Скачать книгу

yarım səhifəsi, o birində – iki-üç səhifəsi. Biz zaman kitabını birlikdə yazırıq. Hər kəs öz həqiqətini bağırır. Və bütün bunların hamısını eşitmək, bütün bun-ların içində ərimək və bütün bunlara çevrilmək lazımdır. Eyni zamanda da özün kimi qalmaq. Yoxa çıxmamaq.

      * * *

      Səhər tezdən telefon zəng çaldı: “Sizinlə tanış deyilik. Amma mən Krımdan gəlmişəm, dəmiryolu vağzalından zəng edirəm. Evinizdən uzaqdır bura? Sizə öz mühari-bəm haqqında danışmaq istəyirəm”…

      Belə?!

      Biz isə qızımla birlikdə parka getməyə hazırlaşırdıq. Karusellərdə yellənmək fikrimiz vardı. Altı yaşlı bir uşa-ğa necə başa salmaq olar ki, mən işləyəcəyəm?!

      O, bu yaxınlarda məndən soruşmuşdu: “Müharibə nə deməkdir?” Necə cavab verəydim. Mən onu bu dünyaya şəfqət dolu bir ürəklə yola salmaq istəyirəm; öyrədirəm ki, əgər sənə lazım deyilsə, boş yerə çiçəyi dərmək olmaz. Parabüzənləri əzmə, yazığın gəlsin, çəyirtkənin qanadları-nı qoparma… Bəs uşağa müharibəni necə izah edim? Ölü-mü necə başa salım?!

      “Niyə orda öldürürlər”– sualına necə cavab verim? Bircə mənim babamımı öldürüblər məgər? Bundan başqa on bir nəfər bizim uzaq qohumlarımızı, onların da arasın-da iki balaca qız uşağını… Heç şəkilləri belə qalmayıb… Hər şey yanıb kül olub – evlər də, insanlar da… Yalnız adları qalıb.

      Müharibədən sonra mənə valideynlərim birtəhər də olsa, bunu izah etdilər, mən isə öz uşağımı artıq başa sala bilmirəm. Söz tapmaq olmur… Heç cür başa düşmək istə-mir – bu insanlar hara gediblər?! Xüsusilə onu iki balaca qızcığazın yoxa çıxması təəccübləndirir.

      Sual: “Bəs onlar nə üçün? Onlar ki balaca idilər? On-lar ki, güllə atmırdılar?”

      Kaş müharibə haqqında elə bir kitab yazmaq olaydı ki, müharibə sözünün özü belə ürək bulandıraydı, hətta müharibə haqqında düşünmək belə insan üçün dözülməz olaydı. Dəlicəsinə… Generalların özlərinin belə ürəkləri qalxaydı…

      Mənim kişi dostlarım – rəfiqələrimdən fərqli olaraq – belə bir “qadın məntiqi” qarşısında çaşıb qalırlar. Və mən yenə də “kişi dəlili” eşidirəm: “Sən müharibədə olmamı-san”.

      Ola bilsin, bunun özü yaxşı şeydir: nifrət ehtirası mə-nə bəlli deyil, normal görmək qabiliyyətim var. Və bu, “hərbçi” baxışı deyil.

      Optikada “işıq qüvvəti” anlayışı var – bu, obyektivin sezilən təsvirləri yaxşı və ya pis qeyd etmə bacarığıdır… Deməli belə, müharibə ilə bağlı qadın yaddaşı hislərin gərginliyi və ağrılar üzrə ən həssas yaddaşdır. Mən hətta deyərdim ki, “qadın” müharibəsi “kişi” müharibəsindən daha qorxuludur.

      Kişilər tarixin, faktların arxasında gizlənirlər, müha-ribə onları ideyaların, fərqli maraqların hərəkəti və qarşı-durması kimi ələ keçirir; qadınlar isə öz hisləri üzündən ayağa qalxırlar. Onlar kişilər üçün gizli olan şeyləri görə bilirlər. Bu, tamamilə başqa dünyadır. Qoxusu, rəngi, mövcudluğun fərqli aləmi ilə: “Bizə yükümüz üçün çuval verdilər, biz isə ondan ətək tikdik”, “hərbi komissarlıqda bir qapıdan donla girib, o biri qapıdan şalvar-köynəklə çıxdım, hörüklərimi də kəsdilər, başımda bir balaca kəkil qaldı”; “almanlar kəndi gülləbaran edib getdilər… Biz hə-min yerə gəldik: tapdaq-tapdaq edilmiş sarı qum, yuxa-rıda isə balaca bir uşaq çəkməsi vardı”…

      Mənə dəfələrlə xəbərdarlıq etmişdilər, xüsusilə də ki-şi yazıçılar: “Qadınlar sənin üçün çox şey uyduracaqlar. Özlərindən goplayacaqlar”.

