Скачать книгу

qorxaq deyildim, əksinə, kifayət qədər inadkar və cəsarətli idim: Başqa şəhər, paytaxt olmasına baxmayaraq itməkdən qorxmurdum. Moskva ətrafında yaşayan Petrovu axtarıb tapdım. Bundan sonra həqiqətən kənd başladı. O, ozü qapını açdı. Evdəki vəziyyət heç də onun həkim olmasından xəbər vermirdi: nə kabinet, nə tibbi avadanlıq, nə də ki, tibbdən əsər-əlamət… Həkim başına larinqoloq güzgüsünü taxdi, parlaq işığı yandırdı və mənim səs tellərimə baxdı:

             -Nə olsun? -dedi.

             Sonra mənə diqqətlə baxıb dilləndi:

             -Səs telləri, elə səs telləri olaraq qalır. Normadadır, müğənnilikdi.

             Qısa fasilədən sonra həkim sözünə davam edərək dedi:

             -Cavan oğlan, sizin səsiniz aşağıdı? Səs telləri yaxşı inkişaf edibdi?

             Mən cavab verərək dedim:

             -Bəli! Yaxsi!

             Həm başımı tərpətməklə, həm də sözlə həkimin suallarını cavablandırdım. Axı burda nəyə etiraz edəsən, hər şey tamamilə doğru idi. Səs məndə həqiqətən aşağı idi.

             -Demək, sizdə səs necədi ? -deyərək, -həkim soruşdu.

             Ümumiyyətlə, bas-bariton, -deyərək, -dilləndim.

             -Əla! İndi mənə Nadirin ariyasını oxuyun.

             Nadirin ariyası tenor üçündü, bundan yuxarı olmur.

             Əlbəttə, həkim məni dəhşətli dərəcədə pərt etdi. CavabInda, -dedim:

             Bağışlayın, həkim. Mən ki, sizə dedim, mənim səsim bas-baritondu.

             -Bəli, mən deyirəm ki, Nadiri oxu!

             Bu, onunla yekunlaşdı ki, mən tenor səslə Nadiri, bas səslə Mefistofeli oxudum. Həkim razı qalaraq əlini-əlinə sürtdü.

             -Hə, Müslüm ibn Məhəmməd Maqomayev, hətta, çox yaxşıdı. Bəli, sadəcə olaraq çox xoşdu!

             Mənim ürəyim sakitləşdi və mən soruşdum.

             Həkim, indi mən nə etməliyəm? Biri mənə deyir oxu, digəri deyir oxuma.

             -Bəs siz özünüz necə düşünürsünüz?

             Mən oxumaq istəyirəm.

             -Əlbəttə, xoşdu ki, özünüz oxumaq istəyirsiniz. Siz bundan ötrü ordan Moskvaya gəlmisiniz?

             Mən başımla həkimin sualını təsdiqlədim. Həkimlə işim qurtardıqdan sonra tələsmədən mehmanxanaya qayıtdım. Axşam Camal əmimə Petrovun yanına getməyim haqqında məlumat verdim.

             -Elə bu? -deyərək, -əmim şübhəli baxışlarla məni süzdü və dedi:

             -Sən məni aldatmırsan?

             Mən incidim və küskün halda dilləndim:

             Bəyəm, nə vaxtsa sənə yalan demişəm?

             Əmim incidiyimi görüb könlümü aldı. Mən isə fürsətdən istifadə edib əmimi yola gətirdim ki, məni Vışniy Voloçoka buraxsın: mən istəyirdim ki, uşaqlıq vaxtı yaşadığım şəhərdə olum, hərdə olum, hərdə olum, hərdə olum Həmin vaxt artıq anamın yeni ailəsi var idi. O, Barnaulda yaşayırdı və işləyirdi. Biz çoxdan idi ki, görüşmürdük, çünki anam Bakıya gəlmək istəmirdi. Nə vaxt mənim Moskvaya gələcəyimi biləndə qərara alır ki, görüşmək üçün Vışniy Voloçoka gəlsin. Həm mənimlə görüşsün, həm də bir vaxtlar yaşadığı şəhəri görsün.”

             Əmisi Camaləddinin, nənəsi Baydagül xanımın və polyak əsilli Mura xalasının isti, doğma qayğısı ilə əhatə olunan Müslüm anası ilə görüşməyə çox can atırdı. Baxmayaraq ki, anası ona istənilən nəvazişi, ana qayğısını verə bilməmişdi. Bütün bunlara baxmayaraq ana və övlad məhəbbəti qarşılıqlı surətdə onları bir-birinə doğru cazibə qüvvəsi ilə dartırdı.

             Müslüm Moskva təəssüratlarını xatirələr kitabında belə yazırdı: “Nə vaxt Vışniy Voloçokdan Moskvaya qayıtdım, əmim Camalı yerində tapmadım. O, artıq Bakıya qayıtmisdi. Bu, nöqteyi-nəzərdən nisbətən daha sadə, o cümlədən ucuz “Neva” mehmanxanasında qalmalı oldum. Pulum az idi, ancaq bununla belə, onun bir hissəsini Qorki küçəsində yerləşən studiyada səsli məktub yazmağa xərclədim. Mutasiya ilə bağlı sonsuz danışıqlar mənim qəlbimdə şəkki-şübhə, narahatlıq yaradırdı. Ona görə, hər ehtimala qarşı səsimi yazmaq qərarına gəldim. Düşündüm ki, həqiqətən birdən səsim dəyişə bilər. Studiyanın direktorunun familiyası Petruşanski idi. Familiya, sanki, familiya idi, ancaq nədənsə həmin vaxt bu soyad məndə gülüş yaratdı. Niyə? Bunu indiyə kimi özüm də, bilmirəm. O, məndən soruşdu:

             -Cavan oğlan, kimə məktub yazacağıq?

             Mən cavabında dedim:

             Özüm, özümə.

             O, əvvəlcə şübhəli baxışlarla məni süzdü və sonra dillənərək dedi:

             -Bu, necə olur?

             Mən dedim:

             Sadəcə olaraq səsimi yazmaq istəyirəm.

             -Onda irəli, mikrofona doğru, – dedi.

             Mən yenə dilləndim:

             Yox, ayaq üstə duran mikrofon məni qane etmir. Mənə lazımdı ki, mikrofon royalın yanında olsun.

             -Royal sizə nəyə lazımdı?

             İfa etmək üçün.

             -Həm oxumaq, həm də müşayiət etmək üçün?

             Bəli!

             Mikrofonu royala tərəf yaxınlaşdırdılar və royalın qapağını qaldırdılar. Yoxlamaq üçün mən danışdım: bir, iki, üç. Oxumağa başladım: “Məni yaddan çığartma” adlı neapolitan mahnısını ifa etdim. Yazı qurtaran kimi studiyanın əməkdaşları məni əhatəyə aldılar. Petruşanski başqalarından çox həyəcan keçirirdi:

             -Siz deyirsiniz ki, peşəkar müğənni deyilsiniz?

             Hələ ki, yox.

             -Bu, nədi, siz yenidən Bakıya gedəcəksiniz?

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «Литрес».

      Прочитайте эту книгу целиком, купив

Скачать книгу