Скачать книгу

adı Saryekatakodan olan Kolmidir. Soldan ikinci uçan isə Svappavaradan olan Nelyadır. Və onların arxasında Oviksfyallendən olan Viisi ilə Şanqelidən olan Kuusi uçur. Və bir şeyi də bil ki, bunlar, bir də altı balaca qaz-onlardan üçü sağ cinahda, üçü isə sol cinahda uçurlar- hər biri dağlarda doğulub böyüyən əsl vəhşi qazlardır. Sən çaşma ha! Biz elə belə hər yoldan ötəni öz dəstəmizə qoşan avara qazlardan deyilik. Hə, bir də elə düşünmə ki, bic əcdadları haqqında bizə məlumat verməyən hər hansı bir qazla dostlaşa bilərik.

      Rəhbər qaz bu məsələlər barədə məlumat verdiyi əsnada oğlan cəld iki addım atıb önə çıxdı. Ev qazının özü haqqında belə ətraflı danışması, onu təqdim etməyə növbə gələndə isə bir-iki ötəri məlumatla kifayətlənməsi ona heç xoş gəlməmişdi.

      Mənim vecimdə də deyil heç nə. Mən sizdən özüm haqqımda heç nəyi sirr kimi saxlamaq istəmirəm. Mənim adım Nils Holqerssondur. Mən bir fermer oğluyam. Bu günə kimi mən bir insan idim, bu səhərə kimi daha doğrusu…indi isə… o bundan sonra sakit dayandı. O insan olduğunu bildirən kimi rəhbər qaz səksəndi və üç addım geri çəkildi. Bütün qaz dəstəsi isə daha da geriyə çəkildi. Qazların hamısı boyunlarını irəli uzadıb qəzəblə fısıldamağa başladı.

      – Mən lap əvvəldən səni bu sahillərdə görəndən bundan şübhələnmişdim. Rəhbər qaz dedi. İndi isə buradan rədd olub gedə bilərsən. Biz öz aramızda insan ovladına dözə bilmərik.

      – Belə bir şey mümkün deyil. Ev qazı Morten düşüncəli tərzdə dedi. Sizlər, cəsarətli vəhşi qazlar belə balaca varlıqdan qorxa bilməz axı. Yaxşı, sabah onu geriyə, evinə döndərərik. Bircə gün bizimlə gecələməyinə yəqin ki, etiraz etməzsiniz hə? Bizlərdən heç biri bu balaca, köməksiz varlığı gecənin bir aləmində vəhşi heyvanlarla dolu olan meşədən keçib evinə qayıtmasına razı ola bilmərik.

      Vəhşi qaz yaxın gəldi. amma kənardan aşkar görünürdü ki, öz qorxusunu cilovlamaq ona çətin başa gəlir. Çünki ona öyrətmişdilər ki, insan gördünsə qorxmalısan. Fərqi yoxdur, həmin insan istər böyük olsun, istər lap xırda. Amma əgər sən onun əvəzinə and içə bilərsənsə ki, onun bizə heç bir xətəri dəyməyəck, bax o zaman o bizimlə qala bilər. amma bu gecəlik. Amma inanmıram ki, biz gecələdiyimiz yerlər sizin üçün eyni dərəcədə münasib ola bilər. Çünki biz bu gecəni orada, gölün ortasındakı buzlaqların üzərində yatacayıq.

      O şübhəsiz ki, Mortenin onun bu sözləri qarşısında tərəddüd edəcəyini gözləyirdi. Morten isə özünü o yerə qoymadı.

      – Siz əgər belə bir təhlükəsiz yataq seçmisinizsə, demək ki, çox ağıllısınız.

      – Amma sən bu oğlanən artıq sabah evə qayıdacağına cavabdehsən! Rəhbər qaz dedi.

      – O zaman mən də ona qoşulub geri qayıtmalı olacam. Çünki mən onu tərk etməyəcəyimə söz vermişəm.

      – Sən də azadsan. İstəsən ona qoşulub bizi tərk edə bilərsən.

      Bu sözləri deyən rəhbər qaz qanad çalıb göldəki bulud parçalarına sarı uçdu. Digər vəhşi qazlar da bir-birinin ardınca ora uçdular.

      Oğlan Laplandiyaya uçmayacağına görə çox sevincli idi. Amma eyni zamanda bunun müqabilində şaxtalı gecəni açıq havada, buzun üzərində keçirəcəyi üçün də çox qorxurdu.

      – Bu çox pis olacaq. O dedi. Bu həddən artıq pis olacaq. Hər şeydən öncə biz yəqin ki, soyuqdan donub oləcəyik.

