Аннотация

Аннотация

Səfəviliyin estetik fəlsəfəsi haqqında bədii-publisistik əsərdən qısa fraqmentlər: Niyə Səfi? Tarixlə maraqlanmaq bütün ziyalı insanların xüsusiyyətidir. Ələlxüsus da öz xalqının tarixiylə, keçmişiylə. Bu prosesi uşaqlıqdan, yeniyetməlikdən başlayaraq hamımız keçmişik. İstər tarix kitablarımızdan, istər tarixi romanlardan, istər tarixi film və tamaşalardan öyrənmişik keçmişimizi, tarixi şəxsiyyətlərimizi tanımışıq və bir çoxlarını sevmişik. Son sözə diqqət edək – «Sevmişik.» Sevgini yaradan sadəcə şəxsiyyətin tarixi olmağı, yaxud hansısa tarixi xidmətləri, fəaliyyəti deyil. Bunları bilmək ona yalnız rəğbət hissi yarada bilər. Rasional düşüncənin məhsulu olan rəğbət və hörmət… Sevgi, eşq isə tamam başqa bir məfhumdur. Burda hansısa qeyri-müəyyən mistik cazibə var ki, bəzən bunun yaranmasını hansısa dəqiq faktlarla əsaslandırmaq olur, bəzən də olmur. Çünki eşq olan yerdə ağıl çox vaxt aciz olur. Azərbaycanın orta əsrlər tarixi barədə də analiz aparanda məlum olur ki, həmin dövrlər tarixi şəxsiyyətləri arasında bir fiqur var ki, bütün azərbaycanlılar tərəfindən daha çox sevilir, daha çox bütləşdirilir, daha çox düşündürür… Kimdi bu şəxsiyyət? Əlbəttə ki, Şah İsmayıl Xətai. Dünya siyasət tarixində – Böyük Səfəvi hökmdarı Şah İsmayıl Səfi… Döyüş meydanında – Qızılbaş sərkərdəsi İskəndərşan İsmayıl Bahadur. Mənəvi və Ruhani istiqamətdə – Səfəviyyə təriqinin Piri-Mürşidi Dərviş İsmayıl. Minillik poeziyamızın tarixində – Azərbaycanın ən zərif, həzin klassik şairi Xətai. Folklorda, Xalq dastanlarında, ümumxalq yaddaşında – Ədalətli hökmdar, Şeyx oğlu Şah. Və nəhayət, Mədəniyyət müstəvisində – o dövrün bütün incəsənət ustalarının, rəssamların, xəttatların, nəqqaşların, xalçaçıların, şair və aşıqların, memarların və sair sənətkarların ən ali himayədarı, bütün dünyada tanınan çoxşaxəli «„Səfəvi mədəniyyəti“»nin yaradıcısı, təəssübkeş mesenat İsmayıl Mirzə… Hətta müasir dövrümüzdə – ətrafında ən çox mübahisələr gedən, möhtəşəm şəxsiyyəti və zəngin fəaliyyəti ilə, beş yüz il sonra da daim bizim ictimaiyyətin diqqət mərkəzində olan bir tarixi obraz…

Аннотация

Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı kiçik həcmli hekayələr və povestlər daxil edilmişdir.

Аннотация

Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr, Qəmli ruhun haralar gəzdi, biləydim gecələr. Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş, Baş qoyub sinənə sakitcə öləydim gecələr. Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib, Başın üstündə səmaya düzüləydim gecələr. Ağlayıb gündüzü biçarə bulud tək sənsiz, Baxaraq göz yaşıma sənlə, güləydim gecələr. Sən qaranlıqda ayı seyr elədikcə, mən də, Ruhuna ay işığıyla süzüləydim gecələr. Baş daşım üstə dodaq izlərini öpmək üçün, Allahımdan da xəbərsiz diriləydim gecələr. Fəhminin qəlbidə son arzu qalmış yalnız, Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.

Аннотация