ТОП просматриваемых книг сайта:
Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Читать онлайн.Название Avropa. Türklər. Böyük Çöl
Год выпуска 0
isbn 9789952243734
Автор произведения Murad Acı
Издательство Altun Kitab
“Slavyan-norman” yazarı knyaz Mstislav o qədər məntiqsiz fikirlər qoyub gedib ki, adamı dəhşət götürür, lakin bu, Rusiya dövlətinin erkən tarixinə çevrilib. Nestorun salnaməsindən o, Kiyevin həqiqi tarixinin əsasını təşkil edən türklərdən nə vardısa üstündən xətt çəkib. Mstislav, bu başabəla redaktor daha da inandırıcı olsun deyə guya Kiyev dövlətinin əsasını qoymuş slavyan tayfalarının siyahısını da tərtib edib. Əvvəllər bu uydurulmuş “drevlyanlar-polyanlar” haqqında heç kəs nə eşidib, nə də danışmışdı.
Çerniqovdakı Qara Məzar kurqanından tapılmış tur buynuzundakı kompozisiya.
Adamlar həqiqəti bilməsinlər, öz köklərini tanımasınlar deyə tarixin daim yenidən yazılması prosesi davam edib – tarix elmi çoxdan və inadkarcasına “qədim peşə” adını almağa iddialıdır. Təkcə sovet dövründə, bir nəslin gözü qarşısında bu çirkin əməliyyat altı dəfə təkrarlanmışdı. Altı dəfə həyat başqa cür təsvir edilmiş, bəzi hadisələr təmiz dəyişdirilmiş, tamamilə əks qiymət almışdır. Məqsəd hamının hər şeyi yaddan çıxarması, unutqan nəslin böyüməsi idi… Axı bu köntöy həqiqət nəyə lazımdır ki?
Böyük Çöldə etnik tərkibin heç vaxt dəyişmədiyini bilmək adamların nəyinə lazımdır? Məsələ burasındadır ki, Xalqların Böyük köçündən sonra o necə formalaşmışdısa, əsrlərboyu eləcə də qalıb. Ancaq adlar dəyişib. Avarlar, barsillər, bulqarlar, burqundlar, hunlar, onoqurlar, qıpçaqlar, kotiqurlar… və türk xalqının daha iyirmiyə qədər adını tarix qeydə alıb. Sanki bu xaos “sübut” edir ki, Çöldə və Altayda vəhşi tayfalar və xalqlar mövcud idilər. Bunların tam əksini anlamaq üçün Çin xronikasını oxumaq kifayətdir. Hər hansı tayfa hakimiyyətə gələn kimi öz adını əli altında olan xalqa verirdi. Heç bir yeni tayfa və xalq olmayıb. Özü də ki “vəhşi”.
Məsələn, Qeysəriyyəli Prokopi “Qotlarla müharibə” kitabında qeyd edir ki, hunlarda çarın ölümündən sonra onun iki oğlu hakimiyyəti, ölkəni və orada yaşayan əhalini öz arlarında bölüşdürdü. Hər biri öz xalqına öz adını verdi. Oğlanların birinin adı Utiqur, digərinin adı isə Kurtiqur idi. Utiqur və kurtiqur adlanan iki türk xalqının “meydanagəlmə” tarixi belədir.
Qara Məzar kurqanından tapılmış tur buxovundan hissə
Böyük Çöldə bir “xalqın” digərinə çevrilməsi adi iş idi. Ənənə belə idi. Bunları bilmədən türklər, onların mədəniyyəti haqda fikir yürütmək düzgündürmü? “Xalq” meydana gəlir, bir neçə onillikdən sonra “yoxa çıxır”, onun yerində yeni, bu dəfə də türk olan “xalq” peyda olur… Sizcə, bu nədir? Cəfəngiyyat? Axmaqlıq? Yox, bu, “köçəri sivilizasiyası” haqqında bilik kimi qələmə verilən cəhalətdir.
Yenə də guya Çöl üzrə ixtisaslaşan alimlərin mövqeyi başa düşülmür. Onlar açıq-aşkar olan şeyləri, bir tərəfdən Çölün türk birliyini, digər tərəfdən türk Kiyevi ilə slavyan Novqorodunun mədəniyyətləri arasında olan fərqi nümayişkaranə şəkildə görmək istəmirdilər. Hər şeyi slavyanlara aid edirdilər. Niyə? Bunlar ki ayrı-ayrı şeylərdir!
