ТОП просматриваемых книг сайта:
Аудиокитаб ООО
Все книги издательства Аудиокитаб ОООАннотация
"Abbas Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı və mübarizəsi haqqındadır. XİX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb.
Аннотация
Azərbaycan Sovet yazıçısı M. Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabı Bakının qədim keçmişindən, inqilab dövründə «neft səltənətində» baş verən hadisələrdən, Bakının keşməkeşli günlərindən bəhs edir. Manaf Süleymanovun əsərlərində kapitalizmə xas olan mənəvi eybəcərliklər, o cümlədən neft qatlarının vəhşicəsinə istismarı özünün dolğun əksini tapmışdır. Burada sinfi təbəqə də, onun incəliyi də obrazlar şəklində təqdim edilmişdir. O,hər şeydən öncə həqiqəti əks etdirdiyinə görə əsərləri nə tarixi oçerq, nə də publisistik esse deyil. O, Azərbaycan gəncini savadlı və dünyadan xəbərdar biri kimi görmək istiyirdi.
Аннотация
Türkün Qızıl kitabı müstəqilliyimizin ilk illərində Türkiyə türkcəsindən çevrilərək nəşr edilən ən dəyərli kitablardan biridir. Bu kitab miladdan öncəki illərdən başlayaraq, türklərin 3000 illik şanlı tarixini gözümüz qarşısında canlandırmaqdadır. Lakin bu əsər, sadəcə qazanılan zəfərlərdən, fəth olunan ölkələrdən bəhs etmir. Türklərin coğrafiyasını, mədəniyyətini və sənətini, eyni zamanda görkəmli insanlarını da geniş işıqlandırır. Türk tarixini öyrənmək istəyənlər üçün Türkün Qızıl kitabı çox önəmli bir qaynaqdır.
Аннотация
İldırım Bəyazid – Osmanlı sultanı I Muradın oğludur, atasının taxta çıxdığı 1360-cı ildə anadan olan Bəyazidin anası Gülçiçək xatundur. 1381-ci ildə dövlət idarəsində yetişməsi üçün Kütahyaya qubernator təyin edildi. 1389 –cu ildə da səlib ordusu ilə edilən Birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıq göstərdi. Atası Sultan Murad, bu döyüş sonunda bir Serbli tərəfindən şəhid edildikdən sonra, Osmanlı taxtına keçdi. Hərbi əməliyatlar zamanı sürətli hərəkət etdiyinə görə «İldırım» ləqəbin almışdır. Kosova savaşı zamanı Rumeli əsgərləri ilə sağ qanada rəhbərlik etmişdir. Savaşın qazanılmağındada böyük rol oynamışdır. Bəyazid hələdə düşməni təqib edən qardaşı Yaqubu çağırtdıraraq taxta ortaq olar şübhəsi ilə edam etdirdi. I Muradın ölümü ilə meydana gələn səltənət dəyişikliyi Anadolu bəyliklərinin xüsusilədə, özünü Səlcuqların varisi hesab edən Qaramanlıların unudulmuş sanılan düşmənliyini yenidən ortaya çıxardı. Şahzadə Yaqubun qətl olunmasını bəhanə edərək sözdə onun intiqamını almaq üçün müharibə elan edib hər tərəfdən hücuma keçdilər. Qaramanoğulu Ələddin bəy tərəfindən təşviq edilən bu bəyliklər Aydın, Saruhan, Gərmiyan, Məntəşə və Həmidəli bəylikləri idi. Gərmiyanoğullarından Şah Çələbi oğlu Yaqub bəy daha əvvəl Osmanlıların əlinə keçmiş olan Gərmiyan bəyliyinin ərazisini geri aldılar. Bununla bərabər Qaramanlılar Bəyşəhri işğal etdilər. Anadoludada Qara Tatar adlandırılan monqolların rəisi Mürvət bəydə Qırşəhri işğal edib Sivas əmiri Qadı Bürhanəddinə təslim etdi. Digər bəyliklərdə bu qarışıqlıqdan istifadə edərək bəzi yerlərin işğalına cəhd göstərdilər. Bu hadisələr Osmanlı dövlətini çox ağır vəziyytə salmışdı. Atası tərəfindən qurulmağa çalışılan Anadolu birliyi təhlükəyə girmişdi. Sultan İldırım Bəyazid bu