      Amma erkək qaz Morten yaxşı əhval-ruhiyyədə idi. Burada heç bir problem yoxdur. O dedi. Hər şey yaxşı olacaq. Bircə indi tələs və sahildən daşıya biləcəyin qədər özünlə ot və zir-zibil yığ.

      Oğlan bir qucaq quru ot yığdıqdan sonra erkək qaz dimdiyi ilə onun yaxasından yapışdı, onu qaldırdı və buzun üzərinə atdı. Orada vəhşi qazlar hamısı dimdiklərini qoltuqlarının altına salıb yatmışdılar.

      İndi isə gətirdiyin quru ot mənim altıma döşə, elə et ki, üstündə dayana bilim və donmayım. Sən mənə yardım et, mən də sənə. Erkək qaz dedi.

      Oğlan onun dediyi kimi elədi. Oğlan işini görüb qurtardıqdan sonra erkək qaz Morten yenə də onu dimdiyi ilə götürüb qanadının arasına aldı. -Məncə sənə orada rahat və isti olacaq. Erkək qaz belə deyib onun üstünü qanadı ilə örtdü.

      Oğlan elə məmnun qalmışdı ki, deməyə bir söz də tapa bilmədi. Onun yeri çox yumşaq və rahat idi. Amma necə dəhşət yorulmuşdu o… bir göz qırpımındaca yuxuya getdi.

      GECƏ

      Buz çox zaman xəyanətkardır və ona güvənmək olmaz. Bu gerçək bir faktdır. Gecənin bir aləmində Vomb gölünün artıq nazilmiş buzu çatladı. Bir iri parça qopdu və sahilə tərəf yön aldı. Elə alındı ki, buraların daimi sakini cənab tülkü Smirre bu qopan buz parçasını gördü. Smirre bu vəhşi qazların Vomb gölünün sahillərinə enməsini hələ axşam çağından görmüşdü. O zaman onlardan heç olmasa birini oğurlamaq onun ağlının ucundan da keçmirdi. Amma indi o birbaşa buzun üzərinə doğru addımladı.

      Smirre buzlara bir xeyli yaxın olanda onun caynaqları buzu qaşıdı və qazları yuxudan oyatdı. Onlar qanad çalıb uçmağa hazır vəziyyətə gəldilər. Amma Smirre onlardan daha cəld biri idi. Sanki güllə dəymiş kimi o qabağa sıçradı, qazlardan birinin qanadından tutub yenidən sahilə doğru yön aldı.

      Amma bu gecə vəhşi qazlar buz üzərində yalnız deyildilər, çünki onların arasında bir insan övladı da vardı- hər nə qədər balaca olsa da. Erkək qaz qanadlarını yana açıb çabalayanda oğlan yuxudan oyandı. O yumbalanıb buzun üzərinə düşmüşdü və indi də karıxmış halda orada oturmuşdu. Dördayaqlı balaca bir itin ağzında qaz buzun üzəri ilə qaçmağını görəndə o baş verənlərin səbəbini hələ dərk edə bilmirdi.

      Bir anın içində oğlan heç nə düşünmədən qazı xilas etmək üçün həmin itə tərəf götürüldü. O yəqin ki ev qazının onun arxasınca dediklərini eşitdi:

      – Ehtiyatlı ol Tumbietot. Amma oğlan bu balaca küçükdən qorxmaq üçün heç bir əsas görmürdü ona görə də cəsarətlə irəli atıldı.

      Smirrenin apardığı vəhşi qaz oğlanın taxta ayaqqablarının buz üzərindəki taqqıltılarını eşitdi, amma sanki buna inana bilmədi. Nədir, yoxsa bu körpə məni bu amansız tülkünün caynağından xilas edə biləcəyini düşünür? Amma bu ümidsizliyə baxmayaraq o da qanad çalıb qaqqıldamağa başldı. Adama elə gəlirdi sanki o gülür.

      Yəqin ki, bu dəqiqə buzun üzərindən soyuq gölə yıxılacaq. Vəhşi qaz düşündü.

      Hava hər nə qədər qaranlıq olsa da oğlan diqqətlə çatları, yarıqları nəzərdən keçirir, addımını hara atacağına fikir verirdi. O çox ehtiyatlı idi. Bunun səbəbi isə o idi ki, hazırda o cırtdanlara məxsus gözəl görmə qabiliyyətinə sahib idi. O zil qaranlıqda belə qarşısındakı hər şeyi aydın seçə bilirdi. O sanki gündüzmüş kimi, həm sahili həm də gölü apaydın görürdü.

      Tülkü Smirre gölün üzərində qaçandan sonra buz qurtardı və o torpağa ayaq basdı. Onun fikri qənimətini yuxarıdakı təpəyə doğru qaldırmaq idi. Bu anda oğlan qışqırdı:

      – O qazı burax get!

      Smirre onu çağıranın

Скачать книгу