ТОП просматриваемых книг сайта:
Xatirə ədəbiyyatı
Скачать книги из серии Xatirə ədəbiyyatıАннотация
Türk ədəbiyyatının ən görkəmli və maraqlı yaradıcılığa malik nümayəndələrindən olan Səbahəddin Əlinin taleyi də yaradıcılığı qədər, hətta ondan da artıq diqqət çəkir. Faciəvi ölümü hələ də müəmma pərdəsi altında qalan yazıçı haqqında ancaq 60-cı illərdən sonra danışılmağa başlanılıb və bir çox xatirələr yazılıb. “XAN” nəşriyyatının “Xatirə Ədəbiyyatı” seriyasından 23-cü kitab olan bu topluda həmin xatirələrin bir qismi ilə tanış ola biləcəksiniz.
Аннотация
Yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” adlı kitabı Azərbaycan mühacirət ədəbiyyatının qiymətli nümunəsidir. Bu kitab görkəmli ziyalının ömrünün son illərində qələmə aldığı, həyatının xəyallar-qarabasmalar və yuxu arasında, arzular və gerçəklik içərisində çabalayaraq yaşadığı xatirələrdən və yuxulardan ibarətdir. Yuxu həm də seçilmiş bədii üsuldur. Xatirələrdə bir çox həqiqətlər sətiraltı, bir çox faktlar isə yuxu örtüyü ilə təqdim edilsə də, onlardan belə Ceyhun Hacıbəylinin şəxsiyyəti, yaşadığı həyat, duyğuları, həsrəti və narahatçılığı haqqında aydın təsəvvür əldə etmək mümkündür.
Аннотация
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Аннотация
Təqdim etdiyimiz Əziz Nesinin “Belə gəlmiş, belə getməz” kitabı “Xatirə ədəbiyyatı” seriyasından 20-ci kitabdır. Bioqrafiya Əli Nesinin “Basdırılmışı axtaran adam” (“Nesin Nəşr”, 2012) adlı kitabından götürülüb. Kitabda bu maraqlı türk yazıçısının həyat tarixçəsi ilə yaxından tanış olacaq, yaradıcılığı ilə bağlı əhəmiyyətli faktları öyrənə biləcəksiniz.
Аннотация
“Mirzə Ələkbər Sabir haqqında xatirələr” kitabı “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsinə aiddir. Kitabın tərtib olunmasında Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında 1962-ci ildə A.Zamanovun naşirliyi və H.Araslının redaktorluğu ilə işıq üzü görən “Müasirləri Sabir haqqında” nəşrinə istinad edilib.
Аннотация
Azərbaycan xalq artisti Əli Zeynalov bu kitabda ömrünün yeniyet-məlik illərindən başlayıb yaşlı çağlarınadək teatrla, sevdiyi aktyor sənəti ilə bağlı xatirələrindən bəhs edib. Böyük aktyor sonda “Əgər mənim iki ömrüm olsaydı, onu yenə də sevdiyim sənətə qurban verərdim!” qənaətinə gəlir. Kitab aktyorun yaşadığı dövrdə incəsənətə, teatr sənətinə olan münasibəti öyrənmək baxımından da əhəmiyyətlidir.
Аннотация
Falih Rıfkı Atayın “Atanız Atatürk” kitabı böyük türk dövlətini və xalqını məhv olmaqdan qurtaran sərkərdə və lider Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti haqqındadır. Müəllif onun yaxın silahdaşlarından və zamandaşlarından olduğu üçün bu qeyri-adi şəxsiyyətin ən xarakterik cizgilərini ustalıqla göstərə bilib. Bu kitabı oxumaqla siz də Atatürkü yaxından tanıyacaq və sevəcəksiniz.
Аннотация
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərim haqqında yazılmış bu xatirə onun dostu, mərhum nasir və dramaturq Altay Məmmədova məxsusdur. Memuarda Əli Kərimin ömür yoluna işıq tutub poeziyasının dərin qatlarına enməklə şəxsiyyətiylə yaradıcılığının bir bütöv olduğu oxucuya çatdırılıb. Layihəmizə uyğun olaraq əsər ixtisarla nəşr olunur.
Аннотация
“Yazılmayan yazı” xalq yazıçısı Sabir Əhmədlinin avtobioqrafik səciyyə daşıyan memuar-romanıdır. Yazıçı uşaqlığından qocalığınadək keçdiyi ömür yolunu özü incələyib, bunu oxucularına böyük bir ərməğan kimi qələmə alıb. Böyük romançı burada da zamanın, məkanın ruhunu saxlamağa, milli kimliyimizin gözləri önündə hansı məngənələrdən keçdiyini özünün və qələm dostlarının timsalında göstərməyə çalışıb. Özünün sərt romançı üslubuna sadiq qalan ədib bu xatirə-romanında da həqiqətlərin gözünün içinə dik baxmaqdan çəkinməyib. Əsər “Xatirə Ədəbiyyatı” silsiləsinin tələblərinə uyğun olaraq yazıçının ailəsinin razılığı ilə müəyyən dərəcədə ixtisar edilərək nəşrə hazırlanıb.
Аннотация
Kitabda XIX əsrin sonu – XX əsrin əvvəllərində yazıb yaratmış Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq Ömər Faiq Nemanzadənin xatirələri yer alıb. Təəssüf ki, Ömər Faiqi xatirələrini bitirməyə imkan verməyiblər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.