ТОП просматриваемых книг сайта:
Аудиокитаб ООО
Все книги издательства Аудиокитаб ОООАннотация
Bu gün Azərbaycan poeziyasının incisi, ölməz şairimiz Mikayıl Müşfiqin doğulduğu gündür. Hər sabah, gün doğar-doğmaz, Qaranlığı boğar-boğmaz, Кеçi yatağından durub, Şəngülün halını sorub, Şüngülə nəzər salardı, Məngüldən öpüş alardı. Qapıları gülə-gülə Bağlayıb çıхardı çölə. Hamımızın sevə-sevə oxuduğu və dinlədiyi bu sətirlər şair Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül” mənzum nağılındandır. O, qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Mikayıl Müşfiqin mənzum nağılı bu gün də azyaşlılar üçün, həmçinin böyüklər üçün də olduqca maraqlıdır. Ana keçinin apardığı mübarizə və sonda bu mübarizədə canavara qalib gəlməsi, bir növ xeyrin şər üzərində qələbəsini xatırladır.
Аннотация
Edmond Hamiltonun «Ulduz kralları»nda hadisələr dövrümüzdən 70 min il sonra cərəyan edir və uzaq gələcəyin aliminin ixtirasına səbəb XX əsrdə yaşayan adamın şüuru, «MƏN»i uzaq gələcəyə gedir və orada bir sıra gərgin hadisələrin iştirakçısı olur…
Аннотация
Xalq şairi, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifəsində çalışıb. “Yadına düşəcəyəm ”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Sən bağışladın”, “Kimin sualı var”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Gəlimli-gedimli dünya”, “Poylu beşiyim mənim” və sair kitabların, “Nəriman”, “Midiya sarayı”, “Bəyanat”, “Həsrət”, “Vətənsiz”, “Şahid ol, günəş” kimi onlarla poemanın, “Nabat xalanın çörəyi” povestinin müəllifidir. Günümüzün ağrılarının , faciələrinin, qəhrəmanlıqlarının dastanını yazan şair Azərbaycan poeziyasının həqiqətən qiymətli nümunələrini yaradıb. Şair dilimizin zəngin söz xəzinəsindən məharətlə istifadə etməyi bacarıb. Şairin “Taleyin töhfəsi” kitabında bu cür zənginliklərə rast gəlmək olur. Bu kitaba şairin müxtəlif illərdə qələmə aldığı şeir və poemalardan seçmələr daxil edilmişdir. Xalq şairi 90 illik yubileyi münasibəti ilə 18 Fevral 2021-ci ildə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Şairin Audiokitab tətbiqində «Zümrüd quşu» kitabı da yer alıb.