Скачать книгу

teleqramı ilə əlaqədar yaranmış insident iyulun 13-də BNK-nın kollegiyasında müzakirə olunan zaman aşağıdakı məzmunda qətnamə qəbul edilmişdir: “AXTŞ Rəyasət Heyətinə məlumat verilsin ki, kollegiya K.Maxrovskinin hərəkətlərini düzgün sayır, bu hərəkətlərə görə məsuliyyəti öz üzərinə götürür, K.Maxrovskinin işdən çıxarılması məsələsini kollegiyanın tam tərkibdə istefası məsələsi ilə əvəzlənməsini xahiş edir. Məsələdən asılı olmayaraq, kollegiya Rəyasət Heyətindən xahiş edir ki, yoldaş Stalinə neft işlərinə qarışmamağı tapşırsın.”95

Bu zaman isə Rusiya XKS-in neft sənayesinin milliləşdirilməsi haqqında 20 iyun tarixli dekretinə bəzi xarici dövlətlərdən cavab reaksiyası gəlmişdir. İyulun 8-də Moskvada İsveç səfiri Brendstremin sədrliyi ilə bitərəf dövlətlərin – İspaniya, Hollandiya, Norveç, İsveçrə, Danimarka və İranın diplomatik nümayəndələrinin müşavirəsi keçirilmiş və burada xarici sərmayədarlara böyük maddi ziyan vuran milliləşdirmə haqqında dekretə qəti etiraz bildirilmişdir. Sovet hökumətinin xarici firmaların qanuni maraqlarını nəzərə almadığı təqdirdə səfirlər gələcəkdə Sovet Rusiyasının xarici iqtisadi əlaqələri üçün ciddi nəticələr olacağı barədə xəbərdarlıq etmişlər.96 Lakin xarici ölkə səfirlərinin bu etirazı “RSFSR-in daxili işlərinə müdaxilə” bəhanəsi ilə rədd edilmişdir.97

1918-ci il iyulun 12-də Bakıda neft sənayesinin milliləşdirilməsi haqqında yerli dekret dərc olundu. Görünür, milliləşdirmə zamanı əvvəl yol verilən səhvlərdən qaçmaq üçün 12 iyul dekretində qeyd olunurdu ki, xırda müəssisələr dövlətin nəzarətinə keçmir.98

Dekretin dərc edilməsindən sonra neftin satışı və paylaşdırılması üzrə komissar təyin olunan S.Ter-Qabrielyan bütün partiya-təsərrüfat orqanlarına teleqram ünvanlayaraq, neft sənayesinin milliləşdirilməsi və AXTŞ-nin ixtiyarına keçməsi ilə əlaqədar olaraq “rus inqilabının sərvəti olan” neftin Saratov vasitəsilə maneəsiz daşınmasına şərait yaradılmasını xahiş etmişdir.99 İlk vaxtlarda neftin daşınması zəif idi. Bolşeviklər bunu firmaların qiymətlərin artmasını gözləyib malları anbarlarda saxlamağa çalışması, gəmilərin bir hissəsinin təmirə dayanması, “gəmi komandalarının öz vəzifələrini axıradək dərk etməməsi” ilə izah edirdilər.100 Bəzi hallarda neft daşıyan gəmilər geri dönərkən Port-Petrovskda yubanır və möhtəkirlik məqsədi ilə ərzaq alırdılar.101 Bakı XKS-in bütün hakimiyyəti dövründə – 1918-ci ilin aprelindən iyuluna qədər Sovet Rusiyasına 1,3 mln. tonadək neft və neft məhsulu daşınmışdır.102 Aylar üzrə göstəriciləri aşağıdakı cədvəldən görmək olar.

Cədvəl 1. 1918-ci ilin fevral-iyul ayları ərzində Bakıdan Rusiyaya neftin daşınması (tonlarla)103:

Rəqəmlərdən göründüyü kimi, bolşeviklərin Bakıda hakimiyyəti ələ almasına qədər neftin daşınması göstəricisi aşağı idi, bundan sonra isə get-gedə artmağa başlamışdır. Əgər iyunun birinci yarısında gündəlik 22932 ton neft məhsulları daşınmışdırsa, iyulun əvvvəllərində bu rəqəm 32760 ton təşkil etmişdir.104

Bolşeviklərin Bakıda hakimiyyətdə olmadığı bir vaxtda belə Rusiya neftin daşınması üçün cəhd göstərirdi. Məsələn, bolşevik A.Kvyatkovski 1918-ci il sentyabrın 2-də, yəni Bakıda artıq “Sentrokaspi diktaturası” hökuməti mövcud olduğu vaxtda Moskvaya teleqram vuraraq bildirirdi ki, o, Bakıda olmasından istifadə edib neftin Rusiyaya göndərilməsinə çalışacaq. A.Kvyatkovskinin sözlərinə görə, 20 mln. pud [327609 ton – F.C.] neftin daşınmasına imkan var və “Sentrokaspi diktaturası” buna razılıq verir, bir şərtlə ki, Həştərxandakı sovet hökuməti Bakıdan gələn gəmiləri geri buraxsın.105 Göründüyü kimi, bolşeviklər hər cür imkandan yararlanıb, Bakı neftinin mümkün qədər çox və tez daşınmasına çalışırdılar.