Özlərini, öz xalqını, öz əcdadlarını çıxılmaz vəziyyətə salıblar. Bundan başqa, qonşularına hörmətsizlik ediblər. Rus siyasətçiləri təkcə türkləri vəhşi elan edərək, onların tarixini və mədəniyyətini özünə çıxaraq tarixdən yoxa çıxarmağa cəhd göstərməyiblər. Onlar fin-uqor xalqlarını da belə qarət ediblər. Belarusların və ukraynalıların da tarixini təhrif edib onların ən yaxşı oğullarını əllərindən alıblar; məsələn, ilk belarus çapçısı İvan Fedoroviç dönüb rus Fyodorov oldu. Bəstəkar Qlinka, yazıçı Dostoyevski və onlarca başqaları da onun kimi… Belarus üzərində səma ulduzsuz qaldı.
Müqayisə üçün – qədim Altayın (e.ə. V–IV əsrlər) kurqanlarından tapılmış heyvan təsvirləri.
Maral, qıpçaq mədəniyyətinin sevimli mövzularından biri (Z.S.Samaşevin müqayisəli cədvəli): 1 – Sağır I; 2–5 – Çiliktin kurqanı; 6 – Ters çayı üzərində qaya, Kiçik Qara-tau silsiləsi; 7 ‒ Yelanqaş; 8 ‒ Monqolustan; 9 ‒ Moynak; 10 – Kostroma kurqanı; 11 – Poltava vilayəti; 12 – Melqunov kurqanı; 13 – Ziviyə; 14 – Cənubi Sibir.
Üzərində maral təsvir olunmuş daşlar – qıpçaqların məşhur vizit kartları. Altaydan tutmuş Mərkəzi Avro payadək səma maralının – «yelenin» təsviri olan daşlara rast gəlinir.
Qıpçaq Kiyevi
Hadisələrin yeni “şərhi” ancaq nəsə təzə bir şey düşünmək arzusunu gücləndirir… Bu sahədə Kiyev şəhərinin tarixi gözəl nümunədir. Məhz burada yaradıcılığın, kamilliyin sərhədi yoxdur.
“Salnaməçilər” şəhərin əsasının qoyulma tarixini 854-cü ilə aid edirlər. Amma arxeoloqlar inandırırlar ki, insanlar burada V əsrdən məskunlaşıblar. Ərəb mənbələri bunu təsdiqləyir. Beləliklə, 350 illik vaxt fərqini rus salnamələrində sıfıra endiriblər.
Belə üsul nə deməkdir? O deməkdir ki, I Pyotr çox rahat şəkildə Stalinin müasiri ola bilər, onlar Poltava döyüşünə birgə rəhbərlik edəndən sonra repressiyalara başlayardılar… Cəfəngiyyatdır? Lakin Kiyevin nümunəsi həmin qəbildəndir.
Vaxtın qısaldılması rəsmi rus tarixçilərinin sınaqdan keçirilmiş üsuludur. “Ötən illərin dastanı”nın giriş hissəsini təsadüfən beş dəfə dəyişməyiblər ki: dalandan çıxış axtarırdılar, slavyanları rusa çevirməyin yollarını arayırdılar! Və tapdılar. Olduqca sadə bir yol seçdilər: nəyinsə üstündən xətt çəkdilər, nəyisə əlavə etdilər, sonra varyaq hakimlərin adlarını dəyişdilər. Beləliklə, Kiyev Rusunun tarixi slavyan tarixi oldu… Qəşəngcə hamını barmaqlarına doladılar.
Lakin yeni xalqın (rus xalqının), yeni ölkənin (slavyan Rusunun) belə başlanğıcı ilə razılaşmaq mümkündürmü? Yəqin ki, yox. Slavyanların başlarını qaldırmaları, hakimiyyətə gəlib rus xalqı adlanmaları üçün hansısa daha ciddi hal və səbəb olmalıdır.
Burada həmin dövrdə dünyada baş verən hadisələri saf-çürük etmədən keçinmək olmaz.
XI əsrdə Bizansın ulduzu sönməyə başladı; ölkə sürətlə zəifləyirdi. Xristian kilsəsinə rəhbərlik etmək üçün gedən mübarizə Romanın xeyrinə başa çatdı, siyasətdə və iqtisadiyyatda da bu özünü göstərdi. Bizansda hakimiyyət tədricən yararsız hala gəlirdi. Yunanlar çox şeydən imtina etməyə məcbur oldular; məsələn, rusların onların ölkəsini təmin etdiyi bəzək əşyalarından. Kölə slavyanlar da pula getmirdilər.
Ev xoruzunun sevimli təsviri. Onlara qədim Altayın kurqanlarının əşyalarında tez-tez rast gəlinir və Böyük Çölün xalqlarının yadda şından çıxmır, məsələn, Fransanın.
Rusların