Аннотация

XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiqin “Xatirələrim”i “Xan” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi növbəti kitabdır. Kitabda görkəmli maarifçi ziyalının uşaqlığı, böyüyüb formalaşdığı Tiflis mühiti, Mirzə Fətəli Axundovla atasının münasibətləri, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi ziyalılarla ünsiyyəti, Xorasandakı, Bakıdakı həyatı və s. öz əksini tapıb. Kitab XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan ziddiyyətli, təzadlı şəraiti, erməni-müsəlman hadisələrini də şairin xatirələri fonunda görməyinizə şərait yaradacaq.

Аннотация

Kitabda yazıçı, filosof Əlisa Nicatın ta uşaqlıqdan günümüzə qədər yaşadıqları, xatirələri, həyatında baş verən təbəddülatları, tərcümeyi-halının maraqlı məqamları, dövrün vacib hadisələri yer alıb. Əsərdə yazıçının ətrafında, Azərbaycanda, ümumilikdə Sovet Imperiyasında baş verənlər işıqlandırılır, bütün bunlar Ə.Nicatın özünəməxsus yazı tərzində oxucuya çatdırılır.

Аннотация

“Xatirə Ədəbiyyatı” silsiləsinin sayca 47-ci kitabı olan bu toplu İranın Gürcüstandakı konsulu Mirzə Rza xan İrəvaninin yazdığı xatirələrdən ibarətdir. İran ordusunun generalı, diplomat, ictimai-siyasi xadim olan Mirzə Rza xan 1853-1937-ci illərdə yaşayıb. “Daneş” və “Ərfəüddövlə” ləqəbləri ilə tanınıb. Rusiya, Zaqafqaziya və İranda o dövrün bir çox ictimai-siyasi hadisələrinin şahidi olub. Bu xatirələrdə əsasən özünə maraqlı gələn (azacıq mistik hesab etdiyi) hadisələr və səfər qeydləri, həyatının əlamətdar günlərinin ətraflı təsviri var. Kitab XIX əsrin sonu, XX əsrin əvvəllərində bu coğrafiyanı, insanları, davranışları, bəzi siyasi qərarların mənşəyini örənmək baxımından da əhəmiyyətə malikdir.

Аннотация

Bu kitab yaradıcılığı Azərbaycan ədəbiyyatının yeni dövrünə təsadüf edən Süleyman Rüstəmin yaşadığı dövrlə, rastlaşdığı sənət və ədəbiyyat nümayəndələrilə bağlı yazdığı xatirələrdən ibarətdir. Bu isimlər arasında Cəlil Məmmədquluzadə, Əzim Əzimzadə, Süleyman Sani Axundov, Nazim Hikmət, Seyid Hüseyn, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və s. aydın insanların adı da var. Bu kitab 2005-ci ildə çap olunan Süleyman Rüstəmin üçcildlik “Seçilmiş əsərləri” toplusunun ikinci cildi əsasında hazırlanıb.

Аннотация

Kitab Nağı bəy Şeyxzamanlının xatirələri əsasında tərtib olunub. Haqqında bəhs edilən hadisələr Azərbaycanın istiqlaliyyət illərində cərəyan edir və həmin dövrə aid bir çox önəmli məlumatlarla zəngindir. Kitabı nəşrə hazırlamaqda məqsədimiz Nağı bəy Şeyxzamanlının inamını doğrultmaq, xalqımızın istiqlalı uğrunda fədakarcasına çalışmış insanların keçdiyi yolu fəxrlə xatırlamaq, iftixar hissi ilə dolu tariximizi gələcək nəsillərə çatdırmaqdır.

Аннотация

“Xatirələrim” adlı bu kitabda görkəmli teatr xadimi, Azərbaycanın ilk xalq artisti Hacağa Abasov böyük ömrünün ən qaynar çağlarını xatırlamışdır. 1906-34-cü illərdən bəhs edən bu xatirələr Azərbaycan incəsənətinin həmin dövrü ilə yaxından tanış olmaq istəyən hər bir oxucu üçün qiymətli məlumat mənbəyidir.

Аннотация

Əsrin əvvəllərində “rus ordusu artilleriyasının Allahı” general Əliağa Şıxlinskinin adı bütün dünyada şöhrət qazandı. “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” – hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi, xarici ordularda belə ona geniş maraq oyandı. Azərbaycan xalqının fəxri, general-leytenant Əliağa Şıxlinskinin bizə yadigar qalan “Xatirələrim” kitabında onun kadet tələbəliyindən ordu komandanı kimi şərəfli bir vəzifəyə yüksəldiyi yol maraqlı təsvir edilib. Kitab gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq.

Аннотация

Kitabda yazıçı-tərcüməçi Hüseyn Şərifin Hüseyn Cavid, Mikayıl Müşfiq, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun, Nazim Hikmət, Süleyman Rəhimov, Mehdi Hüseyn haqqında xatirələri toplanıb.