ТОП просматриваемых книг сайта:
Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Читать онлайн.Название Avropa. Türklər. Böyük Çöl
Год выпуска 0
isbn 9789952243734
Автор произведения Murad Acı
Издательство Altun Kitab
Özlərinin qıpçaq keçmişi haqqında bolqarlar, serblər, xorvatlar, çexlər, macarlar, avstriyalılar, bavariyalılar, saksonlar, Şimali İtaliyanın, Almaniyanın, İspaniyanın, İsveçrənin, Şərqi Fransanın, İngiltərənin, Şimali Avropanın… Amerika və Avstraliyanın sakinləri də xəbər tutacaqlar. Bəli, bəli, çoxlarının əcdadları nə vaxtsa gözəl at minər, türk dilində danışardı… Özlərini isə qıpçaq adlandırardılar.
Ey təqib edilən tayfa,
Nə vaxt sən xalq olacaqsan?
Nə vaxtsa dövran dəyişib
Dərd-qəmini yox edəcək.
Birlik nidaları səslənəcək,
Bizi ayıran məhv olacaq!
Biz bir qanın, bir tarixin adamlarıyıq… Gəlin Altayı və Böyük Çölümüzü yada salaq.
Altay beşiyi
Məlumdur ki, qədim insanların qalıqlarına Mərkəzi Afrika və Hind-Çində rast gəlinib; burada sivilizasiyanın meydana çıxmasının iki mərkəzini müşahidə edirik. İki insan irqinin – neqroid və monqoloidin yaranmasını da bununla izah etmək olar.
Sivilizasiyaların inkişafı tədricən insanların xalqlara bölünməsinə gətirib çıxardı. Əvvəlcə bu, insanları əhatə edən təbiətlə bağlı idi; məsələn, dağ yerində yaşayan adamların minilliklərlə formalaşan özünəməxsus psixologiyasi, dünyagörüşü dəniz kənarında yaşayan adamlarınkından fərqli idi. Meşə adamının dünyagörüşü isə tamamilə başqa idi. Minilliklər ərzində hər bir xalqın sifət quruluşu formalaşır, onun özünəməxsus fərdiliyi meydana gəlirdi, məhz buna görə bir xalqın portretini yaratmaq üçün onlarca xətt, yüzlərcə rəng çaları lazımdır.
Bu gün alimlər dünyada üç irqə bölünən dörd minə qədər xalq olduğunu hesab edirlər. Bəs avropoidlər nə vaxt və necə meydana gəlmişlər? Məlum deyil. Lakin istənilən halda türklər – qıpçaqlar məhz avropoidlərə aiddirlər.
Düzdür, bəzi türklərdə monqoloid əlamətləri var, lakin bu, həmişə belə olmayıb. Onların əcdadlarında belə cizgilər yox idi.
Antropoloqlar tapılmış kəllə sümüklərinə görə qədim qıpçağın görünüşünü çox dəqiq şəkildə bərpa ediblər. Yeni eradan xeyli əvvəl isə çinlilər Altayda yaşamış bir xalqın – “dinlinlərin” sözlə portretini yaratmışdılar. Şimal qonşularının xarici görünüşü çinliləri heyrətə gətirmişdi. Əlyazmalarda bu xalqın nümayəndələri göygöz, sarışın, “üzü meymun üzünə oxşayan” kimi təsvir olunub. Bir sözlə, bu insanlar çinlilərdən tam fərqli idilər.
Yaxşı müşahidə qabiliyyətinə malik olan çinlilər qeyd edirdilər ki, qıpçaqlar fərqli bədən ölçülərinə və baş quruluşuna malikdirlər. Onları “yumrubaşlar” adlandırırdılar. Başın gicgah sümüyünün bir az iri olması isə elə bu gün də bizim üzümüzdə təkrarolunmaz iz buraxır. Bu cür üz quruluşu olan adamlara xalq arasında enlisifət deyirlər. Hər şey dəqiqdir. Kiməsə biz qısaayaq görünürük, ona görə ki dabanımız “hündürdür”… Nə edəsən? Ulu Tanrının iradəsi ilə yaranmışıq. Hər bir xalqın əcdadlarının ona qoyub getdiyi öz fərdiliyi, öz fərqlilikləri var.
Türklərin məskunlaşması sxemi:
yeni eraya qədər;
yeni eranın əvvəlində;
IV–V əsrlərdə
Bu gün xarici görünüşünə görə qıpçaqlar bir-birindən fərqlənir, onların sırasına qarasaçlılar, qaragözlülər də əlavə olunublar. Bunun da özünün tarixi səbəbləri var. Lakin xalq mühüm olanını – qəlbini, istiqanlılığını qoruyub-saxlayıb; bunlar heç vaxt dəyişilməyib, elə əvvəlki kimi də qalıb.
