Аннотация

Bu kitaba İ.S.Turgenevin üç əsəri daxil edilmişdir. “Saat”, “Bədbəxt qız”, “Taqqıldayır”. “Saat” povestində gənc qəhrəman Davıdın güclü xarakterindən bəhs olunur. O, kasıbların, təhqir olunanların havadarıdır. Özünə bəslənən etimadı doğruldan Davıd məşhur Borodino döyüşü zamanı bir qəhrəman kimi həlak olur. “Bədbəxt qız” əsərində öz atalığından sonsuz zülmlər görən bir qızın acınacaqlı həyatı, “Taqqıldayır” povestində isə rus kəndlisinin səciyyəvi sifətləri təsvir olunur.

Аннотация

Roman İngiltərə tarixinə həsr olunmuşdur. Yazıçı hakimiyyət uğrunda mübarizədə baş qaldıran hərc-mərcliyə son qoyacaq ideal bir kral obrazı – Riçard obrazını yaratmışdır.

Аннотация

Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə kеçmiş, onun mənəviyyatının bir hissəsinə çеvrilmiş söz ustadıdır. Sеhr dolu şеirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Bеləsənətkarlara еldə “Haqq aşığı” dеyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin, səmimiyyətin zirvəsidir. Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur. Bu kitaba qüdrətli еl sənətkarının əldə olan şеirləri və adı ilə bağlanan dastan-rəvayətlər toplanmışdır. Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan talеyini, sеvinc və kədər hisslərini nеcə ifadə еtməsindədir. Aşıq Ələsgərin böyüklüyü ondadır ki, min illik ənənənin axarında öz sözünü dеyə bilmiş, min dəfələrlə təkrar olunmuş formalarda hеç kəsi təkrar еtməmiş, hamının işlətdiyi adi sözlərdən hamını hеyrətdə qoyacaq bir poеziya yaratmışdır.

Аннотация

Görkəmli nasir, publisist, dramaturq xalq yazıçısı Anarın «Seçilmiş əsərləri»nin bu cildinə müxtəlif illərdə qələmə aldığı «Asılqanda işləyən qadının söhbəti», «Taksi və vaxt», «Gürcü familyası», «Mən, sən, o, və telefon», «Yaxşı padşahın nağılı», «Dantenin yubileyi», «Keçən ilin son gecəsi», «Ağ liman» hekayə və povestləri daxil edilmişdir.

Аннотация

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri «Bakinski raboçi» qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.1962-ci ildə yazıçının «Azərnəşr»də «Mənim bacım», 1964-cü ildə «Əriyən heykəl», 1969-cu ildə «Çətin yoxuş» və «Novruzgülü», 1973-cü ildə «Adını demədi», 1980-ci ildə «Adalar» kitabları çıxmışdır. Bunlar əsasən ziyalı mühitindən bəhs edən hekayələr və yığcam povestlərdir. Adını demədi» povestində təhkiyə bir qayda olaraq birinci şəxsin dilindən aparılır. Burada əsas konflikt müasir tərbiyəli insanlarla köhnə, xəstə əxlaqi ənənələr arasındakı konfliktdir.

Аннотация

Аннотация

Аннотация

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, altmış ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir. Həzi Aslanov bu romanda geniş və əhatəli planda təsvir olunmuşdur. Müharibədə iştirak etdiyi üçün romanda müharibə ilə bağlı səhnələrin təbiiliyi və inandırıcılığı diqqəti cəlb edir.

Vəsfi tibb fakültəsində oxuyarkən məhəllədəki Zeynəb adlı qıza aşiq olur. Gözü eşqdən başqa bir şey görməyən Vəsfini böyük əmisinin sevdiyi qadın Zeynəblə evlənməsi bərk sarsıdır. Zeynəbə toz belə qondurmayan Vəsfi, bir gün əmisi oğlunun Zeynəbin iç üzünü açmaq üçün tələ qurduğunu öyrənincə, tərəddüdsüz, düşünmədən onu öldürür. Uzun illərin həbs həyatından sonra Vəsfi, yenidən azadlığına qovuşur və insanlar arasında özünə bir yer tapmağa çalışır. Tutunacaq heç bir şeyi olmayan Vəsfinin artıq nə pulu, nə qalacaq bir yeri, nə də kimsəsi vardır. Vəsfiyə aid tək yer küçələrdir…