Скачать книгу

ki, lap kibrit dənəsi boyda idi. Bıçaq bu qədər balacalaşsa da, balığın pullarını təmizləməyə və onun içini yarmağa yetərli oldu. O balığı təmizləyib çiy-çiy yedi.

      Oğlan yeyib doyandan sonra çiy-çiy balıq yediyindən utanc duydu. Offf…daha mən insan deyiləm. İnsan belə olmur. Mən artıq bir heyvana çevrilmişəm.

      Oğlan yediyi müddətdə ev qazı sakit dayanıb ona tamaşa edirdi. Oğlan axırıncı tikəsini çeynəyib udandan sonra qaz ona sakitcə dedi: Bilirsən nə olub? Biz bütün ev quşlarına nifrət edən bir vəhşi qaz dəstəsinin tələsinə düşmüşük.

      – Hə, mən bunu müşahidə elədim. Oğlan cavab verdi.

      – Bircə mən axıra kimi tab gətirib onlarla bərabər Laplandiyaya kimi uça bilsəydim. Bilirsən bu mənim üçün necə böyük bir zəfər olardı?! O zaman mən onlara ev qazanın nəyə qədər olduğunu göstərərdim.

      – Həəə. Başa düşdüm. Oğlan bu kəlmələri ağzından güclə, həvəssiz çıxartdı. Çünki oğlan gerçəkdən də ev qazının bu çətin işin öhdəsindən gələ biləcəyinə inanmırdı. Amma ona qarşı gəlmək də istəmirdi.

      – Amma bilirsən, bu qədər uzun səyahətin öhdəsindən təkbaşına gələ biləcəyimə də əmin deyiləm. Səndən kömək istəmək niyyətindəyəm. Mənimlə bu səyahətə gedərsənmi? Oğlan əlbəttə ki, bacardığı qədər tez bir müddətdə evə qayıtmaqdan başqa heç nə barədə düşünmürdü. Bu sual qarşısında oğlan nə cavab verəcəyini bilmədi. O karıxıb qaldı.

      – Mən də elə bilirdim ki, biz ikimiz düşmənik. Sənlə mən. O dedi. Amma belə görünür ev qazı bu düşmənçiliyi tamamilə unutmuşdur. O sadəcə olaraq bu dəqiqə oğlanın onun həyatını xilas etməsini xatırladırdı.

      – Mən axı atam-anam üçün darıxıram. İstəyirəm tez evə dönəm, gedəm onları görəm.

      – Yaxşı, mən səni qaytaracam geriyə. Bunu payızda bir gün edəcəm. Erkək qaz onu əmin etdi. Mən səni ayaqların evinizin kəndarına dəyməmiş tərk etməyəcəm. Söz verirəm!

      Oğlan düşündü ki, bir müddət valideyinlərinin onu gör-məməsi elə də faciəvi bir durum deyil. O bu təklifi rədd etməyə meyilli deyildi və erkək qazın bu təklifinə “hə” dedi. Birdən onlar arxa tərəfdən gumbultu eşitdilər. Vəhşi qazlar elə bu dəqiqə göldən sahilə çıxdılar. Hamısı bir anda. Sahilə yan aldılar və qanadlarını çırpmağa başladılar. Sonra isə onlar rəhbər qaz mərkəzdə olmaq şərtiylə bir cərgə duzəldib ev qazı ilə oğlana tərəf gəlməyə başladılar.

      Ağ ev qazı gələn vəhşi qazların ölçülərinə baxdıqca narahatlıq keçirirdi. O vəhşi qazların da ev qazlarına oxşar olmasını gözləyirdi. O elə bilirdi ki, ev və vəhşi qazlar bir-birinə mehriban dostluq münasibəti ilə bağlanacaqlar. Onlar ev qazından bir xeyli balaca idilər və heç biri ağ rəngdə deyildi. Onların hamısı boz rəngdə idi, bədənlərində bəzi qəhvəyi lələklər də gözə çarpırdı. Onlar gözləri sapsarı idi və sanki onların içərisində ocaq qalamışdılar. Gözləri şölələnirdi. Ev qazına hər zaman asta-asta, becid olmayan addımlarla yeriməyi öyrətmişdilər. amma bu qazlar yerimirdi, onlar demək olar ki, qaçırdılar. Fəqət onu ən çox həyəcanlandıran qazların ayaqları idi. Onlar böyük, kobud və kələ-kötür dabanlara sahib idilər. açıq-aşkar görünürdü ki, vəhşi qazlar hara getdiklərinin, nəyin üzərində addımlamaqlarının fərqində deyildilər, onların heç nə veclərinə deyildi. Yol necə olsa da onlar yeriyirdilər, qaçırdılar. Digər yönləri təmiz və səliqəli olan bu qazların yalnız ayaqlarına diqqətlə nəzər yetirəndə vəhşi qazlar olmasını ayrıd etmək olurdu.

