Аннотация

Аннотация

Аннотация

""Yaşıl mezoninlərdən olan Anya"" Kanada yazıçısı Lyusi Montqomerin ilk və ən tanınmış romanıdır. Əsər 1908-ci ildə işıq üzü görmüşdür və ingilis dilli uşaq ədəbiyyatının 20-ci əsrin ortalarına aid ən çox tanınmış yaradıcılıq nümunələrindən olmuşdur. Romandakı hadisələr XIX əsrin sonlarında cərəyan edir. Şahzadə Eduard adasında Avonlee kəndində möcüzəvi adlı «„Yaşıl Mezonin“» evində yaşayan Marilla və Metyu Kasbert adlı, tənha yaşayan, orta yaşlı qardaş və bacı uşaq evində olan oğlanı övladlığa götürmək istəyirlər ki, fermada onlara köməklik etsin. Amma anlaşılmazlıq nəticəsində onlara oğlan deyil, şöhrətpərəst Enn Şirli adlı qız övladlığa verilir. Ağıllı, canlı Enn hamının sevincli olmasını istəyir, o çox söhbətcildir, amma zahiri görkəmində çox şey onu məyus edir (məsələn, onun odlu-kürən saçları). Marilla onun tərbiyəsini ciddi qəbul edilir və Metyunu buna müdaxilə etməməyə çağırır. Qız böyüyür, lakin onda uşaq səmimiliyi və çılğınlıq əvvəlki kimi qalır.

Аннотация

Süleyman Sani Axundovun “Qaraca qız” əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Görkəmli yazıçının «Qorxulu nağıllar» silsiləsinə daxil olan əsərlərindən biri də «Qaraca qız» hekayəsidir. Əsərin əsas qəhrəmanı Qaraca qızdır. Yaşının az olmasına baxmayaraq, Qaraca qız çox zirəkdir. Bu qız kiçik yaşlarından bərkə-boşa düşmüş, həyatın hər çətinliyinə dözmüşdür. Valideynlərini itirən Qaraca qız bir qaraçı ailəsinin himayəsində qalır. Burada onun həyatı heç də xoş keçmir, döyülür, incidilir. O, əzab-əziyyətə qatlaşaraq pul qazanır. Sonradan bir təsadüf Qaraca qızı varlı-hallı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Düşünmək olardı ki, bundan sonra tale bu məsum qızın üzünə güləcək, o daha heç bir çətinliklə üzləşməyəcək. Lakin belə olmur. Kübar cəmiyyətin təmsilçiləri ilə sadə insanların həyat tərzi, mənəvi dünyası arasındakı fərq Qaraca qızın sonrakı həyatında öz əksini tapır, onun faciəsinə səbəb olur. Qaraca qız Hüseynqulu ağanın evinə gəldiyi ilk gündəcə onun qızı Ağca ilə tanış olur. Onun həmyaşıdı, «xanım» deyə çağrılan Ağcanın həyatı bambaşqadır – uşaqlıqdan naz-nemət içində böyümüş, hər cür qayğı ilə əhatə olunmuşdur. Qızların həyat şəraiti kəskin fərqlənsə də, onlar bir-birinə mehribanlıq göstərir, bir yerdə olmağa çalışırlar. Lakin Ağcanın anası Pəricahan xanım Qaraca qıza həqarətlə baxır və qızının onunla dostluq etməsini ailəsinə rəva bilmir. Beləliklə, Qaraca qızı Ağcadan ayırırlar. O vaxtdan Qaraca qız bağban Piri babanın yanında yaşayır. Piri baba kasıb olsa da, cəsarətlidir, heç kimdən qorxmur. O, Qaraca qızı səmimiyyətlə qəbul edir və ona mehribanlıq göstərir. Əsərdə təsvir olunan qara köpək də Piri baba ilə Qaraca qızın dostluğunu tamamlayır. Ağıllı heyvan Piri babadan sonra yalnız Qaraca qızın sözünə itaət edir. Əsərdə Qaraca qız dostluğuna sadiq qalır. O, mehribanlıq göstərdiyi Ağcanı ölümdən qurtarmaq üçün həyatını qurban verməkdən belə çəkinmir. Dostu Ağcanın qanından zəhəri soraraq onu ölümdən qaytaran Qaraca qızın özü həyata gözlərini əbədilik yumur. Qaraca qızın həyatdan erkən getməsi Piri babaya çox ağır gəlir və o, bunu daxmasının səadət quşunun uçmasına bənzədir.

Аннотация

Kitaba 7 nağıl daxil edilib. Kitab əsasən 10-16 yaş qrupu olan uşaqlar üçün nəzərdə tutulub.

Аннотация

Kitaba dünya xalqlarına zəngin bir irs qoyub getmiş ellinlərin – qədim yunanların mifologiya qəhrəmanlarından Yazon və Herakl haqqında əsatirlər daxil edilmişdir. Birinci əsatirdə qızıl yun dalınca Kolxidaya yollanan arqonavtlar və onların başçısı Yazondan danışılır… İkinci əsatirdə isə yunan miflərinin ən güclü qəhrəmanlarından olan Heraklın on iki qoçaqlığından bəhs edilir.Hər iki əsatirdə Elladanın qəhrəmanları obrazı ilə qədim dünyanın idealları əks olunmuşdur.

Аннотация

Kitabda sehirli nağıllar seriyasından 9, heyvanlar haqqında nağıllar seriyasından 40 adda nağıl toplanıb.

Аннотация

İlk dəfə 1911-ci ildə nəşr olunmuş bu hekayədə britaniyalı valideynləri ilə birlikdə Hindistanda yaşayan 10 yaşlı dəcəl qız Meri Lennoks haqqında danışılır. Valideynləri ona çox da diqqət yetirmirlər və nəticədə, o, kobud və dikbaş biri olur. Valideynləri yoluxucu xəstəliyə tutulub öldükdən sonra qız İngiltərəyə dayısı -Arçibald Kreyvenin yanına göndərilir. Meri qulluqçularla dost olur və malikanədəki «sirli bağı» kəşf edir. Elə ki, bağa daxil olur, o, daha dərin bir sirrin üstünü açır -dayısının şikəst oğlunu tanıyır, nəcib ünsiyyəti ilə onu həyata qaytarır. Kitabda itki, qorxu və sağalmanın psixoloji aspektləri vurğulanır. Əsər, əsasən, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş olsa da, hazırda 20-ci əsrin ən yaxşı uşaq kitablarından biri kimi qəbul olunur.

Аннотация

Bu kitabda Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümayəndələrindən olan Abdulla Şaiq və Abbas Səhhətin uşaqlara həsr olunmuş şeirləri toplanmaşdır. Abdulla Şaiqin şeirlərinin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Abdulla Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir. A.Səhhətin də yaradıcılığında uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə əks olunmuşdur. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.

Аннотация

Yanuş Korçak , əslində Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim və Polşa Ordusunun zabiti olmuşdur. Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi. Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di.