçmişdir. Buna görə də yaşadığı ağalar – qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış və yaradıcılığında bütün ömrü boyu bunlara qarşı barışmaz, amansız mübarizə aparmışdır. Bu mübarizə ideyası «Qulliverin səyahəti» romanında da aydın görünür. C.Svift «Qulliverin səyahəti» romanını yazmışdır. Əsərin tam adı belədir: «Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin səyahəti» (1772-1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı bənzəyişi verməklə onları ifşa etmişdir. Onları cırtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Gülüş, məzəli və ağıllı Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı, düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi hadisələr vasitəsilə öz zamanındakı cürbəcür nöqsan və eybəcərliklərin üstünü açmışdır. Liliputlar ölkəsində Qulliver kralı, əyanları, sərkərdələri öz cib yaylığına büküb cibinə qoymuş, onların bir yığın hərb gəmisini bir barmağına doladığı nazik iplə sürüyüb aparmışdır.