Аннотация

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Nəbi Xəzrinin bu kitabına xalq şairinin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır. Ana torpağa bağlılıq, vətənpərvərlik, insana xas ən saf duyğuların tərənnümü – Nəbi Xəzri poeziyasının başlıca gücü-qüvvəti bundadır. Lirik qəhrəmanın fəal həyat mövqeyi, hadisə və faktların sənətkarlıqla mənalandırılması, məzmun təzəliyi və forma mükəmməlliyinin təbii təqdimi kitabdakı şeirlərdə dolğun bədii əksini tapmışdır. Şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır. N.Xəzri yaradıcılığı üfüqi istiqamətdə bütün Azərbaycanı, Azərbaycan xalqını və onun ardınca dünya xalqlarını əhatə edir. Bu onun poetik yaradıcılığında qabarıq şəkildə öz əksini tapır. N.Xəzri yaradıcılığı Azərbaycanın saf mühitində yetişməklə bu mühitdə cəmləşib qalmamış, doğma Vətənin sərhədlərindən çox-çox uzaqlara doğru istiqamətlənmişdir.

Аннотация

Аннотация

Аннотация

Аннотация

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi (1879-1920) ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi-tənqidi əsərlərində əsaslandırmışdır. Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirmişdir. Əfsuslar olsun ki, dövrün bəzi başqa Azərbaycan və Türkiyə şairləri kimi Məhəmməd Hadinin də dilindəki mürəkkəb ifadələr, ərəb-fars tərkibləri oxucunun bu böyük şairi lazımınca qavramasına, dərk etməsinə müəyyən çətinliklər törədir. Seçilmiş əsərlərindən ibarət olan bu kitabında Hadinin öz romantik təbiətindən gələn bir güclə daim işığa çağıran şeirləri, qiymətli sənət nümunələri olan poemaları, eləcə də yüksək bəşəri duyğular aşılayan və müəllifin yaradıcılıq idealları ilə səsləşən iqtibas və tərcümələri toplanmışıdır.

Аннотация

Аннотация

Аннотация

Kitabda 20 noyabr 1991 şəhidlərindən biri – istedadlı telejurnalist Alı Mustafyevin şeirləri daxil edilmişdir. Azərbaycan xalqının böyüklüyünü, vətən torpaqlarının müqəddəsliyini tərənnüm edən, yaşadığımız dövrün ağrı və acılarını, 20 Yanvar şəhidlərinin faciəsini əks etdirən şeirlərə əsas yer verilmişdir. Doğma el-obaya bağlılıq, coşğun həyat eşqi, saf və təmiz məhəbbət duyğuları poetik bir dillə ifadə olunmuşdur.

Аннотация

Nüsrət Kəsəmənli… Azərbaycan gəncliyinin bütöv bır nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hisslərini, duyğularını ifadə etdilər. Dünyaya şair kimi gəlib, dünyadan şair kimi gedən Nüsrət Kəsəmənlinin sehrli söz aləmində yumşaq, həlim və səmimiyyətlə qovuşuq ürəklərə axan işıqlı duyğular isindirir, düşündürür. Poeziyamızın ənənəvi və yeni şeir formalarına istinad edərək həmişə maraqlı və orijinal lövhələr yaratmış şairin bu kitabında onun həyat, insan və cəmiyyət haqqında oxucu ilə səmimi, poetik söhbətləri toplanmışdır. Bu əsərlərində gənclik səmimiyyətini yaradıcılığı boyu qorumuş şairin mənəvi dünyası bütün zənginliyi ilə görünür. Bu kitab ürəyi sevgi həsrətindən yananlar üçün, ümidi yorulmuşlar üçün, başını əlləri arasına alıb bu dünyanı götür-qoy edənlər üçün, inciyib-küsənlər üçün və bir də sadəcə sevənlər üçündü…

Аннотация