Скачать книгу

tapmışdı. Tanrı onun yaşamasını istəmişdi. Bu körpə hələ bir aylığında bu qədər çətinliklər qarşısında yaşamışdısa, demək ki, yaşayıb qarşıda onu gözləyən böyük işləri yerinə yetirməliydi. Məhz bu səbəblərə görə Tanrı onun yaşamasını istəyirdi. Kral Astiaq bütün cəhdlərə əl atsa da, Tanrının yazdığı yazıdan qaça bilmədi.

      Körpə artıq başqa ad almışdı. Adi kölə idi. Böyük hökmdar Astiaqın doğma qanından olan nəvəsi kölə Mitradatın oğlu kimi böyüməyə başladı. Atasının yaşadığı həyat onun gələcək tərbiyəsinə təsir edəcəkdi. Çünki atası vicdansız, rəhmsiz qatil idi. O qatilin oğluydu. Bundan sonrakı həyatını da elə qatil oğlu kimi davam etdirəcəkdi.

      Kir on yaşlarında olanda qatıldığı uşaq oyunu onun gələcəkdə kim olacağına dair işarələr verdiyi üçün ibrətamiz hadisə kimi hər kəsin dilində dastana çevrildi.

      Uşaqlarla çöllük ərazidə oyun oynayırdılar. Adi uşaq oyunu idi. Ancaq Kirin uşaqlarla arasında olan söhbət onun gələcək alın yazısının təsadüfi göstəricisi idi. Belə ki, çöldə oynayan uşaqlar aralarından kral seçməli idilər. Kir cəld ortaya atılaraq: – “Əlbəttə, hökmdar mən olmalıyam! Mən dünyaya hökmdar olmaq üçün gəlmişəm!”– dedi.

      Bu, gələcəkdə reallaşacaq həqiqətin ifadəsi idi. Necə oldu ki, uşaqlarla oyun oynayan zaman durduğu yerdə Kir bu sözləri dedi?!

      Uşaqlar Kiri hökmdar seçdilər. Kir bundan sonra uşaqlara onun üçün saray hazırlamalarını əmr etdi. Elə gerçək əmrlər verib oyunu elə oynayırdı ki, sanki sarayda hökmdarın taxta çıxmasını gözləyən vəzirlər və digər şəxslər onu izləyirdilər. Kir artıq ordusunu da qurmuşdu. Taxt kimi hazırlatdığı taxtanın üzərində oturmuşdu. Əsgərlərinə və vəzirlərinə göstərişlər verirdi. Oyun oynayan uşaqların birinə xəbər gətirmək (çapar) vəzifəsi tapşırılmışdı. Bu uşaq Midiya əsilzadələrindən birinin oğlu idi. Vəzifəsini bəyənməyən oğlan Kirlə üzbəüz duraraq: – Bəsdir! Sus! Sənin hökmdarlığını qəbul etmirəm. Sən kölənin oğlusan. Mənim atam isə əsilzadə ailənin övladıdır. Hökmdar mən olmalıyam, sənin kimi qatil oğlu yox! – dedi.

      Kir çox əsəbiləşdi.

      – Tutun bu xaini, – deyərək əsgərlərinə əmr verdi. Uşaqlar onu dinlədilər. Kir əmrinə qarşı gələn uşağı bağlatdırdı və yetişdiyi mühitin təsiri ilə onu qamçıladı.

      Uşaq onun əlindən xilas olan kimi təngnəfəs qaçaraq atasının yanına getdi. Yaralarını göstərib baş verənləri danışdı:

      – Bir kölənin oğlu məni döydü.

      Oğlanın atasının adı Artembar idi. O, eşitdiklərinə inanmaq istəmirdi. Necə ola bilərdi ki, adi kölə oğlu onun oğluna bu şəkildə cəza versin? Artembar birbaşa ortaya çıxıb Kirin qatil atasına qarşı durmağa cəsarət etmədi. Nə də olmasa, arxasında əsilzadə Harpaqos var idi. Yəni sahibindən xəbərsiz köləyə cəza vermək istəsə, Harpaqos əvəzini daha artıq şəkildə çıxardı.

      Ona görə də beynində böyük sual işarələri, biraz da keçmişdə olanlardan yaddaşında qalanları xatırlayaraq baş verənləri danışmaq, izah etmək üçün hökmdarın yanına yollandı.

      Beləliklə, uşaq oyunu sarayda böyük müzakirələrə səbəb oldu. Artembar olanları, necə baş vermişdisə, o şəkildə hökmdara danışdı:

      – Ey kral Astiaq, əziz və yaxın dostun Harpaqosun köləsi Mitradatın oğlunun etdikləri bunlardır. Necə ola bilər ki, bir kölənin oğlu belə arzuda olsun? Oğluma qamçı vurulması əmrini o, hökmdar kimi göstəriş vermək üçün kimdən əmr ala bilər?

