Аннотация

Аннотация

Аннотация

Аннотация

Аннотация

Аннотация

1955—ci ildə yazılmış “Varislər” romanını Qoldinq özü “tarixəqədərki roman” adlandırmışdı. Romanı yazmaqda məqsəd heç də insanın lap qədim dövrlərdə yaşamış əcdadlarının obrazını yaratmaq deyil. Bəşər tarixini öyrənən elmi konsepsiyalardan birinə görə, inkişaf düz xətt boyunca dayanmadan ibtidaidən aliyə, heyvandan insana doğru gedən proses olmuşdur. “Varislər” əsərində Qoldinq göstərmək istəyir ki, inkişaf xəttində bəzən qırılmalar baş verib, inkişafın hər yeni mərhələsində neqativ elementlər olub, hətta inkişaf ləngiyibdir. “Varislər” romanında Qoldinq neandertal insanın məişəti, odu necə əldə etməsi və qoruyub saxlaması, fərdlərin qəbilə daxilində bir-birinə münasibəti, qəbilə üzvləri arasında iş bölgüsü və digər vacib məsələlərə toxunur. Qəbilə başçısının tapşırığı müzakirə oluna bilər və daha düzgün variant təklif olunarsa, qəbul da oluna bilər. Amma əgər tapşırığı müzakirə etmək imkanı yoxdursa, qəbilə başçısı öz qərarını dəyişməkdən imtina edərsə, onda onu yerinə yetirmək lazımdır, çünki belə deyilib və əgər söz deyilibsə, onu yerinə yetirmək lazımdır.

Аннотация

Uilyam Jerarld Qoldinq 19 sentyabr 1910-cu ildə Sent-Kolamb Maynor kəndində Aleka Qoldinqa ailəsində dünyaya gəlmişdir. Hələ sağlığında ikən ədəbiyyat klassiki zirvəsinə yüksələn Uilyam Qoldinq «Milçəklər kralı», «Varislər», «Piramida», «Kağız adamcıqlar», «Yaxın qonşuluq», «İkili dil» və s. romanları ilə dünya oxucusunun rəğbətini qazanıb. İngilis yazıçısı Uliyam Qoldinq 1983-cü ildə "aydın və realist təhkiyə dili, çoxcəhətli yaradıcılıq bacarığı və universal mif yaratmaq ustalığı ilə insanın müasir dünyadakı varlığını yüksək səviyyədə təsvir edə bildiyi üçün «Nobel mükafatı»na layiq görülüb. Yazıçı 1993-cü ilin 19 iyun tarixində Kornulda (İngiltərə) vəfat edib.

Аннотация

Romançı olmaq istəyən gənc tələbə Loğman “Qartal gözü” məxfi təşkilatla əməkdaşlığa dəvət olunur və bununla da həyatının axarı tamamilə dəyişir. Bu yeni həyatda o, səmimi dostlar və amansız düşmənlərlə qarşılaşır, açılması mümkünsüz görünən müəmmalar qarşısında baş sındırır. Oxucu bu romanda həyəcanlı anlara, coşqun sevgi hisslərinə, eyni zamanda ağır cinayətlərə və çirkin siyasətə şahid olur, nazirlərin cinayətkar əməllərinə, narkotika alverçilərinə nifrət bəsləyir və yarımçıq qalmış talelərə acıyır.

Аннотация

Cinayət Bürosunun baş komissarı Behzat Ç. yaşadıqlarından sonra sevdiyi işindən ayrılır. (Müəllifin “Hər təmas iz buraxır” romanını, yəni bu seriyanın ilk romanını oxuyanlar hadisələrin gedişatından xəbərdardır.) Əslində, Behzat Ç. susmağı seçib və hələ də işinin başındadır. İzah etmək istədiklərini əl işarəsiylə, jest, mimika və susqunluğu ilə başa salır. Behzat Ç. həmkarları ilə Ankaranın altını-üstünə çevirir. Amma bunu edən təkcə onlar deyil. Şəhərin hər yerində qazıntı işləri gedir – yol çəkilir, binalar tikilir, hovuzlar qazılır. Amma qazıntı bununla da bitmir. Özünü Red Kit adlandıran bir cani dolaşır şəhərdə və parklarda quyular qazır, öldürdüyü adamları tabuta qoyub o quyularda basdırır, polisə xəbər verməyi də unutmur. Çünki polislə həll edilməyən bir problemi var. Bütün polis təşkilatı onu axtarsa da, ölümlərin ardı-arası kəsilmir… Behzat Ç. susmağı seçsə də ondan qaçmaq asan məsələ deyil.

Аннотация

Fransua Moriak “Sevgi səhrası" romanında ata ilə oğulun eyni vaхtda soyuq, hissiz və ehtirassız bir qadına bəslədikləri məhəbbəti psiхoloji planda təsvir etməyə çalışmışdı. Ümumiyyətlə, Moriak məhəbbət mövzusuna yaradıclığında geniş yer ayırmışdı və müхtəlif əsərlərində bu yüksək bəşəri hissi fərqli rakurslardan işıqlandırmağa çalışmışdı. Lakin хristian əхlaqının tələbləri və əndazə hissi hər dəfə sona qədər gözlənilmədiyindən müəllifin bir sıra əsərləri katolik kilsəsinin qəzəbinə tuş gəlmişdi. Müəllifin bu romanı 1926-cı ildə Fransa akademiyasının qran-prisini alıb.