ТОП просматриваемых книг сайта:
Bayatılar. Группа авторов
Читать онлайн.Название Bayatılar
Год выпуска 0
isbn 9789952241099
Автор произведения Группа авторов
Серия Folklor
Издательство Altun Kitab
Yolu çıxıbdı düzə.
Dünən dedin, gəlmədin,
Bu gün barı gəl bizə.
Kəpəz dağı, buz dağı,
Aldı duman-toz dağı.
Bir elə yar sevmişəm,
Köhnə yara göz dağı.
Yolun qara, ağı var,
Çıxma yola, yağı var.
Dindirmə, qan ağlaram,
Sinəmdə yar dağı var.
Yarım kənd gözəlidi,
Sevgimin əzəlidi.
Şirin dilinə qurban,
Sözü də məzəlidi.
Yarımı yarımasın,
Al-yaşıl sarımasın.
Məndən başqa yar sevsə,
Heç qoşa qarımasın.
Yol üstə bulaq ollam,
Ellərə soraq ollam.
Məni sevən oğlanın,
Belinə dolaq ollam.
Yol üstə bulaq ollam,
Ömrümə calaq ollam.
Sən mənim bir dənəmsən,
Özüm göz-qulaq ollam.
Güldanda gül əkirəm,
Güldən gülab çəkirəm.
Düşəsən eşq oduna,
Görəsən nə çəkirəm.
Güllər açır deyərəm,
Ətir saçır deyərəm.
Əgər sən igid olsan,
"Məni qaçır" deyərəm.
Gülməlisən, məzəsən,
Hər çiçəkdən təzəsən.
Baxdın, ağlım apardım,
Gəlməyəsən gözə sən.
Mixək əkdim gördülər,
İpək saça hördülər.
Xoş halına o qızın,
Sevdiyinə verdilər.
Oğlan, gözüm aladır,
Atam evi qaladır.
Atam-anam nə bilsin,
Məhəbbət bir bəladır.
Pəncərədən əl eylər,
Əlləri gəl-gəl eylər.
O qızın qələm qaşı
Axır bir əngəl eylər.
Portağalı soymuşam,
Miz üstünə qoymuşam.
Üç gün idi ac idim,
Səni görüb doymuşam.
Sandıq altda dördayaq,
Yarımı gördüm bayaq.
Çox yüyürdüm, çatmadım,
Qırılsın belə ayaq.
Sandıq üstə xam şəkər,
Üstünə tirmə çəkər.
Yara qulluq gərəksə,
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.