ТОП просматриваемых книг сайта:
Tıq-tıq xanım. Abdulla Şaiq
Читать онлайн.Название Tıq-tıq xanım
Год выпуска 0
isbn 978-9952-311-26-6
Автор произведения Abdulla Şaiq
Издательство TEAS PRESS
TURAĞAY
Turağayam, turağay,
Quşlarda yox mənə tay.
Oynadıqca quyruğum
Oxuyur dalay-dalay.
Oynağımdır hər zaman
Yaşıl kol-kos, dayaz çay.
Çəyirtkə, həm də qurd-quş,
Mənə hər gün verir pay.
Qışda günüm qaradır,
Dostdur: bahar, payız, yay.
Turağayam, turağay.
Quşlarda yox mənə tay.
KÜR ÇAYI
Ey Kür çayı, daşırsan,
Sahilləri aşırsan;
Tarlalarda, bağlarda
Bizimlə oynaşırsan.
Ey Kür çayı, dalğan ağ,
Suyun gümüşdən parlaq;
Yol sal bizim bağçaya,
Sən çal, biz də oynayaq.
Ey Kür çayı, gəl barı
Bizim dəhnəyə sarı,
Aç qoynunu yuyunsun
Elin oğul, qızları.
İT
Haf, haf, haf!..
Bax mən belə hürürəm.
Haf, haf, haf!..
Ev-eşiyi güdürəm.
Haf, haf, haf!..
Oğru görsəm: mır… mır…
Mırıldayıb uçaram.
Atılaram üstünə,
Bir qiyamət açaram.
Haf, haf, haf!..
Qaç, oğru, gəlmə, gəlmə!
Bir şey düşməz əlinə.
Yırtaram üst-başını,
Lüt gedərsən evinə.
Haf, haf, haf!..
YAĞIŞ
Yağ, ey yağış, yağ!
Sulansın çöl, bağ.
Susuzdur tarla,
İnəyini sağ!
Gurla, ildırım,
Gurumhagurum!
Sən çığır, bağır,
Mən şənlik qurum.
Oyna, ey şimşək,
Şütü ilantək.
Bağ, tarla, bostan
Su içsin gərək!
Coşsun çay, bulaq,
Şənlənsin ocaq.
Bol olsun məhsul,
Yumşalsın torpaq.
UŞAQ BAĞÇASI
Səhər bağça şənlənir,
Bir-bir uşaqlar gəlir.
Dolur otaq, artırma,
Ucalır hey səs-səmir.
Müdirə, mürəbbiyə:
– Ay, xoş gəldiniz, – deyə
Uşaqlara yanaşır,
Şirin-şirin danışır.
Odur, Solmazla Azər
Evlərindən gəlirlər.
Azər çəkib özünü,
Soyunub paltosunu
Asır dərhal çəngələ.
Solmaz körpədir hələ,
Çəngələ çatmır əli.
Açılıb şirin dili
Azərə deyir Solmaz:
Paltomu çəngəldən as!
Solmaz deyir: – Ay Azər,
Çəngələ bax, nə qədər?..
Hər çəngəldə bir şəkil:
İt, dovşan, avtomobil…
Sən say bu şəkilləri,
Mən də ki çəngəlləri.
Saydı onlar əlbəəl:
Qırx şəkil, qırx da çəngəl.
Azər dedi: – Solmaz, bax,
Bağçada var qırx uşaq.
Pişik olsun səninki,
Avtomobil mənimki.
Həsəninki ayroplan,
Sevilindi boz dovşan.
Nə çox şəkil var gerçək!
Qoyun, toyuq, at, eşşək…
Sevil, Həsən bu zaman
Şad girdilər qapıdan.
Sevil girib içəri,
Gəldi bir az irəli,
Qaldırdı sağ əlini,
Açdı şirin dilini:
– Mürəbbiyə, mən hazır!
– Cumbul Həsən də hazır!
Güldü uşaqlar birdən,
Mürəbbiyə oldu şən.
Qucaqladı Sevili,
Şən qızı, şirin dili.
Çay içməkçin birazdan
Düzüldü neçə fincan:
Ağ, sarı, göy, qırmızı.
Bu şad etdi Solmazı.
O götürdü göy fincan.
Üstündə bir boz dovşan.
Xeyli baxdı doymadı,
Fincan ilə oynadı.
Çayı dağıtdı birdən,
Tez sıçradı yerindən.
Qorxusundan ağladı,
Gözündən yaş çağladı.
Oyuncaqlar paylandı,
Şirin oyun başlandı.
Coşdu bütün otaqlar,
Burda hər nə desən var:
Azər paroxod çəkir,
Həsən, Sevil ev tikir.
Çəkic əlində Aslan
Buruq tikir ağacdan.
Solmaz əlində kukla
Oynayır tək onunla.
Oyun getdikcə qaynar,
Doymaq bilmir uşaqlar.
“Saat oldu on iki”,
Söylədi mürəbbiyə:
– Uşaqlar, iki-iki
Düzülünüz cərgəyə.
Düzüldü