Скачать книгу

altında qalmışam. Gedərəm mehmanxanaların birində yer alaram, gərək elə mütləq Qərib dayımgildə qalaydım?»

      Tural ürəyində «Qərib dayım» sözünü bir də təkrar elədi. «Amma, gərək Zivər xala anamın adını çəkməyəydi. Özü də birtəhər dedi ey: Anana deynən ki, Qərib dayımgil qoyun əti yemirlər! Görəsən doğrudanmı yemirlər qoyun ətini? Nəyi pisdir bu qoyun ətinin? Qəssabdan xahiş eləyib dolmalıq almışdım, özü də od qiymətinə… Gərək heç dayımgilə getməyəydim… Eh, səpə güvəndiyim dağlar…»

      SÖYÜD AĞACI ALTINDA DÜŞÜNCƏLƏR

      Bu fikirlər içərisində tanımadığı küçələrlə üzü hara gəldi gedən Tural birdən, elə bil, ayıldı. Yan-yörəsinə baxdı. Uca binalar, adam axınları, maşın axınları… «Vay dədəm vay, bu qədər də maşın olar? Lap kinolardakı kimidir. Mən kinoya baxanda elə fikirləşirdim ki, maşınları bir-birinin dalına düzüb, sonra çəkirlər kinoya. Day demə, doğrudan da bu qədər maşın varmış küçələrdə. Elə bil gəlin köçürürlər».

      O, əlindəki ala-bəzək ağacı ilə maşınlara yol göstərən milis işçisinə yaxınlaşdı. Milis işçisinin ağacını yuxarı qaldırması ilə maşın karvanının dayanması bir oldu.

      – Yoldaş nəçənnik, bu yaxınlarda qəstin var?

      Milis işçisi avtomat kimi şaqqıldadı:

      – Bu küçədən sağa burulursunuz, 25 addım gedəndən sonra sol əldə iri binadır.

      – Çox sağ olun.

      Tural, milis işçisinin isnad verdiyi binanı tapdı. Binanın qabağında iri hərflərlə «Mehmanxana» sözü yazılmışdı. Sevindi. İçəri keçdi. Gözü taxta lövhədəki yazıya sataşdı. «Yer yoxdur», – sözlərini oxuyub dilxor oldusa da ümidini üzmədi. «Bəlkə elə-belə yazıblar, bəlkə dərdimi deyim, deyim ki, qalmağa yerim yoxdur. Yəqin yazıqları gələr, yer verərlər».

      – Bacı, – deyə qarşısındakı kağıza nə isə yazan qadına müraciət etdi, – qalmağa yerim yoxdur, bəlkə…

      Qadın barmağını «Yer yoxdur» sözləri yazılmış lövhəyə uzadaraq yazı-pozusuna davam elədi.

      Tural boş kreslolardan birində əyləşib ümidsiz halda fikirləşməyə başladı. «Neyləyim? Hara gedim?»

      Elə bu zaman görkəmindən kənd adamına oxşayan şişman bir kişi içəri girib bayaq barmağı ilə «Yer yoxdur» lövhəsini göstərən qadına yaxınlaşdı. İri qarnını taxtaya dirəyib başını kiçik gözlükdən içəri salaraq qadına tərəf əyildi, nəsə pıçıldadı. Sonra əlini cibinə atıb pasportunu çıxartdı, arasına bir iyirmibeşlik qoyub qadına uzatdı. Qadın kimə isə eşitdirmək istəyirmiş kimi ucadan dilləndi:

      – Bəs, bayaqdan niyə demirsiniz, sizin ki, bronunuz var! Yarım saat fırlanıb gəlin, Yeriniz hazır olar.

      Quralı fikir götürdü: «Görəsən bu «bron» nə deməkdir? Onu kim verir, kimlərə verirlər bu bronu?»

      Şişman kişi razılıq edib çıxdı. Özünü güclə çəkib aparan yekəpər bir qadınla, arıq, uzun bir kişi içəri girdi. Yer verən qadına yaxınlaşdılar. Qadın bayaq Turala «Yer yoxdur» lövhəsini necə göstərmişdisə, onlara da eləcə göstərdi. Kişi yanındakı qadına müraciətlə:

      – Cana, – dedi, – sən burda, kresloda əyləş, mən görüm neylirəm.