      Ev qazı birtəhər imkan tapıb oğlana pıçıldadı: özün üçün bərkdən danış, amma kim olduğunu onlara bildirmə. Qazlar onlara lap yaxınlaşmışdılar.

      Qazlar gəlib düz onların qarşısında dayanandan sonra uzun boyunlarını havada oynatmağa başladılar. Ev qazı da eyni hərəkəti bir neçə dəfə təkrarladı. Bu mərasim bitəndən sonra rəhbər qaz dedi: hə, məncə indi sizin necə bir varlıq olduğunuzu eşitmək vaxtıdır.

      – Bizim danışmağa elə də çox sözümüz yoxdur, Morten dedi. Mən keçən yaz Skanorda doğulmuşam. Payız fəslində məni qərbi Vemmenhoqdakı Holqer Nilssona satdılar. Və mən o vaxtdan bəri orada yaşayıram.

      – Hə nə olsun ki? Sadaladıqların sənə heç bir üstünlük vermir lovğalanmağa. Nəyə görə özün haqqında belə yüksək fikirdəsən ki, bizimlə oturub-dura, uça bilərsən?

      – Bəlkə də sizlərə, vəhşi qazlara sübut etmək istəyirəm ki, bizlər, ev qazları da nəsə bacarırıq. Biz də qabiliyyətliyik. Ev qazı dedi.

      – Hə, bunu bizə sübut etsən yaxşı olar. Rəhbər qaz çağırış etdi. Biz artıq sənin uçma qabiliyyətini müşahidə elədik, amma ola bilər ki, sən başqa idman növlərində daha qabiliyyətlisən.

      – Bəlkə sən sürətli üzmədə bacarıqlısan?

      – Yox. Mən bu qabiliyyətimlə lovğalana bilmərəm. Ev qazı Morten cavab verdi.

      Artıq ona elə gəlirdi ki, cavablarının heç bir əhəmiyyəti olmayacaq və nə desə də onsuz da rəhbər qaz onu özlərindən ayırıb evə yollayacaq. Ona görə də suallara necə gəldi cavab verirdi.

      – Mən heç zaman həyətimizdəki arxdan o tərəfə üzə bilmirəm. O etiraz elədi.

      – O zaman belə güman edirəm ki, sən sprintersən. Həm sürətli qaçırsan həm də dözümlüsən. Rəhbər qaz dedi.

      – Mən indiyədək heç bir vəhşi qazın qaçmasını görməmişəm. Heç özüm də həyatım boyu qaçmamışam. Bu cavabla da o vəziyyəti olduğundan daha da qəlizləşdirdi.

      Böyük, ağ ev qazı- Morten əmin idi ki, bu cavablardan sonra heç bir halda rəhbər qaz ona onlara qoşulmağa icazə verməyəcək. Bu səbəbdən o rəhbər qazın cavabını eşidəndə çox təəcübləndi.

      – Sən suallara cəsarətlə cavab verdin. Və cəsarəti olan hər kəs gözəl bir yol yoldaşı ola bilər. Nə olsun ki, başlanğıcda bir qədər xəbərsiz, cahil təsir bağışlamısan.

      Bizimlə bir neçə gün qalmağa nə deyirsən? Biz sənin yaxşı qabiliyyətlərini üzə çıxarana kimi.

      – Hə, olar. Ev qazı- Morten cavab verdi. O həddən artıq xoşbəxt idi.

      Bundan sonra rəhbər qaz əli ilə onun yanındakı oğlanı göstərib soruşdu:

      – Yanındakı kimdir elə? Mən onun kimi varlıq görməmişəm heç zaman. -O mənim yol yoldaşımdır. Erkək qaz cavab verdi.

      – O bütün həyatı boyu qazların dostu olmuşdur. Onu özümüzlə səyahətə apara bilərik. Buna əmin ol. O fayda verə bilər bizə.

      – Hə ola bilər ki, ev qazı üçün o faydalı olsun. Rəhbər qaz dedi.

      Onun adı nədir?

      – Onun adı…onun bir neçə adı var. Ev qazı tələsik cavab vermək istəmədi. Çünki o əslində onun necə adlandığını və insan olmasını açıqlamaq istəmirdi. Hə, onun adı Tumbietotdur. O nəhayət sonda dedi.

      – O cırtdanlar ailəsinə aiddirmi? Rəhbər qaz soruşdu.

      – Bəs, sizlə

Скачать книгу