Скачать книгу

kefə-damaga, deyib-gülməyə gəlməmisən, qardaş. Allah baisin evini yıxsın! Bizi bir-birimizdən elədilər. Deyib-gülməyə yamanca həsrət qoydular. Bilirəm, qaçıb bura pənah gətirmisən, yaxşı iş görmüsən, ağıllı iş görmüsən.

      Sona söhbətə qarışdı:

      – Heç kəs, heç kəs bilməyib, Suren sakitcə gəldi. Bəs bu nə səfərdir, ay oğul, niyə məndən gizlədirsən?

      Mərdan dedi:

      – Bu saat, ay ana, bizi axtarırlar, kənddən çıxmalıyıq.

      Sona bu ağır xəbərdən özünü itirdi. Rəngi qaçdı, yavaş, ehtiyatlı bir səslə dedi:

      – Bəlkə bu yaxın yerlərdə daldalanasınız?

      – Yox, ana, buralarda bizə gün işığını haram eləyərlər. Şəhər böyük yerdir… kim tanıyacaq, fəhlə baba…

      – Bütün kənd sizi qoruyar, nə olub ki!

      – Baxma, kəndin də gücü çatmaz, hər evi, hər kol dibini axtarırlar, iş qorxuludur!

      – Bir yerini-yurdunu bilməyimmi?

      – Sağlıq olsun, yazarıq, darıxmayın, ana!

      Mərdan qardaşına, cunası parça-parça olmuş bir mitil altında büzüşərək yatan Bahara tərəf baxdı, anasına tapşırdı:

      – Bahardan muğayat ol, fürsət tapsam, tez qayıdacağam'

      Baharın adı gələndə Sonanın dərdi artdı və ürəkdən bir ah çəkdi:

      – Tifil uşaq, ataya həsrət, qardaşdan da ayrılır!

      – Ana, bir o deyil, minlərlə qardaşı, bacını, ana-balanı didərgin salırlar. İş başında cəlladlar, quldurlar oturub. Özün ki, bilirsən!

      – Görüm heç sağ oturmasınlar!

      Dostlar qapıdan çıxanda Bahar şirin yuxuda idi. Anası gözlərinin yaşını silir, ağlamağını qonaqdan gizlətmək üçün üzünü yana çevirib deyirdi:

      – Uzaq getməyin, yaddan çıxarmayın, ay Mərdan, bilmirəm Bahara nə deyəcəyəm.

      Mərdanın da qəlbi kövrəldi:

      – Əlac nədir, ay ana, ovut, birtəhər ovut, sağlıq olsun görüşərik.

      Mərdan və Suren, hər ikisi, qayğısız, dünyadan xəbərsiz yatan yorğun uşağın alnından öpüb evdən çıxdı.

      – Salamat qal, ana!

      – Salamat qalın, xala!

      – Uğur olsun, balalarım!

      – Can sənin, can Bahar əmanəti, ana!

      – Hələ ki, sağam, xatircəm ol! Tez xəbər yollayın!

      – Nigaran olma!

      Şaraqqaşaraq qapı döyüləndə Mərdan ilə Suren divarın o üzündə, Kürdoğlunun bağında idilər. İkinci kərə qapı bərk çalxalananda onlar arpa zəmisi ilə yeyinləyib kənddən uzaqlaşırdılar. Lakin həm Mərdanın, həm Surenin ürəyi arxada, evdə qalmışdı. Onlar nigaran gedirdilər. Bəlkə də onlar qapı döyülməsini eşitsəydilər, qayıdar, gələnlərə cavab verərdilər.

      Sona oğlunu yola salanda qapını örtüb möhkəm bərkitmişdi. Qüssə onu boğmuşdu. Su gətirmək bəhanəsilə arxın başında, əlində kuzə oturub ağlayırdı. Qapı döyüləndə tez evə yüyürdü. Lampanın işığını azaltdı, pəncərənin pərdəsini saldı. Həyətə çıxdı:

      – Kimsən?

