Аннотация

Dərya Qılıcın oxucularla ilk görüşü «Qəmli səadət» kitabıdır. Müəllif uzun illərdən bəri gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələrdən sujetlər yaradıb, bədii ədəbiyyata olan sonsuz məhəbbətinin təzahürü kimi qələmə almışdır. Kitabda iki povest, dörd hekayə yer almışdır. Müəllif «Qəmli səadət» povestində Azərbaycan xalqının hər addımda qarşılaşdığı, mənfur qonşularımızın növbəti xəyanətindən bəhs etmişdir.Bu xəyanətin saf məhəbbət üzərində qurulmuş bir ailəyə gətirdiyi bir bədbəxtlikdən söz açmış, Azərbaycan qadınının səbrinin, sədaqətinin, etibarının qələbəsini göstərmişdir.

Аннотация

Аннотация

“Qadın corabları” müəllif hegemonluğunun sona qədər davam etdiyi romandır. Müəllif real hadisələri ironik şərhlərlə oxucuya çatdırır. Cəmiyyətdəki xaos və nizamsızlıq, dəyərlər sisteminin çöküşü müəllifin baxış bucağından təqdim olunur. Müəllif oxucuya dərs keçmir. Oxucu bu romandan istədiyi nəticəni çıxarmaqda sərbəstdir.

Аннотация

M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, peşəkarcasına əks etdirə bilmişdi. “Yeraltı çaylar dənizə axır” romanının qəhrəmanları böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.

Аннотация

Kitabda tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyat və yaradıcılığından, eləcə də ermənilərin o illərdə Naxçıvanda törətdiyi vəhşiliklərdən bəhs edilir.

Аннотация

Zeruya Şalev (1959) İsrailin ən çox oxunan yazarlarından biridir. Kinneretdəki kibutsda anadan olub, Bibliyanı araşdırmaq sahəsində elmi dərəcəsi var, Keşet nəşriyyatında ədəbi redaktor vəzifəsində çalışmaqdadır. 5 romanı, şeirlər kitabı və bir uşaq kitabı çap olunub. “Sevgi Həyatım” romanı həm İsraildə, həm də dünyada məşhurdur, 21 dilə tərcümə olunub, bir çox ölkələrdə bestseller olub. Bir çox görkəmli ədəbiyyat mükafatlarını qazanıb. Almaniyanın Der Spiegel qəzeti “Sevgi Həyatım” romanını son qırx ilin 20 ən yaxşı romanı siyahısına daxil edib. Eyni zamanda, “Sevgi Həyatım” romanı Alman-İsrail kinorejissoru Mariya Şrader tərəfindən ekranlaşdırılıb. “Sevgi Həyatım” son dərəcə hissiyyatlı bir romandır, əsər birinci şəxsin, Yaaranın, gənc və gözəl qadının dilindən danışılır, oxucu onun uğursuz ailə həyatı ilə tanış olur. Öz valideynlərinin qəribə davranışlarını və onların daimi qovğalarının səbəbini başa düşməyə çalışdığı sırada onun Aryehlə, atasının gənclik dostu və özündən iki dəfə yaşlı olan insanla münasibətləri alovlanmağa başlayır. Sevgi narkomaniya kimi təsvir olunur, bəzən sərt, bəzən də heyvani maqnetizmlə dolmuş şəkildə… Kitab Bibliya allyüziyaları ilə və bir çox əsaslı psixoloji müşahidələrlə zəngindir.

Аннотация

Oxuculara təqdim olunan bu roman yazıçının ən məşhur əsəridir. Əsər avtobioqrafik detallarla zəngindir, əsərin baş qəhrəmanı Nurinin başına gələn hadisələr müəllifin öz həyatının epizodlarıdır. Başqa dindən və başqa millətdən olan Yasəmənlə Nurinin sevgi macərasından bəhs edən bu əsər İsrail dövlətinin qurulduğu illərdəki ictimai-siyasi hadisələri, yerli xalqların ifadəsiylə, müəllifin də tez-tez “əmioğlu” adlandırdığı ərəblərlə yəhudilərin arasında mövcud olan ziddiyyətləri olduqca tünd boyalarla və geniş şəkildə əks elətdirməkdədir.

