ТОП просматриваемых книг сайта:
Аудиокитаб ООО
Все книги издательства Аудиокитаб ОООАннотация
Haruki Murakami 1949-cu il, yanvarın 12-də Yaponiyanın Kyoto şəhərində anadan olub. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki gənc yaşlarından ədəbiyyata maraq göstərib. Tokionun Vaseda universitetinin Ədəbiyyat fakültəsini bitirib. urakami ilk əsərini – «Pinbol-1973»-ü 1985-ci ildə qələmə alıb. 1986-1995-ci illərdə ölkəsindən köçərək Avropada, sonra isə Amerika Birləşmiş Ştatlarında yaşayıb. Bu yazıçının adı Ədəbiyyat üzrə Nobel mükafatına ən şanslı namizədlər sırasında bir neçə dəfə çəkilsə də, qazana bilməyib. Bununla belə, Haruki Murakami dünyaca məşhur ona yaxın dəyərli mükafata layiq görülüb. Onun «Küləyin nəğməsini dinlə», «Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu», «Norveç meşəsi», «Kafka sahildə», «1Q84» kimi əsərləri uzun müddət ən çox satılan əsərlər siyahısına başçılıq edib.
Аннотация
Amerikalı jurnalist və yazıçı Ernest Heminquey 1899-cu il iyulun 21-də anadan olub. «Əlvida silah», «Qoca və dəniz», «Zənglər kimin üçün çalır» kimi romanları var. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bu Aysberq üslubu adlandırılır. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdir. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdır. Bundan sonra heç vaxt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdir. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.
Аннотация
Əfqanın tarixi hadisələrdən ilhamlanaraq yaratdığı «Şahlar şahı» əfsanəvi-tarixi romanında hadisələr eramızın VI əsrinin II yarısında, indiki Azərbaycan ərazisində cərəyan edir ki, həmin dövr Yaxın şərq üçün Məhəmməd peyğəmbərin dünyayab gəlməsi kimi bir sıra əhəmiyyətli hadisələrlə tarixə həkk olunmuşdur. «Şahlar şahı» romanında müəllif Xosrov Ənuşirəvanın idarəçilik dövrünü əhatə etməklə yanaşı, həmin illərdən miras qalmış yaradıcılıq nümunələrini, əfsanə və rəvayətlərlə reallıq və faktları zərgər incəliyi ilə hörərək ürəyəyatımlı, oxunaqlı naxış şəklinə salmışdır.
Аннотация
Gənc ailədə ağır itki baş verir. Uzun illərdən sonra bu ailəyə uşaq qismət olacağı bir zamanda ailə başçısı Xalid Səlimov öz malikanəsində qətlə yetirilir. Qatilin səmərəsiz axtarışı heç bir nəticə vermir. İşi aparanlar bu qətlin altı il əvvəl baş vermiş hadisə ilə bağlı olduğunu sübuta yetirsələr də, qatili tapmaq mümkün olmur. O, müəmmalı formada yoxa çıxır. Bu andan etibarən cinayət işinin davam etdirilməsi mərhumun qardaşının təkidi ilə müstəqil xəfiyyə polkovnik Tomar Bəşirlidən xahiş olunur. İşi gizli aparan polkovnik tezliklə bu qətllə bağlı heç kəsin bilmədiyi maraqlı faktları aşkara çıxarır. İndi onu yuxusuz gecələr və müəmmalı əlaqələri aşkara çıxarmaq kimi dolaşıq bir cinayət işi gözləyirdi. Hələ ki, bu qətllə bağlı ona məlum olan yalnız bir məsələ var idi – rayon polis bölməsi təhqiqatı düzgün araşdırmamışdı…
Аннотация
Fantastika müasir ədəbiyyatşünaslıqda ən geniş mənalarda şərh olunan məfhumlardandır. Bu məfhumla müəyyən obrazlılıq tipi, ifadə və təsvir vasitələri sistemi, bir də fantastik ehtimal və elementlərin aparıcı olduğu ədəbiyyat növü göstərilir. Aydındır ki, bu kimi izah, əslində, heç nəyi izah etmir və deyilənlərin hər birinin ayrılıqda izaha ehtiyacı qalır. Fantastika janr rəngarəngliyinə görə klassik bədii ədəbiyyatdan, demək olar ki, fərqlənmir. Birmənalı şəkildə demək lazımdır ki, fantastika bədii ədəbiyyatın müstəqil qoludur. Onun əsasını qeyri-realistik vasitələr hesabına bədii vasitələrlə insan xarakterinin yaradılması, insanlar arasında qarşılıqlı münasibətlərin tipik əks etdirilməsi, tarixi qanunauyğunluqlar əsasında bəşəriyyətin ehtimal oluna biləcək inkişaf yolunun göstərilməsi və ən ümdəsi, ilk yaranışdan bədii söz sənətində aparıcı olan bəşəri problemlərin qoyulması və özünəməxsus şəkildə açılması durur. Belə fantastik əsərlərdən biri də A.Klarkın “Zamanın oxu” hekayəsidir. Hekayə elmi ixtiraların gətirə biləcəyi gözlənilməz nəticələrdən danışır: “ Çay qurumuşdu. Nəhəng heyvan çayın quru yatağı ilə enib batdaq cansız düzənliklə getməyə başlayanda gölün də suyu, demək olar, tamam çəkilmişdi. Bataqlığın hər yeri keçilən deyildi, hətta torpağın nisbətən bərk yerlərində də onun ağır pəncələri nəhəng bədəninin ağırlığı altında, azı, bir fut palçığa quylanırdı. Heyvan arabir dayanır, başını quş kimi cəld sola-sağa çevirərək düzənliyi gözdən keçirirdi. Bu məqamlarda onun pəncələri daha dərinə quylanırdı və əlli milyon il sonra insanlar həmin izlərə baxıb bu dayanacaqlann müddətini təyin edə bildilər.