Скачать книгу

bilməzsən.

      Qıpçaqlar dünyanın yarısını fəth edib sanki tarixdən yoxa çıxdılar. Hər iri ara müharibələrindən sonra ulus ulusun ardınca Dəşt-i Qıpçağı tərk edir, yaxud başqa “yeni” bir xalqa çevrilir, başqa biriləri ilə qarışırdı. Türklər günəşdə qar kimi əriyirdilər.

      Nə göy, nə yer aralandı, xəstəlik, ölüm

      Bizə dolaşmadı, bəs niyə və kim,

      Ey türk xalqı, cavab ver, kim və niyə

      Qanun və hakimiyyətini məhv etdi sənin?

      Sən, sən özün, ey xalq, torpağın qarşısında,

      Sənə xidmət etmək istəyən xaqanın önündə,

      Öz qarşında sən günah işlətdin,

      Özün püşk ataraq Bəlanı seçdin.

      Axı zirehə bürünmüş heç kəs gəlmədi

      Səni məhv etməyə, kölə etməyə.

      Axı qılıncı səninkindən iti olan heç kəs gəlmədi

      Səni fəth etməyə, əyməyə, yox etməyə.

      Ey mənim türk xalqım…

      Şair Anatoli Prelovski türk hökmdarı Kül-Tiginin ölümündən sonra xalqına daş üzərinə yazılmış olan müraciətini belə tərcümə etmişdir. Mətn elə bil dünən run yazısı ilə daş üzərində həkk edilib. Əslində isə onun min il yaşı var.

      Yəni həqiqətənmi Bəla bizim daxilimizdədir?.. Yox! Bəla əbədi deyil. Düşmənin dilindən gələn söz qıpçaqlar üçün zəhər oldu, qoy həqiqi söz dərman olsun.

      I hissə

      “Moskal tarixi”

      Dəşt-i Qıpçaq, onun faciəsi haqqında hekayəni ən yaxın və ən məlum olandan, taleyin hökmü ilə türk ölkəsinin tarixi varisi, ancaq bununla razılaşmağa tələsməyən Rusiyadan başlamaq lazımdır.

      Olduqca gülünc vəziyyət alınıb: Sibirdə xarici görünüşündə slavyan izi olmayan minlərlə açıq-aşkar monqoloid tıpli adam yaşayır, lakin özlərini rus adlandırır, ancaq rus dilində danışır, rus adları daşıyırlar. Bu gün xalis asiyalılar da özlərini slavyan adlandırırlar. Təmiz türk görünüşü olan slavyanlar burada milyonlarladır.

      Ümumiyyətlə, Rusiya (eyni zamanda Avropa) tarixində heç nəyə təəccüblənmək lazım deyil, ağıl üçün o, çoxdan tapmacaya çevrilib, bəzi hadisələrin məntiqi dəyişdirilib, faktlar isə yoxa çıxarılıb; məsələn, çar Rusiyasında 196 xalq yaşayırdı. Sovet dövründə həmin rəqəm kəskin surətdə azalıb. Hakimiyyət insanların milliyyəti ilə öz əmlakı kimi, necə istəyir elə də davranırdı…

      Sovet rejimi dövründə ilk olaraq kazaklar adlarından məhrum edildilər. Çöl xalqının nəslindən olan kazakları onlar haqqında dekretdən sonra rus adlandırdılar və onlar sovet dövrünün ilk “yeni rusları” oldular. Düzdür, əvvəllər Kuban və Stavropol kazaklarını ukraynalılara aid etdilər, sonra isə onlardan rus düzəltdilər… Həqiqətdə indiki ruslar axı kimlərdir?

      Bu haqda indiyə qədər çox söz deyilib. Şairlər, yazıçılar, filosoflar bu sadə suala “gözəl” cavablar axtarıblar. Lakin cavab vermək üçün həqiqəti bilmək lazımdır. Hər şey göz qabağındadır: “Şərqi slavyan şüurlu qədim rus xalqı erkən feodal Kiyev Rus dövlətinin (IX–XII əsrlər Kiyev Rus dövləti) vahid rus dövləti kimi yarandığı dövrdə formalaşmışdır. Rəsmi nöqteyi-nəzər budur. Lakin…

      Bəs Kiyev Rus dövlətinə qədər nə olub? Axı o, boş yerdə meydana gəlməyib. IX əsrdə Dneprin sahillərinə gəlib çıxmış bu adamlar kimlər idi? Haradan gəlmişdilər? Yəni Kiyev (slavyan) Rus dövlətinin vahidliyi orada yeni xalqın formalaşa bilməsi üçün kifayət qədər möhkəm idi? Adətən, buna əsrlər və əsrlər sərf olunur.

