Аннотация

Kitabda “Hədəf Şirkətlər Qrupu”nun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqə həsr olunmuş yazılar və 42-ci doğum günü münasibətilə yaxınları, dostları və həmkarlarının təbrikləri yer alıb.

Аннотация

Bu kitab ucsuz-bucaqsız okeanın dərinliklərində yaşayan delfin balasının başına gələn macəralardan bəhs edir. Tək üzməyə çalışan balaca delfin çox uzağa getməyəcəyinə dair anasına söz verir. Sualtı dünyanın gözəlliklərini gördükcə heyran olur. Amma içində məktub olan şüşə tapması balaca delfini suyun üzünə çıxmağa və faydalı bir işi sona çatdırmağa sövq edir. Bu işdə sarı balıqla xərçəng ona necə kömək edə bilər? Bu üç dostun “Şüşədəki məktub” macərası çox maraqlı hadisələrlə davam edir. Sən də onlarla birgə macəra yaşamaq istəyirsənsə, kitabı oxumağa başlaya bilərsən!

Аннотация

Daha çox məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan kitabda Azərbaycan dilinin qrammatikası çox fərqli, əyləncəli şəkildə çatdırılır. Dilin müxtəlif qatları ayrıca ölkə və şahlıqlar, anlayışlar isə insanlar ilə əvəz olunaraq qrammatik xarakteristika daşıyırlar.

Аннотация

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarət olan bu poema özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərib. Əsər boyu Makedoniyalı İskəndərin sərkərdə, alim və peyğəmbərliyini əks etdirən müxtəlif hadisələr verilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcək, hakimiyyət və ideal cəmiyyət haqqında dəyərli fikirlərlə rastlaşacaqsan.

Аннотация

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Yeddi gözəl” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Bu poema qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. “Yeddi gözəl”in əsasında Bəhram Gur haqqında əfsanə durur. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcəksən.

Аннотация

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Qədim Şərqin məşhur sevgi dastanı olan “Leyli və Məcnun” Nizaminin qələmində ölməz əsərə çevrilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcəksən. “Leyli və Məcnun” əsəri sənə saf sevgi anlayışının nə qədər həyati əhəmiyyətli olduğunu anladacaq.

Аннотация

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Xosrov və Şirin” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Qədim Şərqdə çox yayılmış əfsanələrdən biri olan “Xosrov və Şirin” Nizaminin qələmində ölməz əsərə çevrilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcəksən.

Аннотация

Kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”si uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunur. Balaca oxucularımız bu toplunu oxumaqla həm böyük ədib Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, həmişə doğrunun, haqlının yanında durmaq kimi əxlaqi keyfiyyətləri mənimsəyəcək, özlərində ədalətin gec-tez qələbə çalacağına birmənalı inam formalaşdıracaqlar.

Аннотация

“Azərbaycan nağılları” silsiləsində xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, ibrətamiz əhvalatlar, xeyirlə şərin əbədi-əzəli mübarizəsi və s. kimi mövzulara rast gələ bilərsiniz. Bu kitabda ""Torpağın nağılı"", ""Loğmanla şəyirdinin nağılı"", ""Yoxsul qocayla vəzirin nağılı"", ""Yaxşılığa yaxşılıq"" və ""Tacir oğlunun nağılı"" nağılları yer alıb.

Аннотация

“Azərbaycan nağılları” silsiləsində xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, ibrətamiz əhvalatlar, xeyirlə şərin əbədi-əzəli mübarizəsi və s. kimi mövzulara rast gələ bilərsiniz. Bu kitabda "Təpəgözün nağılı", "Çil Madyanın nağılı", "Qara atın nağılı" və "Əmir ilə şah qızının nağılı" nağılları yer alıb.