Скачать книгу

bunlara baxmayaraq hökmdarı daxildə narahat edən hiss var idi. Artıq yox etmək istədiyi nəvəsi Kir deyildi.

      – Madam ki, işlər bu həddə gəldi, artıq ediləcək bircə şey qalır, o da öz soyumdan olan nəvəm Kirin böyüklüyünü qəbul etmək. Onu yetişdirsəm, taxtımı ona bağışlasam, onu tərbiyə etsəm, hər şey nəzarətimdə olacaq.

      Daxildə belə düşüncəyə qapılsa da, ən yaxın dostu, sirdaşı olan Harpaqosa qarşı nifrəti azalmırdı. Çünki onu narahat edən bu məsələ çoxdan açılmalı və həll edilməliydi. Astiaq indi bir məsələ haqqında düşünürdü: əmrini dinləməyən, hər dəfə həqiqəti soruşduğu halda, yalan söyləyən Harpaqosu necə cəzalandırmalıdır?

      – Harpaqos, sənin bir oğlun var, elə deyilmi?

      – Bəli, əfəndim!

      – O halda, onu saraya gətir. Nəvəm artıq sarayda yaşayacaq. Oğlun onunla dost olsun. Birlikdə böyüsünlər! Bundan sonra onların birlikdə təlim alıb böyüyəcəkləri yer saraydır.

      Harpaqos çox sevinmişdi hökmdarın ona cəza vermədiyinə. Ona görə də oğlunu saraya gətirməyə tərəddüd etmədi. Halbuki, hökmdar ona layiqli cəza verməyi artıq qərarlaşdırmışdı.

      Astiaq Harpaqosun oğlunu tikə-tikə doğratdırdı.

      Harpaqos nə qədər yalvarsa da, kral onu bağışlamadı.

      Sonra hökmdar maqları yenidən hüzuruna çağırdı. Onların fala baxmalarını, qarşıda onu gözləyən hadisələr haqda xəbər vermələrini əmr etdi. Bundan başqa, nəvəsi Kiri gözləyən hadisələr haqqında da danışmalarını istədi:

      – Onun üçün yazılan Tanrı yazısını dəyişdirmək mümkündürmü?

      Maqlar fal açıb bir müddət öz aralarında müzakirə apardıqdan sonra bu fikirə gəldilər:

      – Əgər Kir hələ yaşayırsa və özlüyündə hökmdarlığını elan edibsə, bu adi uşaq oyunudur, burda narahat olmalı heç nə yoxdur. Hökmdar üçün yazılan yazı dəyişdirilib. Kirin oyunda hökmdar olması artıq bütün pis fikirləri yox edib. Yuxularda gördükləriniz həyata keçdi və hökmdarlığınız davam edir. Deməli, Kirdən qorxmaq, çəkinmək üçün heç bir əsas qalmayıb.

      Bununla belə, onlar yenə də Kirin fars köləsinin qanını daşımasını təhlükə hesab edirdilər. Halbuki, o zamanlar çox zəif olan farsların hakimiyyəti ələ keçirmələri imkansız görünürdü. Belə olduqda, ən düzgün yol uşağın saraydan uzaq yerdə saxlanılması idi.

      Kral Kiri hüzuruna çağırdı. O, maqların sözlərindən yenə də təsirlənmişdi. Kirin saray yaxınlığında olması hökmdar üçün təhlükə ola bilərdi.

      – Sən mənim nəvəmsən. Gördüyüm yuxunun yozumuna görə, sənə ədalətsizlik etdim. Ancaq gördüm ki, Tanrının yazısına qarşı gəlmək olmaz. Bunu sənin burada – hüzurumda olmağınla gördüm. Nə etsəm də, sən yaşadın və bu yaşa gəlib çatdın. Uşaqlığının keçdiyi yerə – farsların yanına qayıtmağını istəyirəm. Saray mühiti sənə uyğun deyil. Çünki midiyalı deyilsən. Atanın mənsub olduğu insanların içərisində böyüməlisən!

      Kirin yaşı kiçik olsa da, baş verən hadisələrdən çox təsirlənmişdi. Onu böyüdən, tərbiyə edən atası bir vaxtlar onu öldürmək üçün alan kölə imiş. Yeni tanıdığı anasından yenidən ayrılmaq, eşitdiklərin ürəyində hökmdara qarşı nifrət oyadırdı.

      Bu yaşda bu qədər mürəkkəb hadisələrin ağırlığını daşımaq çətin idi. Ancaq o, doğma anasının yanında yaşamaq, atasının qisasını almaq, haqqı olanı əldə etmək üçün and içdi.

      Bunu bacardı da.

