ТОП просматриваемых книг сайта:
Hekayələr. Азиз Несин
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242089
Автор произведения Азиз Несин
Серия Hekayə ustaları
Издательство Altun Kitab
– Axı “Ümumi ev” necə olur?
– Sabah səni başa salaram. Haydı, qaç uşaqların yanına…
– Axı “Ümumi ev”də nə edirlər?
– Nə edəcəklər, canım, yaşayır, yatırlar. Evdir də…
Bundan sonra qızım əlində bir qəzet əlavəsi ilə gəlib kino ulduzuna dedi:
– Xala, bax, bu abla3 deyir ki…
– Hansı abla?
Qızım qəzetdən məşhur bir kino ulduzunun adını oxudu.
– Bu abla deyir ki, “Şöhrətin yolu rejissorun yatağından başlayır…”
Rejissorun arvadı qısqanclıqla:
– Əlbəttə, – dedi, – rejissorun yatağından başlayır…
– Ata, niyə rejissorun yatağından başlayır? Kino ulduzunun öz yatağı yoxdur ki, rejissorun yatağında yatır?
– Var, qızım, var… Amma məsələn… Bəzən gec olanda və ya xəstələnəndə…
– Deməli, bərabər yatırlar…
– Canım, niyə də yatmasınlar, bunda nə var axı?
– Soyuq olduğu üçün, hə?
– Hə, hə, soyuq olduğu üçün…
Birdən mühəndisin arvadı ayağa qalxıb dedi:
– İcazənizlə biz gedək!
– A-a-a, bəs yeməyə qalmayacaqsınız?
İndi də rejissorun arvadı mühəndisin arvadına söz atdı:
– Kino ulduzumuz hirsləndi…
– Mən niyə hirslənim, elə əsl kefi pozulan sənsən… Balaca bir uşaq “Ümumi ev” haqqında soruşmaqla nə etdi axı, üzün belə qızardı?
Baş müdirin arvadı da yerindən qalxdı:
– Biz də gedirik…
– Xanım, rica edirəm… Üzr istəyirəm… Əgər bizim… – deyə vəziyyətdən çıxmağa çalışsam da, bir şey alınmadı. Qonaqlar çıxıb getdilər.
Bizim film işimiz beləcə alınmadı. O üç dost həm bizdən, həm də bir-birindən incidi… Onlar gedəndən sonra arvadım uşaqları döyməyə başladı. Zorla uşaqları onun əlindən aldım. Döymək daha pis nəticə verir…
O gündən sonra evə qəzet alınmasını qadağan etdim. Mən qəzetləri işdə oxuyuram, sonra gizlincə evə gətirirəm. Arvadım da yatanda oxuyur… Bu evə qəzet alınmır, qardaşım, alınmayacaq da! Səbəbi sizə aydın oldumu?
AĞCAQANADLAR OLMASA
On yaşında ikən deyirdi:
– Ah, bir çantam olsaydı… Ah, mənim də o biri uşaqlar kimi kitablarım, dəftərlərim olsaydı!.. Onda görərlər, necə oxuyuram. Heç bir şeyim yoxdur. Kitablarsız necə dərs oxuyum?..
On üç yaşına gəlincə, o biri uşaqlar kimi kitabları, dəftərləri, çantası oldu. Amma heç cür oxuya bilmirdi.
– Dost-tanışlarım kimi şəraitim yoxdur… – deyirdi. – Anam, atam, qardaşlarım – hamımız bir otaqda yaşayırıq. Belə dar yerdə dərs hazırlamaq olarmı? Ah, bir yazı masam olsaydı, bir də kitab şkafım. Bax onda məktəb birincisi olardım…
On altı yaşında öz otağı, masası, şkafı da oldu.
– Mənim yaşımda bir gənc həftədə on lirə cibxərcliyi almazsa, necə dərs oxuya bilər? Kitab-dəftər almalıyam. Ah, ah… Yaxşı xərcliyim olsaydı, onda hər şeyim olar, mən də daha səylə dərslərimə hazırlaşardım…
İstədikləri on səkkiz yaşında ikən oldu.