      Sanki onun səsinə qapını daha da bərk döydülər. Daşlamı, təpikləmi, tüfəng küpü iləmi, bəlli deyildi. Ancaq bərk bir şeylə qapını elə çırpırdılar ki, az qalırdı divar sökülüb-tökülsün, çərçivə çıxsın.

      Sona ehtiyatla qapıya tərəf getdi.

      – Kimsən, qapı döyən?

      – Ev yiyəsi hanı?

      Bu səs Sonaya tanış gəldisə də, müəyyən edə bilmədi. Baş barmağının ucunda yavaş yeridi. Qapının arasından baxdı, bir şey görmədi. Qapını açdı, gödək və qıllıpapaq bir kişi dayanmışdı. Kişi əllərini xəncərinin qaşına qoymuşdu. Qapı açılan kimi soruşdu:

      – Ev yiyəsini bəri çağır!

      Sona arvad Hacı İbrahimxəlilin böyük oğlu Ağarəşidi tanıdı:

      – Nə buyurursunuz?

      – Buyurmağım yoxdur, qulluğunuza ərz eləməyə gəlmişəm!

      Sona duruxdu. Ağarəşid bir də soruşdu:

      – Bu evin kişisi var, ya yox?

      Sona təkrar elədi:

      – Nə buyurursunuz?

      – Buyurmağım odur ki, kişi qabağına arvad çıxmaz!

      Söz Sonanı tutdu. Özünü saxlaya bilməyib dedi:

      – Arvad qabağında artıq-əskik danışmaq da kişiyə yaraşmaz, sözün var, söz danış!

      Ağarəşid bir az ucadan dedi:

      – Hanı, hanı o igid oğlun, bir qapıya çıxsın, danışaq!

      – Evdə yoxdur!

      – Necə yoxdur, ay arvad, bəri çağır!

      – Yoxdur evdə, deyirəm yoxdur!

      Ağarəşid quduz bir baxışla Sonanı başdan-ayağa süzdü:

      – Bəlkə tumanının arasına girib, bir silkin görək!

      Sona yerdən bir daş alıb elə hirslə Ağarəşidin üstünə atdı ki, dəysə, sür-sümüyünü sındıracaqdı.

      – İtin qoduğu, məndən nə istəyirsən, bəs deyilmi?

      Ağarəşid kənara hoppanıb özünü daşdan güclə qorudu: «Nə kafir arvaddı bu», – deyə qorxu, vahimə ilə dalı-dalı çəkildi.

      Sona qapını bərk çırpıb qayıtdı.

      Ağarəşid qapıda barmağını silkələyir, Mərdanın evdə olmadığını yəqin edib daha da havalı danışır, meydan oxuyurdu:

      – Gizlən, ayaqyalın oğlu ayaqyalın, gizlən! Əlbət bir kənd içinə çıxacaqsan! Ya gərək sən dünya işığına həsrət qalasan, ya gərək mən papaq əvəzinə başıma ləçək bağlayam… Gizlən!

      Bu sözləri deyib, yastı, qıllı papağını göyə qaldırdı, bayraq kimi silkələdi. Dönüb gedən də Sonanın evinə tərəf baxıb, bütün hirsi, kin və ədavəti ilə təkrar etdi:

      – Gizlən… gizlən! Heç eybi yoxdur!..

      Ağarəşid ötüb gedəndə çəpərin dibindən, söyüd ağacları altından iki nəfər hoppanıb yola çıxdı. Onlar tez də gözdən itdilər.

      Söz yox ki, Ağarəşid hampalığına, belinin xəncərinə, qolunun qüvvətinə, sözünün kəsərinə arxalansa da, təkə-təklikdə Mərdanın üstünə gələ bilməzdi. Atasının döyülməsi xəbəri bir dəqiqədə bütün kəndə yayılanda, Mərdanın küçələri basa-basa gəlib Hacı kişini, kəndin ağsaqqalını, necə deyərlər, «tac-sərini» tamam bihörmət elədiyini eşidəndə Ağarəşidin canına lərzə düşmüş, özünü yığışdırmışdı. Bütün ətraf kəndlərdə rəncbərin, kəndlinin «cızığından

Скачать книгу