vəziyyətə sürətli şəkildə çarə tapmalı və işləri qaydasına salmalı idi. Bunun üçün Anadoluya keçməzdən əvvəl umelidəki vəziyyəti qaydaya salmaq lazım olduğunu düşünərək ona qarşı müxalifətdə olan əmir və əsgərləri yenidən öznə tabe etdi. Sonra Serb kralı Lazarın hələ kiçik yaşdakı oğlu Stefan Lazaroviçin himayədarı olan anası ilə razılaşdı. Bu serb despotu da vergi ödəmək və lazım olduğu zaman Sultanın ordusuna əsgərlə kömək göstərməyi qəbul etməklə bərabər hər il Sultanın yanına gəlməyidə qəbul elədi. İldırım Bəyazid Balkanlarda güclü qalmaq üçün axınçı təşkilatını yenidən canlandırmaq ehtiyacı hiss eləyərək Evrenos bəy, Paşa İgid bəy və Firuz bəy kimi paşalarlına başda Bosniya olmaq üzərə Əflak və Tunanın şimal tərəfinə axınlar etməyi əmr etdi. Bu axınlar nəticəsində Skopye alınaraq şəhərə türk əhali yerləşdirildi. Bəyazid Bursaya qayıtmamışdan əvvəl şəhər-dövlət halına gəlmiş Bizansıda işğal etmək istəyirdi. Bunu həyata keçirmək üçün Bizansdakı taxt davasından istifadə etmək istəyirdi. Bununla da Anadoluda aparacağı müharibə zamanı Bizans tərəfindən gələ biləcək təhlükəni aradan qaldırmaq istəyirdi. Bəyazid Balkanlarda vəziyyəti nəzarət altına alandan sonra köhnə paytaxt olan Bursaya gəldi. Rumeli və Bizansda vəziyəti nəzarət altına alan Bəyazid serb karalını ordusuyla bərabər Anadoluya çağıraraq hərəkətə keçmək istəyirdi. Bizans İmperatorunun oğlu Manueldə ordusuyla birgə Bəyazidin yanına gəlmişdi. Sultan bundan sonra Kastamonu əmiri Candarlıoğullarından Kötürüm Bəyazidin oğlu Süleyman Paşanıda ittifaqa çağırmışdı. Bu sırada Ədirnədə taxt naibi olaraq qalan Bəylərbəyi Qara Timurtaş paşanıda qüvvələri ilə birgə Anadoluya gətirtmişdi. Bu qədər böyük qüvvə toplamış olan Bəyazid bir tərəfdən Bizans vəliəhdi Rum qüvvələri ilə Alaşəhərə göndərərək Bizans İmperatorluğuna tabe olan bu şəhəri işğal elətdirmişdi. Saruhana hücum edən Bəyazid buranı müqavimətsiz tutmuş və Əmir Xıdır Şah ilə qardaşı Orxanı Bursaya göndərərək həbs etdirmişdi. Sultan Bəyazid daha sonra qaynı olan Gərmiyanoğlu Yaqub bəyə hücum edərək başda paytaxt Kütahya olmaq üzərə bütün ölkəni ələ keçirmişdi. Sultan Bəyazid Qərbi Anadoludakı bütün bəylikləri özünə tabe etdikdən sonra Qaramanoğullarına keçdi. Sultan Bəyazid əvvəlcə Həmidəliyə sonra Təkə yəni Antalya tərəflərə keçdi. 1391-ci ildə baş verən bu hadisələrdən sonra Osmanlılarla müttəfiq olan Candaroğlu II Süleyman artıq Osmanlıları özünə qarşı təhlükəli hesab edərək Sivasda hökmranlıq edən Qadı Bürhanəddin ilə görüşlərə başladı. Bəyazid Qaramanoğullarının ərazisinə girərkən Qaramanoğlu Ələddin bəy Osmanlılara qarşı döyüşmək üçün Qadı Bürhanəddin ilə Candaroğlu Süleymandan kömək istədi. Lakin Bəyazid bu birlik və yardımların birləşməsinə imkan vermədən Qaramanoğullarına aid bəzi əraziləri tabe etdi və Konyanı mühasirəyə aldı. Bu zaman Bəyazid ilə mübarizə apara bilməyəcəyini başa düşən Ələddin Əli bəy Daşəliyə çəkilmişdi. Ələddin Əli bəy Qadı Bürhanəddindən və Candaroğlu Süleymandan kömək gəlmədiyini görüb qaynı Bəyaziddən sülh istəmək məcburiyətində qaldı. Bununla razılaşan İldırım Bəyazid onsuzda Osmanlılara aid olan Bəyşəhri, Akşəhri və başqa yerləri Qaramanoğullarından geri almaq şərti ilə sülh bağladı.