      Hökmdar Astiaq həmin ərəfələrdə, əvvəllər olduğu kimi, yenə narahat yuxular görməkdə idi. Falçı maqlar da hökmdarın yuxusunu hər zamankı kimi yozurdular.

      Alın yazısı ilə bağlı onların yozumlarını eşitmək isə hər dəfə onun ağlını başından alırdı. Maqların təhlükə kimi dəyərləndirdiyi və yuxuda gördüyü gəncin hələ uşaq ikən öldürdüyünü söyləyən yaxın dostu Harpaqosu dəfələrlə sorğu-sual etsə də, onu şübhə gəmirirdi.

      Astiaq Kirin dərhal hüzuruna gətirilməsini əmr etdi. Əsgərlər hökmdarın əmrini yerinə yetirmək üçün cəld yola düşdülər. Kralın hüzuruna gətirilən Kir yaşından böyük və zəhmli görünürdü. Uşaqlıqdan elə mühitdə böyümüşdü ki, hökmdarın hüzurunda olmağın onun üçün həyəcanı və qorxusu yox idi. Astiaq onu görən kimi özü ilə onun arasında oxşarlıqlar axtarmağa başladı. Uşağı daha da yaxşı tanımaq üçün suallar verməyə başladı. Bu sualların hamısının cavabını bildiyi halda, yenə də sorğu-suala davam edirdi, çünki içini gəmirən şübhələr uşağın cavabında gizlənmişdi.

      – Sən! – dedi – Bir kölənin oğlu olduğun halda, sarayımda əsilzadə ailədən gələn uşağı qamçılamaq əmri vermək cürətini özündə necə tapdın? Kimdir sənə bu ixtiyarı verən?

      Kir hökmdarın gözlərinin içinə baxdı. Onun gözlərində bu sualları verən hökmdara qarşı nifrət, qəzəb var idi. Kral çox sarsılmışdı. Bu yaşda olan uşaqdakı kinin, qəzəbin səbəbi nə idi?

      – Əfəndimiz! – dedi Kir, – Mən ədalətli qərar qəbul etdim. Əsgərlərimə verdiyim əmrə əməl etməyən, boyun əyməyən uşağa cəza verməyi əmr etdim. Yerimdə olsaydınız, bu şəkildə qərar qəbul etməyəcəkdinizmi? Oyun da olsa, uşaqlar məni öz aralarında hökmdar seçiblərsə, o zaman əmrlərimə tabe olmalı, dediyim hər sözü yerinə yetirməlidirlər!

      Hökmdar təəccübləndi. Nə deyəcəyini bilmədi. Qarşısında alovlu danışan bu uşağın qızına oxşarlığı o qədər çox idi ki. Mütləq bu işi axıra qədər araşdırmalı, əsl həqiqətləri öyrənməli idi. Kirin atası əliqanlı kölə olan Mitradat idi. Əsgərlərinə o qatili tapıb hüzuruna gətirmələrini əmr etdi. Baş verənlərdən təsirlənən Mitradat elə düşünürdü ki, bütün həqiqətlər ortaya çıxıb və hökmdar onu edam etdirmək üçün hüzuruna çağırır. Artıq geriyə yol yox idi, mütləq Kirə sahib çıxmalı idi. Ona görə də yenə sahib çıxdı.

      – Bu kimdir? – deyə hökmdar soruşdu.

      – Hökmdar sağ olsun, oğlumdur!

      – Sənin yalan söylədiyini bilirəm, – dedi hökmdar, – əgər elə indicə həqiqəti söyləməsən, səni işgəncə verməklə danışdıracağam.

      Hökmdarın özündən əmin səsi və təhdidi qarşısında Mitradat bir anlıq susdu. Bu vəziyyətdə hökmdar onu sorğulamaq əvəzinə bir neçə il əvvəl uşağı öldürmək üçün verdiyi Harpaqosu yanına çağırdı. Artıq həqiqətin ortaya çıxma zamanı gəlmişdi.

      – Mənə həqiqəti söylə, – deyərək qəzəbli şəkildə çığırdı, – qızımın dünyaya gətirdiyi uşağı öldürmək üçün sənə verdim. Onu öldürməyini əmr etmişdim. Geri qayıtdıqda uşağı öl-dürdüyünü dedin. Ancaq indi qarşıma çıxan bu həqiqətlər verdiyim əmri yerinə yetirmədiyini söyləyir.

      Harpaqos baş verənlərdən elə təsirlənmişdi ki, artıq nəsə danışmaq çox çətin olmuşdu. Bununla belə, daxilində rahatlıq var idi ki, bir vaxtlar öldürülmək üçün verdiyi uşaq yaşayırdı.

      – Mən

Скачать книгу