ТОП просматриваемых книг сайта:
Bayatılar. Группа авторов
Читать онлайн.Название Bayatılar
Год выпуска 0
isbn 9789952241099
Автор произведения Группа авторов
Серия Folklor
Издательство Altun Kitab
“Gülü bağdan üz” dedi.
Xalın yeri buxaqdı,
Niyə səndə üzdədi?
Aşiqəm, oxusana,
Saz çalıb oxusana.
Sən bir gözəl maralsan, -
Kim vurdu oxu sana?
Mən aşiq güzgüsünə,
Baxdım yar güzgüsünə.
Ürəkdən bir ah çəkdim,
Az qaldı güzgü sına.
Mən aşiq, dəstə-dəstə,
Bülbül qonar gül üstə.
Məni yarla barışdır,
Nə istəsən gəl, istə.
Mən aşiq, aydın olsun,
Ay çıxsın, aydın olsun.
Dedilər "yarın gəlir",
Gözlərim aydın olsun!
Mən aşiq, yarı yandı,
Yar mənə yarıyandı.
Aşiq tonqal qaladı,
Oduna yarı yandı.
Mən aşiq, üzümüm yox,
Bağım var, üzümüm yox
Qəbrində bir yer eylə,
Sənsiz heç dözümüm yox.
Mən aşiqəm üzünə,
Heyranam qaş-gözünə.
Sən məndən əl üzməzdin,
Baxdın özgə sözünə.
Mən aşiq, naz yarıma,
Dəyməsin göz yarıma.
Sağalar xəstə könlüm,
Qovuşsa öz yarıma.
Eləmi, yana-yana,
Od düşər şirin cana.
Məhəbbətin zəhəri
Şərbət olar insana.
Eləmi, o Leylisən,
Kimə saldın meyli sən.
Sən bəyəndin, mən sevdim,
Yenə də gileylisən?!
Mən aşiq, boz dağları,
Bürüyüb toz dağları.
Əlin əlimə versən,
Aşaram tez dağları.
Əzizim, xuda səni,
Saxlasın xuda səni,
Heç yata da bilmirəm,
Görəm yuxuda səni.
Əziziyəm, dəryalar,
Nə dərindir dəryalar,
Xoş o zülfün halına,
Ağ buxaqdan tər yalar.
Əziziyəm, daş üstə,
Kirpik oynar qaş üstə.
Sən nə vaxt göz eylədin,
Mən demədim baş üstə?!
Əzizim, gözüm, neynim,
Bu dərdə dözüm, neynim?
Ah çəksəm sən yanarsan,
Qoy yanım özüm, neynim?!
Əziziyəm, dörd üzdü,
Dörd çalxandı, dörd üzdü.
Yardan cavab alınca,
Ürəyimi dərd üzdü.
Əzizim, nəçiyəm mən?
Sənə ərzəçiyəm mən.
Eşqin məni göndərib,
Demə dilənçiyəm mən.
Əzizim, bal dodağı,
Öp, qoxla al dodağı.
Elə bil, qanım içib,
Olubdu al dodağı.
Əzizim, alma qara,
Geyməyə alma qara.
Xəlvəti bir yar sevdim,
Saldılar qalmaqala.
Əzizim, badam çalar,
Bağ salan, badam çalar.
Hörüyün qırx bənd elə,
Açılar, adam çalar.
Əzizim, badam çalar,
Bar verib badamçalar.
Zülflərin şahmar ilan,
Dolansa, adam çalar.
Əzizim, o gül hanı,
Gül hanı, bülbül hanı?!
Yarı yalqız görəndə
Söz deməyə dil hanı?!
Əzizim, yaman qaşlar,
Vermədi aman qaşlar.
Sıx dursun qoy kirpiklər,
Darıxar kaman qaşlar.
Əzizim, yar gözünnən,
Tamahım var gözünnən.
Heç qanlı düşmənim də
Düşməsin yar gözünnən.
Əzizim, yada səni,
Yar salmaz yada səni.
İçmə eşq şərabını,
Yandırar bada səni.
Əzizim, bar düşəndə,
Dağlara qar düşəndə.
Gecələr yata bilməm,
Yadıma yar düşəndə.
Əzizim, coşdu neynim,
Qəm həddən aşdı, neynim?
Yenə gördüm üzünü,
Dilim dolaşdı, neynim?
Əzizim, toz ələnsin,
Kababa köz ələnsin.
Nə gözüm səni görsün,
Nə dərdim təzələnsin.
Əzizim, başa dəyər,
Kirpiklər qaşa dəyər.
Ağıllı, vəfalı yar
Qohum-qardaşa dəyər.
Əziziyəm, bağı var,
Bağında