ТОП просматриваемых книг сайта:
Hədəf nəşrləri
Все книги издательства Hədəf nəşrləriАннотация
Vəsaitdə təqdim edilən test və tapşırıqlara cavab verərək özünü tanıya bilər, kim olduğunu bir daha görə, ailədə, cəmiyyətdə, şəxsi münasibətlərdə öz xarakterinizi aydınlaşdıra bilərsiniz. Vəsaitdə bölmələr elə seçilib və yerləşdirilib ki, respondentin istənilən məlumatın dərketmə səviyyəsinin inkişaf etdirilməsinə, məntiqi nəticələr çıxarmasına, vərdişlərin, əldə edilmiş biliklərin müəyyənləşdirilməsinə imkan verir.
Аннотация
Kitabda yazıçı-şair Kənan Hacının son illərdə yazdığı şeir nümunələri toplanıb.
Аннотация
“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının davamı – ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır… Bu, xanənişin həyatın, bir epoxanın sonudur.
Аннотация
Əziz oxucu… Əgər “Ona”nı oxumusansa ön sözdə özüm haqqında məlumatlar yazmaq, tərcümeyi-halımı, şəxsi uğurlarımı və s. qeyd etməyi sevmədiyimi bilirsən. Bir oxucu kimi gözəl bilirəm ki, hər zaman oxucu müəllifdən çox onun kitabı haqqında maraqlanır, kitabın ilk səhifələrində də uzun, yorucu uğurları, mükafatları görməkdənsə, bir an öncə kitabın içində nələr olduğunu görməyə səbrsizlənir. Doğrusu, bu sahədə hansısa uğurlarımdan və mükafatlarımdan danışmağım da gülməli olardı. Ona görə ki, mən bir yazıçı olmadığımı da, həddimi də çox gözəl bilirəm. Əgər yazıçı olmaq üçün on addım varsa, mən hələ birinci yol ilə ikinci yol arasında yerləşən o körpüdə yeriyirəm və ümid edirəm ki, heç olmasa illər sonra o on addımlıq yolun yarısını qət edə biləcəyəm.
Аннотация
Elxan Elatlının “Susan qadın” psixoloji-detektiv romanı ər xəyanətinə uğramış və bu səbəbdən qüruru əzilmiş Əsmər adlı gənc bir qadının keçirdiyi qısa, eyni zamanda olduqca iztirablı həyatından bəhs edir. Mürəkkəb sevgi və ailə münasibətlərinə ustalıqla toxunulan əsərdə bir çox oxucunun özünü tapacağına əminik. “Susan qadın” romanının əsas süjeti bir cinayətin axtarışı üzərində qurulub. Lakin bu cinayət necə bir cinayətdir, buna oxucu özü cavab verəcək. Hər halda ölümlə nəticələnmiş ağır bir cinayət var və təqsirkar axtarılır. Romanın ikinci əsas qəhrəmanı yazıçının əvvəlki bir çox romanlarından tanıdığınız istefada olan polis polkovniki, məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlıdır. Oxucular əsərdə onun apardığı maraqlı təhqiqatla bərabər şəxsi həyatında baş vermiş bəzi kədərli yeniliklərlə də tanış ola biləcəklər.
Аннотация
Kitabda toplanan şeirlər əslində Tanrıya oxunan dualardır – dörd şairin qırx duası. Bu dualardan hansı Tanrıy çatacaq, hansı göy üzündə itib-batacaq, bunu bir Tanrı bilir. Hər halda, bu şeirlər duadır. Tanrıya yetsə də, yetməsə də.
Əziz oxucu, ruhunun qapısını döyən bu dualar səni ovudacaqmı, kədərləndirəcəkmi, bu sənin işindir. Ancaq Ruhunun qapısını taybatay aç bu dualara, Tanrıya gedən yolun qısaldı bəlkə....
Аннотация
Kitabda Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətləri yer alıb. “Sev və inan!” sevgisizliyi yaradan səbəblərə qalib gəlməyi, insanda aktiv qüvvə olan sevgini düzgün istiqamətləndirməyi və bunu həyatın bütün sahələrinə tətbiq etməyi aşılayan kitabdır. Müəllifə görə, bugünkü cəmiyyətimizdə, xüsusilə gənclərin özünəinam və cəsarət mövzularında dəstəyə ehtiyac olduğunu müşahidə etməmək mümkün deyil. Bunun səbəbi ölkəmizdə psixoloji maarifləndirmə işinin zəif olması ilə əlaqəlidir. Ceylan Mumoğlu SEVGİ və İNAM kimi əhəmiyyətli psixoloji ehkamları “xoşbəxtlik” və “uğur” hədəfinə çatmaq üçün əsas vasitə hesab edir. Kitabın bir qismi də beyin və onunla əlaqəli məsələlərə, mütaliə vərdişinin yaradılmasına həsr olunub.
Bundan əvvəl yazıçının psixoloji-fəlsəfi elmi-xronika olan “Aydınlanma səyahəti” kitabı və “Qurbağa öpüşü” adlı hekayələr toplusu işıq üzü görüb.
Аннотация
Əsası və təməli XX əsrin əvvəlində ‒ 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir və cümhuriyyətin sağlam təməllər üzərində yaratdığı azərbaycançılıq ideyası özünü bu gün əməli fəaliyyətində və Azərbaycan dövlətinin siyasi kursunda prioritet istiqamət olaraq saxlamaqdadır.
Аннотация
Romanda baş verən hadisələr bir gəncin mənəvi dəyərlərlə gerçək tələblər arasındakı təbəddülat hislərindən bəhs edir. Onun sındırılması üçün istər psixoloji, istərsə də fiziki təzyiq vasitəsinə əl atılır. Tələb isə çuğulluqdur. Əyalət gənci qan yaddaşında belə tələbin yaramazlıqla bir tutulduğunu anlatmağa çalışsa da, ondan zəmanəyə uyğun hərəkət etməsi gözlənilir. Əyalətin saf hisləri ilə şəhərin acı gerçəkliyi arasında qalan gənc dünyaca məşhur çuğullarla öz həyatını müqayisə etməklə, yaxud xəyalında ibtidai icma quruluşuna uçmaqla təsəlli tapır. Tapılan son vasitə isə ətrafdakıları dəhşətə gətirir.
Аннотация
Əjdər Ol öncəliklə realistdir. Milli insanın xarakteri və milli həyatın mənzərələri onu daha çox məşğul edir. Eyni zamanda, klassik və modern hekayəçiliyin keçdiyi yollara da yaxından bələd olan yazar insan xarakterinin iti müşahidəçisi və insan təsvirinin ustasıdır. Bu xüsusiyyətləri Əjdər Olu vacib ədəbi uğurlara və gözlənilməz nəticələrə aparıb çıxarır. Kitabda yer alan 7 portret hekayə və 13 hekayə realizmin ən sərt üzünü oxuculara çatdırır. Müəllifin indiyədək çap olunmuş ən yaxşı və uğurlu hekayələri bu kitabda toplanıb. İnanırıq ki, Əjdər Olun məxsusi yumor hissi, müşahidə bacarığı və anlatma tərzi oxucuların marağına səbəb olacaq.