Аннотация

Аннотация

Аннотация

Аннотация

Аннотация

“Toy gecəsi” romanında müəllif “İnsan insanın dostudur, qardaşıdır” ideyasını ortaya qoymuşdur. Müəllifin bu romanında da öz vəzifəsindən sui-istifadə edən və vəzifəsini ləyaqətlə yerinə yetirən insanların həyatı təsvir olunur. Turalın timsalında ləyaqətli, öz gücünə biliyinə güvənən gənclər, Əbilin timsalında isə atasının vəzifəsinə arxayın olub istədiyini həyata keçirməyə çalışan gənclər təsvir olunur. Sevgisinə sonadək sadiq qalan

Аннотация

Аннотация

Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəl şairi kimi şöhrət qazanmış Əliağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçışı kimi, öz dəsti-xətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdur.

Аннотация

“Cümhuriyyət” deyilən zaman yada hamıdan əvvəl Əhməd Cavad düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini bu böyük şairin poeziyasından alıbdır. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağınş, əski adət və inamlara, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazları qabarıq verilibdir. Bu kitabda görkəmli milli şairimizin mədrəsə şeirlərindən başlamış, Birinci dünya müharibəsi, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və sonrakı illərdə qoşduğu mənzum əsərlər yer almışdır.

Аннотация

Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır. Hər bir fərdi Vətənin kiçik bir daşı sayan şairin qələmə aldığı bu şeirlərin hər misrasında düşüncələr çırpınır. Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək – Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır. Fikirlərin sanki sözlərin boyuna biçildiyi bu şeirlərdə doğma kökə bağlılıq, qoynunda ərsəyə çatdığı torpağa vurğunluq, xalq taleyinin dolanbac yolları haqqında fəlsəfi düşüncələr öz dolğun bədii əksini tapmışdır.

Аннотация

Fransuaza Saqanın “Seçilmiş əsərləri” kitabına onun “Boyunduruq”, “Dolanbac yollarda”, “Müəmmalı təbəssüm” romanları və “Sehrli buludlar”, “Məğlubiyyət zəngi” adlı povestləri daxil edilmişdir. Məhəbbət, tənhalıq, həyatdan narazılıq motivlərinin üstünlük təşkil etdiyi F.Saqan yaradıcılığı bütün incəliyi, dəqiqliyi, həqiqətə uyğunluğu ilə digərlərindən fərqlənir. Onun haqqında hər zaman “Saqan nəqletmə manerasının aydınlığı və psixoloji təsvirin dəqiqliyi ilə seçilir” yazırlar. O təkcə əsərləri ilə deyil, yaşam tərzi və həyatı, ədəbi karyerası ilə də maraq doğuran yazıçı olmuşdur. Müasirliyin və qalmaqallarla dolu bir həyatın simvolu olan bu yazıçı öz sadə süjetli əsərlərində bəzən primitiv görünsə belə, özünü və adını oxucu yaddaşına yazmağı bacarmışdır.