      Oğlunun itirən Harpaqos nə edəcəyini bilmirdi. Hökmdardan ona verdiyi bu cəzaya görə qisas almaq üçün məqam gözləyirdi. Məhz buna görə Kirdən əl çəkmədi. Uzaqdan da olsa, yüksək səviyyədə yetişməyi və öyrənməsi üçün əlindən gələn köməyi göstərdi. Bütün ehtiyaclarını qarşıladı, ona çoxlu qızıl göndərdi. Xüsusi müəllimlər tutdu, onu yetişdirdi və gələcəyə hazırladı.

      – Bir vaxtlar hökmdarın gördüyü yuxunu yozan maqların dediklərinin gerçəkləşməməsi üçün çalışırdım, indi isə bunların tezliklə həyata keçməsi üçün əlimdəki bütün imkanları səfərbər etmişəm!

      Kir nifrətlə böyüyür, çox zalım şəxs kimi yetişirdi. Uşaqlıqdan aldığı tərbiyə və daha sonra baş verənlər onun qanı sevən insan kimi yetişməsinə səbəb olmuşdu. Artıq atasını öldürən, anasına olmazın əziyyətlər verən hökmdarın düşməni idi. Özünün fars olduğunu bilirdi, Midiya hökmranlığının sona çatması haqda düşünürdü.

      Harpaqos bunu bacarmışdı, istəyinə yetmişdi.

      Kirin artıq bir məqsədi var idi: hökmdar Astiaqa layiq olduğu cəzanı vermək!

      Bu işlər üçün gizli fəaliyyət göstərir, özünə sadiq adamlar seçirdi. Onu qızıl və qiymətli hədiyyələrlə Harpaqos təmin edirdi. Farslar artıq qoşun şəklində formalaşmağa başlamışdılar. Uzun zamandır arzusunda olduqları rəhbəri tapmışdılar. Artıq köləliklərinin sona çatacağı günün yaxın olduğunu bilirdilər.

      Zamanı gələndə farslar üsyan qaldırıb öz hakimiyyətlərini quracaqdılar. Artıq özlərini midiyalıların asılılığından xilas edəcək hərəkata başlamışdılar. Midiyalılarla farslar arasında bir neçə qanlı döyüş oldu. Farslardan sayca çox və silah-sursat cəhətdən qat-qat üstün olan bu qeyri-bərabər döyüşlərdə midiyalılar məğlub oldular. Bu müharibədə hamının yenilməz, qüdrətli hesab etdiyi güclü Midiya ordusu döyüş meydanlarında biabırçı məğlubiyyət yaşadı. Bu onları alçaldıcı vəziyyətə saldı. Artıq gözünü qan tutmuş Kirin içindəki nifrət vulkanı coşmuşdu. Qarşısını heç cür almaq mümkün deyildi. Kir kütləvi qətllər törətdi. Midiya ordusunu bir neçə dəfə ard-arda məğlubiyyətə uğratdıqdan sonra artıq heç kim onun qarşısına çıxmağa cürət etmirdi. Kirin törətdiyi qətllər zamanı hökmdarı farslara qarşı həmişə qızışdıran, sarayda böyük söz, nüfuz sahibi olan falçı maqlar da öz cəzalarını aldılar. Hökmdarın gələcəklə bağlı yuxularını yozan, onu müəyyən işləri görməyə yönləndirən bütün kahinlər çarmıxa çəkildilər. Hamının gözlədiyinin əksinə olaraq Kir babası hökmdar Astiaqı öldürmədi. Onu öz yanında əsir kimi saxladı və hər kəsin gözü qarşısında alçaltdı.

      Dünyanı lərzəyə salan böyük hökmdar Kirin qəhrəmanlıq hekayəsi budur.

      O, hökmdar olduqdan sonra dünyanın hər yerinə ordu yeritmiş, çoxlu sayda xalqları öz əsarəti altına salmış, böyük ərazilər işğal edib öz imperiyasını qurmuşdu. Kir çox böyük və güclü ordu yaratmışdı. Məhz bu ordunun qüdrəti hesabına qurduğu imperiyanın şanı bütün dünyaya yayıldı. Artıq Kir və ordusu haqda qəhrəmanlıq dastanları söylənilirdi. Girdiyi bütün meydan müharibələrindən qalib çıxması ona qarşı vuruşmaq istəyən qüvvələri də qorxuya salmışdı. Ümumilikdə, ordunun böyük və qüdrətli olması, həmçinin bu dəstələrin, əsasən, uzun müddət midiyalıların boyunduruğu altında yaşayan farslardan ibarət olması, fars döyüşçülərinin meydandakı şücaəti onları daha da məğlubedilməz edirdi. Kir elə ordu yaratmışdı ki, qabağına

Скачать книгу