ТОП просматриваемых книг сайта:
Bayatılar. Группа авторов
Читать онлайн.Название Bayatılar
Год выпуска 0
isbn 9789952241099
Автор произведения Группа авторов
Серия Folklor
Издательство Altun Kitab
Dörd misradan ibarət olan bayatılar aaba şəklində qafiyələnir. İraqda yaşayan azərbaycanlıların folklorunda altı misradan ibarət bayatılara – xoryatlara da təsadüf olunur. Hər misrada yeddi heca olur. Şeirin məzmunu sonuncu iki misrada açılır. Birinci iki misra, adətən, köməkçi xarakter daşıyır və şeirin poetik bitkinlyinə xidmət edir. Bayatılar çox vaxt “Mən aşiq”, “Əzizim”, “Əziziyəm”, “Eləmi” sözləri ilə başlayır. Qafiyələnmədə cinasdan – yazılışı eyni olub müxtəlif mənalar bildirən sözlərdən geniş istifadə olunur.
Azərbaycan bayatılarının bir çoxu məhəbbət mövzusundadır. Bununla yanaşı, mərdlik-namərdlik, həsrət-vüsal, vətən-qürbət və s. mövzularda da bayatılar çoxdur.
“Bayatı” sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi alimlərin fikrincə, “bayatı” sözü qədimilik mənası verən “boyat” sözündən yaranmışdır. Digər alimlər iddia edirlər ki, bu şeir forması Azərbaycanın Bayat qəbiləsində (Məhəmməd Füzuli bu qəbilədən olmuşdur) yarandığından belə adlanmışdır.
Dilə yatımlı və yadda qalan şeir forması olan bayatı folklor janrı olsa da, bir çox şairlərimiz öz yaradıcılıqlarında bu janra müraciət etmişlər.
DEDİM KÖNLÜM ODUN AL,
DEMƏDİM, ODA GİR YAN
Mən aşiq oda giryan,
Mən giryan, o da giryan,
Dedim könlüm odun al,
Demədim, oda gir, yan.
Bülbüllər uçdu bağa,
Qondu budaq-budağa,
Dünyada bir canım var,
Olsun yara sadağa.
Mən aşiq ay camala,
Yar əldən, ay, cam ala,
Götür üzdən rübəndin,
Baxım bir ay camala.
Əzizim nərdivana,
Ayaq qoy nərdivana,
Yar qədrini yar bilər,
Nə bilər hər divana.
Mən aşiqəm bir cana,
Bir cana, bir canana,
Hər yetənə can vermə,
Canı ver bir canana.
Mən aşiqəm ayına,
Bəndəm qaşın yayına,
Qorxuram kirpik çalam,
Üzündən göz yayına.
Əzizim gündə dara,
Zülfünü gündə dara,
Səndən əlim üzmərəm,
Çəksələr gündə dara.
Dağlara çən düşəndə,
Sünbülə dən düşəndə,
Ruhum qəfəsdə oynar
Yadıma sən düşəndə.
Aşiq minayə gələ,
Xalın minayə gələ,
Küsmüşəm, barışmaram,
Göydən min ayə gələ.
Gecəni dan eyləmə,
Zülfünü yan eyləmə,
Baxışına mən qurban,
Könlümü qan eyləmə.
Mən aşiq gözlərinə,
Qoy baxım gözlərinə,
Canım canına qurban,
Gözlərim gözlərinə.
Araz üstə, buz üstə,
Kabab yanar köz üstə,
Qoy məni öldürsünlər,
Bir alagöz qız üstə.
Bu dağı aşmaq olmaz,
Narıncı başmaq olmaz,
Bir quru sözdən ötrü
Yarla savaşmaq olmaz.
Zülfün suda mar kimi,
Oynar su damar kimi,
Sızıldatdın aşiqi,
Yağa su damar kimi.
Əzizim gəzər bağı,
Dost gəlib gəzər bağı,
Məhəbbət bir dəstə gül,
Açılıb bəzər bağı.
Qaşların qibləgahdı,
Qiblə desəm, günahdı,
Dağlara duman çöksə,
O da mən çəkən ahdı.
Aşiq gəzər dağ-daşı,
Axtarar yaşıl başı,
Can alan bir gözəlin
Sürməni neylər qaşı.
Çaylar təkin axmaram,
Başa həna yaxmaram,
Bir dəfə üzün görsəm,
Aya, günə baxmaram.
Qızıl gülü əkmərəm,
Dərib yerə tökmərəm,
Əlim zülfünə dəysə,
Şahmar olsa, çəkmərəm.
Qönçə idim gül oldum,
Boy atdım, sünbül oldum,
Bir dilbilməz quş idim,
Oxudum, bülbül oldum.
Əziziyəm gündə mən,
Kölgədə mən, gündə mən,
İldə qurban bir olar,
Sənə qurban gündə mən.
İncəsən incidən sən,
Sədəfdən, incidən sən,
Kəsərəm, dilim, səni,
Bilsəm yar incidənsən.
Mən aşiqəm ay bağlar,
Ay bağçalar, ay bağlar,
Qaşın, gözün təhrində
Hansı usta yay bağlar.
Bulaq başı toz olar,
Üstü dolu qız olar,
Əyil dəsmalın götür,
Mən götürsəm söz olar.
Əzizim gül üşüdü,
Şeh düşdü, gül üşüdü.
Güldün, ağlım apardın,
Bu necə gülüşüdü?
Aşiq, bu gün həzinəm,
Qəmlə dolub xəzinəm.
Mən