Аннотация
Kitab, müəllifin sayca dördüncü kitabıdır. İki şeir, bir nəsr kitabının müəllifi bu dəfə də oxucuların görüşünə tarixi romanlar gəlir. Kitabda Azərbaycan tarixində önəmli yer tutan, Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndlər sülaləsindən və onların Xaçmaz mahalında (indiki Oğuz rayonunun Xaçmaz kəndində) yaşayan varislərindən söz açır.
Аннотация
Yevgeni Onegin rus şairi Aleksandr Puşkin tərəfindən yazılmış mənzum romand;r. Əsəri ilk dəfə azərbaycan dilinə Səməd Vurğun tərcümə etmişdir (1936). Yevgeni Oneginin əsas mövzusu real həyatla ədəbi əsərlərdə öyrənilən həyat arasındakı fərqdir. İnsanlar oxuduqları ədəbi əsərlərin, ədəbi sənətin gerçək olduğunu zənn edir və onları həyatlarında tətbiq etməyə çalışırlar. Romantik qız Tatyana Avropa dillərində yazılmış romantik əsərləri oxuyur və həyatını onlara uyğunlaşdırmağa çalışır. Anası ona daim deyir ki, real həyat bu əsərlərə heç uyğun gəlmir. Amma burada qəribə bir paradoks yaranır; Puşkinin yaradıcılığı da ədəbiyyat əsəridir və real deyil; Bəs bu qeyri-real işin axını həqiqəti necə izah edir? Əsərdə Qərbi Avropa ədəbiyyatının klassik əsərlərinə davamlı olaraq çoxlu istinadlar edilir. Əsərin əsas mövzusu real həyatla ədəbi əsərlərdə öyrənilən həyat arasındakı fərqdir. İnsanlar oxuduqları ədəbi əsərlərin, ədəbi sənətin gerçək olduğunu zənn edir və onları həyatlarında tətbiq etməyə çalışırlar. Romantik qız Tatyana Avropa dillərində yazılmış romantik əsərləri oxuyur və həyatını onlara uyğunlaşdırmağa çalışır. Anası ona daim deyir ki, real həyat bu əsərlərə heç uyğun gəlmir. Amma burada qəribə bir paradoks yaranır; Puşkinin yaradıcılığı da ədəbiyyat əsəridir və real deyil; Bəs bu qeyri-real işin axını həqiqəti necə izah edir? Əsərdə Qərbi Avropa ədəbiyyatının klassik əsərlərinə davamlı olaraq çoxlu istinadlar edilir.
Аннотация
Roman 15 yaşlı yeniyetmə Oliver Teytin gündəlikdə qeyd etdiyi həyatından bəhs edir. Bu yeniyetmə fantastik dərəcədə intellektlidir. Hər gün internetdə, ensiklopediyalarda mənası adi məişətdə bilinməyən sözlərin, terminlərin mənasını öyrənir, əzbərləyir. Zatən kitabın fəsilləri də bu çətin terminlərin adları ilə adlandırılıb. Məsələn: dekapitasiya, delikt, triskaidekaphobia və s. Oliver Teytin valideynləri ilə münasibətləri, ana və atasının seks həyatını izləməsi, onlar üçün şəhvətartırıcı xüsusi reseptlərin hazırlaması, sevgilisi Cordana ilə münasibətləri və s. romanın əsas mövzusudur.