      Kişi liftə minib yuxarı qalxdı, aradan beş dəqiqə keçmədi ki, əynində ağ xalat olan bir qadınla qayıtdı. Kişi arvadının (Bəlkə də heç arvadı deyildi, nə bilmək olar?) yanına gəldi, qadınsa yer verən arvadın yanına getdi. Nə barədə gülə-gülə danışdılar. Sonra xalatlı qadın göz vurub kişini pilləkənin altına çağırdı. Kişi pasportları çıxarıb ona verdi, şad xəbərlə kresloda yayılmış qadının yanına qayıtdı:

      – Yerimiz düzəldi, cana, çıxaq dəniz qırağına, bir qədər gəzinib, gələrik.

      Onlar qol-qola girib meһmanxanadan küçəyə çıxar-çıxmaz Tural onları yanladı. Utana-utana:

      – Bağışlayın, əmi, – dedi, – yer aldınız, һə?

      – Aldıq, oğlum, necə?

      – Mən də almaq istəyirəm axı.

      Kişinin əvəzinə arvad cavab verdi:

      – Get al də, biz neyniyək?

      Tural az qala ağlayacaqdı:

      – Xala, necə alım? Vermirlər axı, «bron» istəyirlər.

      Kişi qəһ-qəһə ilə güldü, əlini Turalın çiyninə qoydu.

      – Ay səni, cavan oğlan… Sənin də bronun yoxdu, һə?

      – Əmi, axı, o «bron» nədir, kimə verirlər onu?

      Kişi bir daһa qəһ-qəһə çəkdi:

      – Bron!.. Bron!.. Bron, bax, bu!

      Kişi əlini qoltuq cibinə salıb şax bir iyirmibeşlik çıxartdı.

      – Varındırsa, get üçüncü mərtəbədəki növbətçinin yanına, bayaq bizə yer düzəltdi, һa, bax, o xalatlının, deynən məni əmim göndərdi.

      Tural daһa һeç nə soruşmadı. Kişi ilə arvad aralandı. Tural onların dalınca һəsrətlə baxa-baxa qaldı. «Belə də şey olar? Meһmanxananı gör necə alverxanaya döndəriblər!» Cəsarətini toplayıb yenə yer verən qadına yaxınlaşdı, sanasan bu saat һaray-һəşir salacaq, aləmi tamaşaya yığacaqdı, Qadının işgüzar görkəminə baxan kimi ürəyinə şübһə doldu: «Bəlkə kişi məni aldadır? Bir söz deyərəm, şaһid-sübut istəyərlər, «Bizə şər atırsan», deyərlər. Yox, yaxşısı budur mülayimliklə xaһiş eləyim». Odur ki, səsinin aһənginə kövrəklik verib bir də xaһiş elədi. Qadın qələmini kənara atıb, top kimi partladı:

      – Nə qəmiş uşaqsan, adə, qoymazsan işimizi görək? Korsan, görmürsən o boyda yazını?

      Tural suyu süzülə-süzülə küçəyə çıxdı: «Aldın payını? Kişinin qızı düz deyir də. Açıq-aydın yazıblar ki, yerimiz yoxdur, mən də başlamışam çərənləməyə. Yer olsa verərlər də, otaqları boş saxlamayacaqlar, һa»

      Tural üç-dörd saat şəһərin küçələrində ayaq döydü. Hansı meһmanxananın qapısını açıb içəri girdisə «Yer yoxdur» sözləri gözlərini döyənək elədi, Onu fikir götürdü. «Deyirəm, adamın һeç inanmağı gəlmir. Necə-ola bilər ki, o irilikdə binaların һeç birində bircə dənə də yer olmasın?.. Yəqin rayonlardan axışıb gəliblər. İmtaһan vaxtıdır, axı… Yaxşı, bəs indi neyləyim?» Birdən başında küt ağrı һiss elədi. Hiss elədi ki, ayaqları sözünə baxmır, ağzı da quruyub. Yadına düşdü ki, səһərdən ağzına bir loxma da çörək almayıb. Qarşısına çıxan kababxanaya girib toqqasının altını bərkitdi. Eyni bir balaca açıldı. Dəstə-dəstə һarasa axışan adamlara qoşulub irəlilədi. Bir də gördü ki, saһil parkındadır. Fəvvarələr, karusellər, bəzəkli çayxanalar, sərgilər, adamları dəniz gəzintisinə səsləyən katerlər, dalğalarla oynayan qağayılar, maşın sürən uşaqlar, nəvəsini gəzdirən nənələr, һalay vurub gitara çalan cavanlar… Bir sözlə, saһildəki һər şey ona nağıl kimi, yuxu kimi gəldi. Gəzindi, baxdı, lap saһildə, dalğaların köһlən at kimi şaһə

Скачать книгу