Скачать книгу

təcrid edilmiş şəkildə yaşayıb, xüsusi ehtiyac olmayanda, çox az halda başqa xalqlarla əlaqə saxlayıblar.

      Türk dünyası genişdir, ölçüyəgəlməzdir… Orda öz dillərini və tarixlərini çoxdan unutmuş, lakin əcdadlarının xarici görünüşünü və bəzi adət-ənənələrini yaxşıca qoruyub-saxlamış xalqlar var: ukraynalılar, bolqarlar, serblər, xorvatlar, rusların, fransızların, almanların, ingilislərin böyük bir hissəsi… Elələri də var ki, heç nəyi unutmayıblar, hətta tariximizin uzaq səhifələrini belə gözəl xatırlayırlar, onları öz əfsanələrində, mahnılarında, nağıllarında yaşadırlar. Düzdür, başqa xalqlarla qonşuluqları onların xarici görünüşündə öz əksini tapıb: qazaxlar, qırğızlar, tuvalılar… Onların surətləri, sifət quruluşu əcdadlarının sifət quruluşuna az oxşayır, lakin daxili aləmləri qədim dövrün qiymətli inciləri ilə doludur.

      Bu “rəngarəngliyi” necə qiymətləndirək? Bu, yaxşıdır, yoxsa pis? Bəladır, yoxsa xoşbəxtlik?.. Dünyada heç bir dil türk dilindəki qədər dialektə malik deyil. Xalqın qanı bir, ancaq danışıq dili müxtəlifdir. Niyə?

      Cavab vermək o qədər də asan deyil. Hərçənd hər şey hadisələrin təbii inkişafına uyğun gəlir və hərəsinin özünəməxsus izahı var.

      Təəssüf ki, xalqların və ölkələrin tarixini həmişə siyasi rejimlərin istədiyi kimi yazıblar. Bir çox hallarda siyasətçilərin təzyiqi ilə tarixi əsərlərdə Həqiqət təxəyyülün məhsulu qarşısında geri çəkilməli olub. Mümkündür ki, məhz bu səbəbdən həqiqi türk tarixi indiyə qədər yazılmayıb, yazılanlar da yalnız ayrı-ayrı fraqmentlərdir. Ətrafda isə yalan dəryası… Lakin xalqsız Tarix olmur, tarixsiz də Xalq!

      Biz – qıpçaqlarıq!

      Tarixə Göbbelsin siyasətin mahiyyətini dəqiq əks etdirən məşhur deyimi yaxşı məlumdur: “Hər hansı xalqın əlindən onun tarixini alsan, bir nəsil dəyişdikdən sonra o, kütləyə çevriləcək, daha bir nəsil dəyişdikdən sonra isə artıq onu sürü kimi idarə etmək mümkündür”… Çox tanış vəziyyətdir, elə deyilmi? Görünür, biz çoxdan, özümüzün də xəbərimiz olmadan köləyə çevrilmişik!

      Bizim alimlər Sov.İKP-nin tarixini öyrənir, lakin öz xalqının tarixini bilmirdilər. Rusiyada onu tədqiq etmək, ümumiyyətlə, qadağan edilmişdi.

      Etiraz edib deyə bilərlər – az yazılmayıb. Düzdü. Lakin bütün yazılanlara inanmaq olarmı? Türk türkü tanımır, əcdadlarını yadından çıxarıb… Kiçik qəlpə özünü müstəqil, bütöv xalq kimi qələmə verir. Nə desən fikirləşib uydururlar. Qumuq, məsələn, özünün dissertasiya işində yazır ki, qumuqlar Böyük Çölün sakinlərinin törəmələri deyillər, onlar Kumux kəndindən olan, türkləşmiş laklar və darginlərdir. Belə “elmə” ar olsun.

      Türkləri, bir qayda olaraq, türklər özləri alçaldırlar! Biz heç kəsi günahlandıra bilmərik. Qumuq olduğuma görə əsəbiləşmirəm. Ona görə əsəbiləşirəm ki, mənim əcdadlarım qıpçaqlar olmuşlar, onların tarixi – mənim Tariximdir və başqa tarix istəmirəm…

      S.Aksakov[3]

      “Aksakovun soyadının türk mənşəli olduğu şübhə doğurmur”. Onun kökündə “Aksak” (axsaq) sözü du rur, bu da türkcə “topal” deməkdir. Soyadın gerbi alimin dediyini təsdiq edir.

      Qonşu qaraçaylılar isə başqa cür ifrata varırlar – onlar türkləri alanlara (yəni irandilli osetinlərə) aid edirlər, öz tarixlərini və bütün türklərin tarixini alanlardan başlayırlar. Bu azmış kimi, üstəlik, türk dünyasının mənbəyinin Qaraçayda başlandığını, guya qədim əcdadlarımızın da orada yaşadıqlarını sübut etməyə çalışırlar… Əslində, bu səfeh fikri oxuyub gülmək lazımdır. Amma bu cəfəngiyyat on min tirajla nəşr olunub, uşaqları bunu oxudaraq tərbiyə edirlər.