Аннотация
""Madatov adasına gediş və dönüş"" romanını oxuyarkən insan fərqli düşüncələrin şahidi olur. Rəngsaz Hafo romanın əsas qəhrəmanıdır. Sənətində əsl peşəkar olan Hafo cəmiyyət tərəfindən əxlaqsız hesab olunur. İnsanlardan ondan şikayətlər edirlər. Hafo kişibazlıqda günahkar bilinir. Hətta romanda elə bir məqam var ki, yeddi kişi birlikdə münasibətdə olurlar. Rəngsaz lal oğlanı evinə gətirir. İnsanlar deyir ki, o oğlan Hafonun arvadını əvəz edir. Guya ki, həmin uşağı Hafo qorxutmuş və bu qorxunun nəticəsində uşaq lal olmuşdu. Hafonu sevmirlər, sevməmələri üçün yetərincə səbəbləri var. O, heç kimdən çəkinmir, insanlara qürurla baxır. Bütün həyatı dedi – qodularla dolu olsa da heç nəyə əhəmiyyət vermir. Bəlli bir həqiqət var ki, Hafo təkcə rəngsaz deyil, başqa işlərlə də məşğuldur və bu işlər insanlarda nifrət duyğusu yaradır. Romanda keşiş obrazı var. Belə ki, Hafonun etdiyi əxlaqsız hərəkətlərə görə insanlar keşiş Zaxariya ataya şikayət edirlər. Parmeniy ağa Zaxariya ataya söyləyir ki, Hafonun varlığı məhəlləmizin əxlaqını pozur. O , insanları pis yola çəkir. Burada təriqət parçalanmasının yaratdığı gərginlik hiss olunur. Zaxariya ata kəskin qərar verməkdə çətinlik çəkir. Çünki özü də Hafonun əməllərindən çəkinir. Keşiş Hafonu görmək üçün evinə yollanır, lakin tapa bilmir, sonra Hafo özü kilsəyə gəlir. Keşiş isə onu kilsəyə qəbul etmək ismətir. Acıqlanır ki, sənin dinin, fikirlərin məlum deyil. Əsərin bu hissəsini oxuduğum zaman Kamyunun “ Yad ” povestini xatırladım. Hafo ilə Zaxariya atanın dialoqu ilə Mersonun keşişlə söhbəti arasında oxşarlıq var. Hafo da Merso kimi dinə qarşı etinasız münasibət göstərir. Keşişlərələ söhbətdə onlarla məzələnirlər. Hafo keşişə deyir : – Sənə nə lazımdır ? Çörəyimi çətinliklə qazanıram, vəssalam. Zaxariya atasa öz – özünə danışır, nə zavallı adamdır, öz dinini də bilmir. Zakariya atanın müəmmalı ölümü romana olan marağımı daha çox artırdı. Araşdırma aparılsa da keşişin ölümünü təsadüfi bədbəxt hadisə adlandıraraq istintaqa son qoyuldu. Halfo general Şavişvilinin evindən qiymətli əşyaları oğurlamaqda günahkar bilinir. Onun ölümü vəziyyəti daha da çətinləşdirir. Kim idi onu öldürən, məqsədi nə idi ? İstintaq prosesi polkovnik Korqanova həvale edilir. O Korqanov ki, uzun müddət heç bir uğur qazanmayıb, yüksək nailiyyəti yoxdur. Təhmətlərlə rastlaşır. Bəs bu cinayətin istintaq prosesinin ona tapşırılmasında səbəb nədir ? Qatil tapılırmı ? Bu suallara cavab tapmaq üçün romanı dinləmək lazımdır .