      Digər bir fikir də başadüşülməzdir: niyə Kiyevin sakinlərinə həmişə rus deyil, ukraynalılar demişlər, axı Rus – bu elə Kiyevdir? Nəhayət, niyə ukraynalıların mədəniyyəti ruslarınkından kəskin surətdə fərqlənir?

      Kiyev Rus dövlətinin meydana çıxdığı dövrə qədər Misir, Qədim Yunanıstan, Qədim Roma sivilizasiyaları məhv olmuşdu, hələ Qədim Şərqi demirik. Bəs indiki Rusiyanın ərazisində Kiyev Rus dövlətinə qədər nə olmuşdur? Səhra? Yenə də yox. Arxeoloqlar, məsələn, sübut etmişlər ki, Kiyevin əsası digər rus şəhərlərinin çoxu kimi (Bryansk, Tula, Yelets, Rostov-Don, Simbirsk, Çelyabinsk, Tümen) IV–V əsrlərdə qoyulmuşdur. Budur, yeni sual meydana çıxır: əgər bu şəhərlər hələ Rus dövləti olmayanda mövcud idisə, niyə onlar “qədim rus” şəhərləri adlanır? Təəssüf ki, Rusiyada belə sualların üstündən sükutla keçir, yaxud da elə fərziyyələr meydana atırlar ki, nəticədə yalnız yeni suallar doğur və çaşqınlıq yaranır.

      Əl-İdrisinin tərtib etdiyi dünya xəritəsi (1154-cü il). Göründüyü kimi, Şərqdə o dövrdə «Rus» adını heç kəs bilmirdi, amma Böyük Çölün xaqanlıqları hamıya yaxşı tanış idi.

      Lakin o uzaq keçmişin əlyazmaları dövrümüzə qədər gəlib çıxıb və bu, Rusiya üçün də sirr deyil. Rus adında xalqın adının çəkildiyi ən erkən yazı “Bertin salnaməsi”, “Rus salnaməsi” və bir də Qırmızı xalatlı Konstantinin “İmperiyanın idarə edilməsi haqqında” traktatıdır. Orada nə yazılıb? Hər yerdə eyni şey: skandinaviyalıları – varyaqları ruslar adlandırırlar.

      Belə çıxır ki, yuxarıda sitat gətirilmiş “Dünya xalqları” rus ensiklopedik kataloqu, yumşaq desək, səhv edir. Ruslar barəsində susaraq rus xalqı haqqında danışmaq düzgün deyil, axı xalq öz adını və etnik mənşəyini onlardan götürmüşdür.

      IX–XII əsrlərdə Kiyev Rus dövlətinin əsasını ruslar qoymuşlar. Niyə hamıya məlum olan bir şey gizlədilsin? Niyə slavyanlardan Rusun “inşaatçıları” düzəldilsin?

      “Bertin salnaməsi”ndə, məsələn, 839-cu ildə rusların Bizans səfirliyi ilə birlikdə Mömin Lüdovikin yanına gəlməsi haqqında xəbər verilir. “Rus” xalqının tarixdə ilk dəfə adının çəkildiyi yazılı mənbədir. Çox ciddi mətndir, elə rus xalqının tarixini də bundan başlamaq lazımdır.

      Milli mənsubiyyətləri haqqında danışanda ruslar özlərini isveçli və ya norman adlandırırdılar. Belə çıxır ki, ruslar slavyan deyildilər. Üstəlik, “slavyan” olduqları haqqında heç özlərinin xəbərləri də yox idi. Onların kökləri də tamam başqadır.

      Tək yunanlar deyil, romalılar, ərəblər, qıpçaqlar, farslar, bütün dünya IX–XII əsrlərdə “rus” sözünü eyni cür başa düşürdülər. Bu sözlə onlar “varyaq” adı ilə Rusiyada məşhur olan xalqı adlandırırdılar. O dövrün bütün tarixi mənbələrində belə yazılır.

      I minilliyin sonu Şimali Avropada normanların dövrü idi. Onlar nəinki Kiyev Rusunun əsasını qoymuşlar, Ağ Rus, Qara Rus və digər rus dövlətlərini də onlar yaratmışlar, bütün bu dövlətlərdə hakim təbəqənin içərisində aparıcı dil isveç dili idi. 1066-cı ildə varyaqlar İngiltərəni fəth etdilər və o torpaqlarda öz hakim sülalələrinin mövqeyini möhkəmlətdilər. Lakin başqa ənənələrdə tərbiyə

Скачать книгу