ТОП просматриваемых книг сайта:
Xatirə ədəbiyyatı
Скачать книги из серии Xatirə ədəbiyyatıАннотация
Kitabda görkəmli yazıçı İsa Muğannanın qələmə aldığı xatirələri – “Həyatımdan səhifələr” (uşaqlıq illərindən başlamış Xalq Yazıçısı olduğu illərədək olan diqqətəlayiq hadisələr – əsasən, çətin keçən uşaqlıq illəri, ədəbiyyata həvəsinin necə yaranması, ali məktəb dövrü, ona şöhrət gətirən romanlarının ideyasının necə yaranması, ssenari müəllifi olduğu filmləri hansı çətinliklərlə ərsəyə gəlməsi və nəhayət, Muğanna təxəllüsünə necə yetişməsi) və onun haqqında dostları, qələm yoldaşları və qohumlarının xatirə yüklü yazıları yer alıb. Geniş oxucu kütləsi üçün nəşr edilən bu kitab İsa Muğannanın 90 illik yubileyinə ithaf olunub.
Аннотация
Bu kitabda toplanan xatirələr Abbas Mirzə Şərifzadənin dostlarının, yoldaşlarının, tamaşaçıların onu unutmadıqlarını, onunla bağlı kiçik bir hadisəni, sevilməz bir epizodu belə əziz tutduqlarını göstərir. Bunlar hələ ilk xatirələrdir. Onlar Abbas Mirzə haqqında deyiləcək sözün, yazılacaq kitabın bəlkə də başlanğıcıdır. Lakin bu xatirələri böyük bir təşəkkür hissilə nəşr edərkən biz inanırıq ki, yaxın gələcəkdə bu xatirələr daha da genişləndiriləcək, Abbas Mirzə haqqında təsəvvürün zənginləşməsinə kömək edəcəkdir.
Аннотация
Oxuculara təqdim olunan “Zindan xatirələri” adlı xatirələr toplusu S.C.Pişəvərinin 1930-1941-ci illərdə “Qəsr-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Xatirələrdə Rza şah zindanındakı ağır və dözülməz həyat, məmur özbaşınalıqları, günahsız insanlara verilən əzab və işgəncələr oxucuya çatdırılır.
Xatirələr keçən əsrin 30-cu illərində İranda mövcud olan siyasi mühiti, Rza şah diktaturasının törətdiyi saysız-hesabsız cinayətlərin bir hissəsini öyrənmək baxımından önəmlidir.
Аннотация
Məhəmməd Əmin Rəsulzadənin “Qafqaz xatirələri” tarixi-sənədli əsəri XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrlə yanaşı, bu gün dünyada, xüsusən Qafqazda baş verən geosiyasi vəziyyətə də aydınlıq gətirir. Bu tarixi qeydlər bir daha sübut edir ki, ozamankı siyasi gedişatlar, Qafqaz üzərində cərəyan edən dünya maraqları təkrarlanır. Ümidvarıq, bu tarixi xatirələri təkcə oxucu kimi deyil, həm də bir vətəndaş kimi oxuyub, nəticə çıxaracaq, dünyaya açıq gözlə baxacaqsınız.
Аннотация
Kitabda böyük yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlalın “Bakı görüşləri” və “Parisdə görüş” adlı öz xatirə qeydləri, eyni zamanda, onun tələbəsi və sonradan dostu olmuş filologiya elmlər doktoru, professor Xalid Əlimirzəyevin “Mənəvi borc” kitabından alınmış xatirələr, professor Şəmistan Mikayılovun, əməkdar jurnalist Flora Xəlilzadənin, Züleyxa Məmmədqızının xatirələri toplanıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Mir Cəlal xatirələrdə” kitabı ədibin 110 illiyi münasibətilə çap olunub.
Аннотация
Kitabda Azərbaycanın böyük mütəfəkkiri şair Əhməd Cavad haqda xatirələr toplanıb. Oğulları Niyazi və Yılmaz Axundzadələr, qələm əhli Əmir Mustafayev, Əli Səbri, Rəhman Salmanlı və başqalarının xatirələrinin toplandığı bu kitabda Əhməd Cavadın keşməkeşli ömür yolu, nəcib, qabaqcıl düşüncəli və ziyalı insan olması, repressiyaya necə düşdüyü və bundan sonra ailəsinin başına gətirilən faciələrdən danışılır.
Аннотация
Kitabda tanınmış yazıçı, publisist, naşir Mustafa Çəmənlinin “Nəşriyyatlarda keçən ömrüm” və “Ürəyimdən kimlər keçdi” adlı xatirələri toplanmışdır.
İnanırıq ki, “XAN” Nəşriyyatının “Xatirə Ədəbiyyatı” silsiləsində çap etdiyi bu kitab oxucuların və kitabsevərlərin rəğbətini qazanacaq.
Аннотация
Kitabda görkəmli xeyriyyəçi, mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır. Sağlığında “millət atası”, “müsəlmanlığın fəxri” adlarını qazanmış Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdirən həmin xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaq.
Аннотация
Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önünə sərilir.
Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.
Аннотация
Kitabda mühacir şair Almas İldırım haqqında xatirələr toplanıb. Xatirələrdə şairin Azərbaycanda, İranda, Türkmənistanda, Türkiyədə yaşadığı dönəmə aid nadir materiallar təqdim edilib, arxiv materialları əsasında yeni bilgilər verilib. Kitabda həmçinin Almas İldırımın məktubları, fotoşəkilləri yayımlanıb.