– Ah, bu məktəbi bitirsəydim… Həyat başqa, məktəb başqa… Universiteti bitirəndən sonra elə çalışacağam ki, həsəd aparacaqlar… Elə bir əsər yazacağam ki…
İyirmi dörd yaşında birtəhər ali məktəbi bitirdiyi zaman belə söyləyirdi:
– Heç cür istədiyim kimi çalışa bilmirəm. Ağlım, fikrim həmişə əsgərlikdədir… Ah, bu əsgərliyi bitirsəydim, gecə-gündüz durmadan tər tökərdim… Çalışmasan, əsər ortaya çıxmaz. Bir əsər yazacağam ki, hər kəs məndən danışacaq. Ah, bu əsgərlik…
İyirmi altı yaşında əsgərliyini bitirmişdi:
– Çalışa bilmirəm ki… Heç cür istədiyim kimi çalışa bilmirəm. Əsərimi yaza bilmirəm. Bu vəziyyətdə necə yazmaq olar? Hər gün çörəkpulu arxasınca qaçıram. İnsanın yaxşı bir işi, bəlli bir gəliri olmasa, nə cür əsər yazar? Ah, ah… Bir yaxşı iş tapsam, əsərimi yazmaq üçün hər gecə səhərə qədər işləyərəm.
İyirmi səkkiz yaşında iş-güc sahibi olmuşdu.
– Çalışa bilmirəm, vəssalam! – deyirdi. – Necə çalışım belə? İnsanın ikiotaqlı evi olmalıdır. Radiosu olmalıdır. Açarsan radionu, musiqidən ilham alarsan… Bax o zaman durmadan yaz!.. Ah, ah!.. Bir radio olsaydı…
İyirmi doqquz yaşında ikiotaqlı bir mənzil kirayəyə götürdü. Bir də radio aldı. Amma yenə istədiyi kimi yaza və illərdən bəri düşündüyü əsərini ortaya çıxara bilmirdi.
– Ah!.. – deyirdi. – Bu tənhalıq var ha… Sanki sinəmin içi sonsuz, dibsiz quyular kimi bomboşdur… İnsan tənha olanda necə yazıb-yarada bilər? Adamı çalışmağa həvəsləndirən, şövqləndirən, hətta məcbur edən bir qüvvə olmalıdır. Kimin üçün çalışacağam? Kimdən ruhlanıb əsər yazacağam? Ah, ah… Ey eşq, haradasan?..
Otuz yaşında aşiq oldu. Həm sevir, həm də sevilirdi. Amma illərdir düşündüyü o böyük əsərini heç cür yaza bilmirdi.
– Eşq gözəl şeydir, – deyirdi. – Bəli, gözəl olmağına gözəldir. Amma evlənmədən yazmaq olarmı? Evlənsəm, o zaman həyatım qaydaya düşər, istədiyim kimi çalışaram. Ah, evlənsəydim… Bir dəqiqəmi belə boş keçirməz, dayanmadan yazardım.
Otuz iki yaşında evləndi. Xoşbəxt idi, amma əsərini heç cür yaza bilmirdi. Çünki haqlı səbəbi vardı.
– Dolanmaq dərdi mindi çiyinlərimə. Çörəkpulu dalınca qaçmaqdan öz istədiyim kimi əsər yazmağa vaxtım yoxdur ki… Əsər yazmaq üçün insanın bütün zamanını, gücünü qələmə verib çalışması gərəkdir. O da bu pulla olmaz.
Otuz altı yaşında qazancı artmışdı. Amma bir özünü dinləyək:
– İkiotaqlı bir mənzil… Otaqlar da kiçikdir. Uşaq-muşaq səs-küyü də bir yandan… İnsan bu səs-küyün içərisində əsər yaza bilərmi? Ah, dörd-beş otaqlı bir evdə yaşasam, elə bir əsər yaradacağam ki…
Otuz səkkiz yaşında beşotaqlı bir evə köçdü. Lakin heç cür əsərini yaza bilmirdi. Yaza bilmirdisə, təqsir onun deyil ki…
– Şəhər
3