Beləliklə, uzun mübahisələrdən və tərəddüdlərdən sonra sovet hökuməti Bakı neft sənayesinin milliləşdirilməsini həyata keçirdi. İqtisadiyyatın bu vacib sahəsinin dövlətin nəzarətinə keçməsi faktı özlüyündə zərərli addım kimi qiymətlən-dirilə bilməz, çünki XX əsrdə neft ölkələrinin əksəriyyəti bu yolu keçmişdir. Müasir dövrdə də bir çox ölkələrdə, o cümlədən, Azərbaycan Respublikasında dövlət neft sektorunda əsas inhisarçıdır. Lakin Bakıdakı 1918-ci il hadisələrinə gəldikdə qəti şəkildə demək olar ki, sovet hakimiyyəti üçün neft sənayesinin milliləşdirilməsi ilk növbədə siyasi mahiyyət kəsb edir və ağır vəziyyətdə olan Rusiyanı yanacaqla təmin etmək məqsədini daşıyırdı. Neftin külli miqdarda Rusiyaya daşınması qarət yolu ilə, pulsuz həyata keçirildyindən Azərbaycan xalqının maraqlarına zidd idi.

Bu zaman isə 1918-ci il mayın 28-də Tiflisdə Müsəlman Milli Şurası Azərbaycanın müstəqilliyini, Azərbaycan Cümhuriyyətinin yaradılmasını elan etdi. Bu nöqteyi-nəzərdən bolşeviklərin milli hökumətdən xəbərsiz və onun razılığı olmadan Bakıda keçirdiyi bütün tədbirlər qanunsuz idi. Bakı nefti uğrunda kəskinləşən beynəlxalq mübarizə şəraitində və Sovet Rusiyasının şəhəri öz əlində saxlamaq cəhdləri fonunda Azərbaycan Cümhuriyyətinin hökuməti Bakını bolşeviklərdən azad etməyə hazırlaşırdı.

III.

AZƏRBAYCANIN MÜSTƏQILLIYININ ELAN OLUNMASI VƏ BAKI NEFTI UĞRUNDA MÜBARIZƏNIN KƏSKINLƏŞMƏSI

1917-ci ilin oktyabrında Rusiyada baş vermiş çevriliş keçmiş imperiya ərazisində yaranan yerli hakimiyyət orqanları, o cümlədən Cənubi Qafqaz hökuməti tərəfindən mənfi qarşılanmış və onlar bolşevik hökumətini tanımadıqlarını bəyan etmişlər. Rusiyanın faktiki olaraq region üzərində nəzarəti itirməsi digər dövlətləri burada öz siyasətlərini fəallaşdırmağa vadar etdi. Cənubi Qafqazda möhkəmlənmək və onun ərazisini Rusiyaya qarşı hərbi müdaxilə məqsədilə istifadə etmək üçün həmin dövlətlər Cənubi Qafqaz xalqlarının müstəqillik meyllərini dəstəkləməyi mümkün sayırdılar. Antanta dövlətlərinin London konfransında (dekabr, 1917) Rusiyada nüfuz dairələrinin bölüşdürülməsi haqqında qəbul edən konvensiyaya əsasən, Bessarabiya, Ukrayna, Krım Fransanın, kazakların əraziləri və Qafqaz isə Böyük Britaniyanın nüfuz dairələrinə daxil edilmişdir.106 Lakin xarici dövlətlərin Cənubi Qafqazla bağlı siyasətində daha bir vacib səbəb var idi – Bakı nefti. Antanta Bakının alman-türk qoşunları tərəfindən ələ keçirilməsindən ehtiyat edirdi, çünki belə olduqda müharibənin gedişində müttəfiqlər üçün xoşagəlməz nəticələr yarana bilərdi.

Bu dövrdə Bakı bolşeviklərin regionda yeganə istinadgahı idi. Mart soyqırımı və bundan sonra Xalq Komissarları Sovetinin yaranması Bakıda bolşevik diktaturasının formalaşmasını başa çatdırdı. Lakin Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası qəti

Скачать книгу

95

Косторниченко В.Н. К вопросу о национализации…, с. 96.

96

Василенко А.Б. Göst. əsəri, s. 20.

97

Maksvell N. Göst. əsəri, s. 40.

98

ARDA: f. 11, siy. 1, iş 3, v. 6.

99

ARPİİSSA: f. 276, siy. 3, iş 32, v. 29.

100

ARDA: f. 11, siy. 1, iş 228, v. 67.

101

ARDA: f. 11, siy. 1, iş 228, v. 77.

102

Азербайджанская Демократическая Республика (1918-1920). Баку, 1998, с. 69; Азизбекова П.А., Мнацаканян А.Н., Трускунов М.Б. Göst. əsəri, s. 77.

103

История Азербайджана: Т.3, ч.1, с. 130, 134; Maksvell N. Göst. əsəri, s. 41.

104

ARDA: f. 11, siy. 1, iş 228, vv. 84, 94; История Азербайджана: Т.3, ч.1, с. 134.

105

TİEA: qovluq №5321, v. 198.

106

Юсифзаде С.З. Первая Азербайджанская Республика: история, события, факты англо-азербайджанских отношений. Баку, 1998, с. 31.