      Əlbəttə, alimlərin heç də hamısı kor deyil, lakin belə “elm” artıq xalq arasında geniş yayılıb. Bu “əsərlərin” sifarişçiləri yerli hakimiyyətdə oturan məmurlardır. Onlara həqiqət yox, vəzifədə uzun müddət oturmaq imkanı lazımdır. Öz məqsədləri naminə hər şeyə gedərlər; məsələn, Dağıstan qumuqları bu yolla Qafqazda yerli xalq olduqlarını “sübut” edirdilər.

      Qaraçaylıların türk kökündən imtina etməsini insani baxımdan başa düşmək olar: onlar 40-cı illərin soyqırımını – repressiyanı unutmayıblar. Ona görə də yeni soyqırımından sığortalanmaq üçün özlərini osetinlərə aid etmək yolunu seçiblər. Axı osetinlərə Rusiyada heç vaxt toxunmayıblar. Beləliklə, kiçik hiyləgərlik böyük yalana çevrilib!

      Qorxu, cəsarətsizlik, “kiçik hiyləgərliklər” bəzi türklərin qanına və canına hopub. Bunun da acı nəticələri daim kiminsə qarşısında əyilmək, alçalmaq, kiməsə uyğunlaşmaq formasında özünü həm elmdə, həm də həyatda büruzə verir. Nəticədə, türklər Qürurlarını, Ləyaqətlərini, Dəyərlərini yaddan çıxardılar. Halbuki bir xalqa məhz bu keyfiyyətlərinə görə hörmət edirlər.

      N.V.Qoqol

      “Şübhə yoxdur ki, böyük rus yazıçısı N.V.Qoqolun soyadı ümumi kökünə və mənşəyinə görə Qoqel soyadına gedib çıxır”, o da türklərin… “ördək” sözü deməkdir.

      Hazırda qumuqların sayı üç yüz min, qaraçaylıların sayı iki yüz mindən bir qədər az, balkarlarınkı isə cəmi bir neçə on min nəfər təşkil edir… İki yüz il bundan əvvəl biz bir xalq idik (Lermontov və Tolstoy bizi “Qafqaz tatarları” adlandırırdılar), qədim Xəzər ölkəsinin varisi olan və çar Rusiyası tərəfindən müstəmləkəyə çevrilən Qafqaz Şamxallığında yaşayırdıq. Həmin vaxtdan biz hətta etnik müstəqillikdən belə məhrum edildik – siyasətçilər bizi “xalqcıqlara” parçaladılar!

      Düzdür, qaraçay və balkarları indi də “tavlu qumuq”, yəni “dağlı qumuq” adlandırırlar. Yeganə fərq ondadır ki, onlar dağda yaşayır, biz isə düzəndə. Vəssalam! Qaraçaylılar, balkarlar, qumuqlar, Krım tatarları, qaqauzlar, tərəkəmələr arasında heç bir dil və mədəniyyət fərqi yoxdur… Hətta kökləri də eynidir. Mənə elə gəlir ki, Ermənistan və Estoniyada yaşayan ruslar arasında fərq daha çoxdur. Lakin türklər “müxtəlif“ xalqlardır, ruslar isə vahid. Niyə?

      M.Qolitsın

      “Mixaylo Qolitsa (portretdə M.Qolitsının ulu babası təsvir edilmişdir – M.A.) öz atasının adı İvan Bulqakın adı ilə Bulqakov adlanırdı”. Bulqak ləqəbi türkcə “məğrur”, “iğtişaşçı” deməkdir.

      Şamxallığın əhalisini əvvəllər qıpçaqlar, xəzərlər, Qafqaz tatarları adlandırırdılar. Sonra yerli kazaklar (Stavropol və Tver kazakları) slavyan oldular. Bir həqiqət var ki, XIX əsrə qədər onlar da Qafqaz tatarları idilər və bizim dildə danışırdılar, bəziləri isə bu günə qədər öz dillərini qoruyub-saxlayıblar. Bunu bilmək üçün Lev Nikolayeviç Tolstoyun “Kazaklar” povestini oxumaq kifayətdir. Orada kazakların türk kökləri aydın təsvir edilib və ana dillərinin adı çəkilib. 1863-cü ildən etibarən Qafqaz qıpçaqlarının bir çoxu əcdadlarından üz döndərib ancaq rus

Скачать книгу


<p>3</p>

Səhifələrin yuxarı hissələrində verilən portretlərin altındakı yazılarda N.A.Baskakovun “Türk mənşəli rus soyadları” əsərindən (M., 1993.) sitat gətirilir.