Аннотация

Romançı olmaq istəyən gənc tələbə Loğman “Qartal gözü” məxfi təşkilatla əməkdaşlığa dəvət olunur və bununla da həyatının axarı tamamilə dəyişir. Bu yeni həyatda o, səmimi dostlar və amansız düşmənlərlə qarşılaşır, açılması mümkünsüz görünən müəmmalar qarşısında baş sındırır. Oxucu bu romanda həyəcanlı anlara, coşqun sevgi hisslərinə, eyni zamanda ağır cinayətlərə və çirkin siyasətə şahid olur, nazirlərin cinayətkar əməllərinə, narkotika alverçilərinə nifrət bəsləyir və yarımçıq qalmış talelərə acıyır.

Аннотация

Həyatı daim keşməkeşli keçib. Dəfələrlə ölümün bir addımlığından qayıdıb. Ən müəmmalı işlərin öhdəsindən layiqincə gəlib. Həmişə özünü peşəkar prokuror sayıb. Cinayətlərin üstünü açmaq onun üçün iki vur iki imiş. Ta ki, "soyuq cəhənnəm" lə tanış olana qədər. "Soyuq cəhənnəm" heç bir həyat əlamətinin sezilmədiyi, arzuların, xəyalların puç olduğu, neçə-neçə talelərin yarımçıq qaldığı, cəmisi 70-80 nəfər sakini olan bir yerdir. Həmin insanları heç vaxt heç kim ziyarət etmir, hər birinin ölüm tarixi var, hər birinin qəbri onlar bura məcburi yerləşdirildiyi gün qazılıb. Buranın sakinləri xoşbəxtliyin, sevincin nə olduğunu bilmir, onların vücudunu yalnız bir hiss bürüyüb: ağrı. Bu sakinlər cəmiyyətdən təcrid olunublar, hər biri "edam" gününü gözləyir. Və bir gün sakinlərdən birinin intiharı ilə başlayan ölüm hadisəsinin ardınca silsilə qətllər törədilir. "Soyuq cəhənnəm" də baş vermiş bu intiharın orada yaşanılan ağrılarla bir əlaqəsi varmı? Qatil hər addımında meydan oxuyur. Qürurlu prokuror Loğman Əliyev bu çətin cinayət hadisəsinin üstünü aça biləcəkmi? Axtarış zamanı daha böyük çətinliklə qarşılaşan prokuror qanuna tabe olacaq, yoxsa vicdanının səsinə qulaq verəcək?