Bəzən həddən artıq utancaq, bəzən qızğın, hətta dəlicəsinə çılğın olan, həmişə arzularla yaşayan və tez inciyən narahat bir qəlb…
“Qıpçaq” sözü nə deməkdir? Bu sualın dəqiq cavabı yoxdur, onun ətrafında mübahisələr isə kifayət qədərdir. “Qıpçaq” sözünü müxtəlif cür tərcümə edirlər: “özünü dar mühitdə hiss edən”, “bədbəxt” və s. Düşünürəm ki, bütün mümkün və qeyri-mümkün variantları qəbul etmək olar. Çünki odun üstünə yağan qarla küləyə qarşı yağan qar da bir-birindən fərqlənir, bunu bir sözlə izah etmək mümkün deyil.
Vulkan? Fırtına? Fəlakət? Mümkündür… Qıpçağın ruhu – bu, ilk növbədə, azadlıqdır. Yalnız azadlıq və düzənlik ona xoşbəxtlik gətirir… Qoy “qıpçaq” sözünü kimə necə sərfəlidir elə də izah etsin, lakin… Kim ki azadlıq və iradəni sevmirsə, onda qıpçaq qanı yoxdur!
Bəli, coşqun həyatda biz öz qanımızın təmizliyini qoruyub-saxlamağı bacarmamışıq, ona görə ki öz ənənələrimizin qədrini bilməmişik. Özgə qadınları acgözcəsinə sevmişik, öz qadınlarımızı isə sağa-sola paylamışıq. Assimilyasiya, qanların qarışması xalqı gücləndirməyib, əksinə, onu zəiflədib.
Xüsusilə bəzi qıpçaqlarda monqol və çinlilərin irsi aydın görünür; monqol və çinlilər sanki əsrlərboyu bizim bir hissəmizin içində əriyiblər. Bir çox türk sifətli iranlılara, iranlı görünüşü olan türklərə rast gəlmək olur. İranda bütöv əyalətlər, milyonlarla adam öz aralarında türk dilində danışır, sənədlərində iranlı yazılsa da, onlar azərbaycanlıdırlar.
Belə izahedilməz hallara Şimali Qafqazda da rast gəlirik; məsələn, osetinlər və ya çeçenlər arasında klassik qıpçaq görünüşü olan xeyli insan var. Onlar elə bil uzaq keçmişə aid hansısa qədim şəkildən çıxıblar. Lakin çox az adam türk dilini xatırlayır… Vaxt olub ki, burada türklərin bütöv kəndləri “könüllü” olaraq özlərinin milli mənsubiyyətlərini dəyişdiriblər. Toponimika isə onlarda dəyişməyib, əvvəlkitək qalıb. İndi yalnız coğrafi adlar keçmişi xatırladır…
Tenqriyə (Tanrıya) eşq olsun, Dəşt-i Qıpçaq çölündə türk ruhu hələ tamamilə ölməyib! Bəzi tatarlarda, başqırdlarda, altaylılarda, xakaslarda mən bunu hiss etdim, gördüm ki, onların yuxulu kirpikləri aralanır və sönmüş gözlərinə işıq gəlir. Türk ənənələrinin Azərbaycandakı kimi güclü olduğunu mən başqa heç yerdə görmədim. Böyük iqtisadi və mədəni imkanlara malik unikal bir ölkə. Orada Avropada çoxdan unudulmuş dəyərlər qorunub-saxlanılır. Əcdadların mədəniyyəti!
Avropa qıpçaqları isə laqeyd xalqdır, səbəbi də inkvizisiyadır. Roma və Bizans kilsələri əsrlərlə Avropa çöllərində yaşayan insanları özlərinə, öz tarixlərinə laqeyd ruhda tərbiyə edib[6]. Buradan da tənbəllik, laqeyd münasibət yaranıb. Bir sözlə, sındırılmış, lakin həlak olmamış xalq.
Onlar Altayın indiyədək Azərbaycan muğamlarında duyula biləcək ağı-mahnılarını kaş eşitsəydilər! Bax budur
6
494-cü il I Roma Məclisindən başlayaraq Qərb kilsəsi türklərə qarşı gizli müharibə aparmağa başladı. İdeoloji təcavüz VII əsrdə papa Böyük Qriqorinin dövründə formalaşdı və papanın proqramına daxil edildi və sonrakı üç əsr ərzində həyata keçirildi. Orta əsrlərdə, yəni inkvizisiya zamanı onda keyfiyyət dəyişikliyi baş verdi, bu vaxt türk mədəniyyəti izlərinin kütləvi surətdə məhv edılməsi başa çatdı: kitablar yandırıldı, məbədlər məhv edildi, kütləvi qırğınlar baş verdi. Rusiyada bu dövr Romanovlar sülaləsi ilə bağlıdır.