Аннотация

Qan Turalının "Ayna" kitabında müəllifin son illərdə yazdığı povest və hekayələr toplanıb. Müasir dövrün təbəddülatlarından bəhs edən bu yazıların əsas leytmotivi modern insanın qarşısında duran ekzistensial problemlərdir. Həyatın müxtəlif təbəqə və zümrələrinə aid olan qəhrəmanlar zəmanənin yaratdığı əngəllər qarşısında gücsüz görünsələr və bəzən məğlub olsalar belə, ümid əsla onları tərk etmir.

Аннотация

Əsər ilahinin hikmət xəzinəsinin qoruyucuları ilə gizli güclərin 2000 ildən artıqdır davam edən gizli və qanlı savaşından bəhs edir. X əsrdə baş verən hadisələrin fonunda müxtəlif dünyaların təmsilçiləri olan iki gəncin böyük sevgisi və onların qarşılarına çıxan maneələr, inandıqları yol uğrunda ölümə doğru qətiyyətlə addımlayan cəsur insanların ruhlarını sarmış eşq atəşi haqqında tarixi bir romandır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Аннотация

Kitabda Tamerlan İsmayılzadənin hekayə və sevginamələri toplanıb. “Günlük həyatımızda o qədər maraqlı şey olur ki, onların fərqinə belə varmırıq. Əslində, o qədər diqqət yetirilməli, o qədər haqqında yazılmalı şeylər var ki! Ətrafımda olan hadisələri, keçirdiyim hisləri içimdə saxlaya bilməzdim. Və bunları cümlələrə tökərək, özümü bunu oxuyan gözlərlə bölüşmək məcburiyyətində hiss edirdim. Çünki siz içimdən süzülüb gələn cümlələri oxuduqca mən rahatlanıb, xoşbəxt oluram.”

Аннотация

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Sən bu kitabı oxumaqla həm böyük ədib Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, həmişə doğrunun, haqlının yanında durmaq kimi əxlaqi keyfiyyətləri mənimsəyəcək, özündə ədalətin gec-tez qələbə çalacağına birmənalı inam formalaşdıracaqsan.

Аннотация

Книга «Следами надежд» из серии «Азербайджанская литература» представляет криминально-детективный роман азербайджанских писателей Шамиля Садига и Мушфигa Хана, написанный на основе архивных материалов МНБ, свидетельств лиц, бывших в плену у армянских боевиков во время карабахской войны в начале 90-х годов ХХ столетия. В центре повествования – трагедия азербайджанского города Ходжалы и его жителей, в частности – девушки Айтекин, жизнь которой в одно мгновение изменила война: в прошлом остались ее любимый – Рамиль, сокровенные мечты и надежды, а впереди ожидали беспросветные будни, проведенные в плену. По прошествии 20 лет к событиям карабахского конфликта обращается опытный оперативник секретного отдела МНБ М.Гудратов, и пытается по крупицам восстановить события трагедии и вереницу злодеяний, совершенных в далекие 90-е годы. Правосудие должно восторжествовать – в этом уверены герои романа.