Аннотация

Bu kitab arzuları anındaca həyata keçirən möcüzəvi daşın – amuletin itən parçasını axtaran uşaqların keçmişə və gələcəyə qeyri-adi səyahətlərindən bəhs edir.

Аннотация

Oxuculara təqdim edilən bu nəşr belə nümunələrdən biri – Qaçaq Nəbi haqqında xalq yaradıcılığının məhsulu olan və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərə­findən işıq üzü görən eyniadlı dastan əsasında («Azərbaycan folkloru külliyyatı». XXVI cild. Dastanlar. XVI kitab. Bakı – 2011) çapa hazırlanıb.

Аннотация

“Halbreyn” gəmisinin kapitanı Len Qay professor Corlinqlə birgə vaxtilə Antarktidaya səfər edən ekspedisiya üzvlərinin axtarışına çıxır. Qeyri-adi macəralarla müşayiət olunan axtarışlar ağlagəlməz sonluqla bitir…

Аннотация

Varlı almaz tacirinin qızı olan Saranı hər kəs «şahzadə» deyə çağırır. Lakin günlərin bir günü qızcığazın atası sərvətini itirir, beləcə, Saraya müna­sibət də dəyişir. Qızcığaz isə içindəki «şahzadə»ni qorumaq üçün mübarizəyə başlayır…

Аннотация

Bu kitabı quracağı dövlətin təməlini dustaq saxlanılarkən atan, Əmir Teymurun öz varislərinə onunla münasibətdə xüsusilə diqqətli və ehtiyatlı olmağı vəsiyyət etdiyi Qara Yusiflə bağlı gizlinlərə işıq tutur.

Аннотация

Bir xanım vaxtilə ona göndərilən əsrarəngiz mirvarilər və illər öncə itkin düşən atası haqqında Şerlok Holmsa danışır. Bununla da Holms və dostu doktor Vatson ağlasığmaz hadisələrin ağuşuna düşürlər.

Аннотация

Londondakı Antil məktəbinin müsabiqədə yüksək yerləri tutan 9 tələbəsi mükafat olaraq Qərbi Hindistandakı müxtəlif adalara gəmi ilə səyahət imkanı qazanır. Onlar müəllimlərindən birinin – Horatsi Pattersonun müşayiəti ilə yola düşürlər. Lakin elə ilk gün­lərdən maraqlı hadisələr başlayır, gənc səyyahlar isə onları qar­şıda daha təhlükəli, həyəcanlı macəraların gözlədiyindən xə­bər­sizdirlər.

Аннотация

Tanınmış tarixçi Əkbər Nəcəfin (1975) qələmə aldığı bu kitabda siz Ağa Məhəmməd şahın həyat yolu barədə yeni və maraqlı faktlarla tanış olacaq, onun şəxsiyyəti barədə diqqətçəkən mülahizələr oxuyacaqsınız.

Аннотация

A.Taşağılın sizə təqdim olunan bu kitabı türk tarixinin nə­həng siyasi və hərbi xadimlərindən olan Tonyukukun döv­rü, həyatı və şəxsiyyəti barədə yeni bilgilərlə zəngindir.

Аннотация

"Mavi Delfinlər adası" romanı özünəxas təhkiyə üslubu, son dərcə dinamik və maraqlı süjet xətti, təsirli məzmunu ilə yaddaqalan əsərlərdəndir.