      Amma belə bir şeyi uydurmaq olardımı? Kimdənsə köçürmək? Əgər bunu köçürmək mümkündürsə, yalnızca həyatdan. Yalnız onun belə bir fantaziyası ola bilərdi.

      Qadınlar nə haqda danışırdılarsa danışsınlar, onlarda hər zaman belə bir fikir hazır şəkildə dayanır: “Müharibə hər şeydən əvvəl qətldir, sonra ağır iş… Yalnız bundan sonra sadəcə həyat: biz oxuyur, aşiq olur, saçlarımızı bu-rurduq”.

      Deyilən fikirlərin mərkəzində həmişə ölümün necə dözülməz olduğu və ölmək istəməmələri dururdu. “Bun-dan daha dözülməz olanı isə o idi ki, öldürmək istəmir-din!”

      Çünki qadın həyat verir. Həyat bağışlayır.

      Uzun müddət onu bətnində gəzdirir, bəsləyir…

      Mən başa düşdüm ki, qadınlar üçün öldürmək daha çətindir.

      * * *

      Kişilər… Onlar qadınları öz dünyalarına, öz ərazilə-rinə elə də həvəslə buraxmırlar…

      Minsk traktor zavodunda bir qadını axtarırdım, o snayper kimi xidmət etmişdi. Məşhur snayper olmuşdu. Haqqında dəfələrlə cəbhə qəzetlərində yazmışdılar. Ev te-lefonunu mənə Moskvada yaşayan rəfiqələri vermişdi, amma köhnə imiş. Mənim qeyd etdiyim soyadı da qızlıq soyadı idi.

      İşlədiyi zavodun kadrlar şöbəsinə getdim və kişilər-dən eşitdiyim sözlər belə oldu (zavodun direktoru da, kadrlar şöbəsinin müdiri də kişi idi): “Məgər kişi çatış-mazlığıdır? Bu qadın əhvalatlarını eşitmək sizin nəyinizə lazımdır axı? Qadın fantaziyalarıdır hamısı…”

      Bir ailə ilə görüşmüşdüm… Ər də, arvad da döyüş-müşdülər. Cəbhədə qarşılaşmış, elə orada da evlənmiş-dilər: “Toyumuzu səngərdə qeyd etdik. Döyüşdən əvvəl. Ağ paltarı isə mən alman paraşütündən tikmişdim”.

      O, pulemyotçu idi, qadın isə rabitəçi. Kişi dərhal qadını mətbəxə yolladı: “Sən bizim üçün bir şey hazırla”.

      Artıq çaydan da qaynayıb, buterbrodlar da hazırla-nıb, qadın bizimlə yanaşı əyləşdi, kişi isə yenə də onu yerindən qaldırdı: “Bəs çiyələk hardadır? Hanı bizim ba-ğın sovqatı, niyə gətirməmisən?”

      Mənim inadkar xahişimdən sonra o, bu sözləri deyə-rək öz yerini həvəssiz şəkildə arvadına verdi: “Səni necə öyrətmişəmsə, elə danış. Göz yaşı tökmədən və qadınla-rın xırda məsələləri haqqında danışmadan… Ay necə gö-zəl olmaq istəyirdin, nə bilim, hörüklərini kəsəndə necə ağlayırdın”…

      Bir qədər sonra qadın pıçıltı ilə mənə etiraf etdi: “Bü-tün günü “Böyük Vətən Müharibəsi tarixi”nin cildliyini mənimlə birlikdə təkrarlayıb. Mənə görə narahat idi. Elə indi də narahatdır ki, birdən lazım olmayan şeyləri xatır-layaram. Lazım olduğu şəkildə danışmaram”…

      Bu, dəfələrlə, az qala hər evdə rastlaşdığım hadisə idi.

      Hə, onlar həddindən artıq çox ağlayırlar. Qışqırırlar. Mən çıxıb getdikdən sonra ürək dərmanı atırlar. Təcili yardım çağırırlar. Amma yenə də xahiş edirlər: “Sən gəl. Mütləq gəl. Biz o qədər uzun müddət susmuşuq ki… Düz qırx il susmuşuq”.

      Başa düşürəm ki, qışqırıq və göz yaşını dəyişmək ol-maz, çünki o zaman meydana çıxan şey gözyaşı və

Скачать книгу