Аннотация

H.Abbaszadənin nəsrindən vətənpərvərlik bir xətt kimi keçir. Bunu onun «Şokolad paylayan qız», «Hardansınız, müsyö Abel», «Uzaqdan gələn qonaq» povestləri də sübut edir.

Аннотация

Əsərdən bir parça: 1991-ci ildə taleimi axtarmaq üçün yola düşdüm. Atamdan mənə nə qədər miras qalmışdısa, hamısını satıb, əlimdə bir az pulla Türkiyəyə gəldim. Amacım isə Türkiyə yolu ilə Qərb ölkələrinə davam etdirmək idi. İnsan hər zaman bəlli etdiyi hədəfin arxasınca gedə bilmir. Bəzən dünyada baş verən böyük tarixi hadisələr fərdin özəl həyatına müdaxilə edir. Hələ Ərdəbildə ikən Quzey Azərbaycandan gələn xəbərlər məni dərindən etkiləmişdi. İçimdən bir qüvvə oradakı hadisələrə müdaxilə etməmi istəyirdi. Bakıdan bir səs məni çağırırdı sanki. Ankarada olduğum zaman Sovetlər Birliyinə necə gedə bilərəm haqda bilgi əldə etdim. Öyrəndim ki, Sovetlər Birliyinin Trabzondaki konsulluğundan viza almaq mümkünmüş. Trabzona getdim və orada 100 dolara viza verdilər. Pasportuma Sovetlər Birliyinə giriş vizası vurulmuşdu artıq. Trabzon, dənizin kənarında yerləşən əski və gözəl bir şəhərdi. Hər tərəfi də ormanlıq. Trabzonun küçələrində Sovetlər Birliyindən gəlmiş bir sürü qadın-kişi gətirdikləri əşyaları satırdılar. Mən də Azərbaycanlı axtarırdım bu gələnlər içərisində. Ancaq tapdığım Azərbaycanlılar da bir-birləri ilə rusca danışırdı. Bu da məni çox üzürdü. 10 gün müddətinə qaldığım Trabzonda şəhərin küçələrini gəzir, günbatan çağı da şəhərdən xeyli kənarda olan sahildəki qayalığın üstünə çıxıb çox yüksək səslə ya mahnı oxuyur, ya şeir söyləyirdim, ya da elə-belə bağırırdım. Bəzi günlər Qara dənizin dalğalarının səsi elə güclü olurdu ki, özüm də öz səsimi zorla duyurdum.

Аннотация

“Tələ” romanı çoxplanlı, çoxşaxəli, kəskin ictimai məzmunludur. Hadisələr təkcə Azərbaycanda deyil, Türkiyədə, Almaniyada, Dubayda cərəyan edir. Cəmiyyətimizdəki ən qatı eybəcərliklər – rüşvətxorluq, dələduzluq, qadın alveri, fahişəlik və s. Sayalı arvadın, Saranın, Elmanın və başqa obrazların fəaliyyətində öz əksini tapmışdır. Romanın əsas qəhrəmanları Şahmar, Rəşad, Yaşar əks qütbdə dayanan müsbət obrazlardı. Onlar şərə qarşı mübarizə aparırlar. Xüsusi rəğbətlə qələmə alınmış obrazlardan biri də saf məhəbbətlə sevən gənc qız Könüldü. Uşaq olsa da Dilqəm obrazı da yaddaqalan, seviləndi. Xarici ölkə vətəndaşlarından – alman əsilli Berta, Hans, ərəb əsilli Həsən, fahişəxana sahibəsi də dolğun obrazlardandı.