Скачать книгу

silah gəzdirməkdən savayı milis bölməsində Malışevin işinə banditizmlə əlaqədar maddə də əlavə olundu. Sən demə, bir həftə əvvəl onun dəstə üzvləri biznesmen Dodonovu zalojnik götürüblər. Almaniyadan Rusiyaya pivə gətirmək məqsədilə iki milyon alman markası məbləğində saziş bağlayan Dodon başqa kommersantlardan pul yığaraq Münhenə göndərib. Lakin nədənsə pivə sisternlərinin gəlişi ləngiyib. Dağıstanlı müştərilər Dodonla danışığa əsasən deyilən saatda pivəni götürməyə gəliblər. Müqavilədə qeyd olunan vaxt yetişəndə qafqazlılar hay-haray qaldırıblar – “bu dəqiqə ya bizim pulumuzu, ya da pivəmizi verin!”. Çıxılmaz vəziyyətdə qalan Dodonov aranı sakitləşdirmək, qafqazlılardan qorunmaq üçün belə işlərdə ad çıxarmış Ded Xasanla görüşür, o isə yerini isti salmaq məqsədilə Malışevə müraciət etmək lazım gəldiyini bildirir və özü də əlaltdan “Papa”ya xəbər çatdırır. Kirpiçlə görüşən Malışev bu işdən yaxşı qazanc götürmək mümkün olacağını anlayaraq qollarını çırmalayır. O Dodonova bu işi yoluna qoymaqla bahəm, həm də pay sahibi olmaq istədiyini deyir və sağ əli saydığı Andrey Berlini pivə məsələsinin nüanslarını öyrənmək üçün Almaniyaya göndərir.

      :

      Andrey Borisoviç Berlin, 1952-ci ildə Leninqradda anadan olub. Natamam ali təhsillidir. “İneks Limited” Səhmdar cəmiyyətinin (SC) prezidenti, bundan başqa bir neçə iri firmanın sahibidir. Malışevlə birgə Almaniyada da bir neçə şirkətləri fəaliyyət göstərir. Onun haqqında əvvəllər qətlə görə cinayət işi qaldırılsa da, sonda fırıldaqçılıqda təqsirli bilinərək məhbəsə salınıb.

      Münhendə iki gün ərzində Dodonun bağladığı müqavilə ilə yaxından tanış olan Berlin podelniki Malışa telefon açaraq bu işin milyonlarla dollar gəliri olacağını bildirir. Həmin gün “Papa”nın idmançıları və dağıstanlılar kommersantı girov götürərək şəhərdən kənardakı xataya gətirirlər. Bir neçə saatlıq təhqiramiz təcavüzlər, işgəncələrdən sonra Dodon sınır və səhnəyə “mələk” sifətli Kirpiçev – “Deduşka Slava” daxil olur. Effektli tamaşanın epiloqunda yarımcan kommersant quldurların əlindən “xilas” edilir. Ancaq bir şərtlə – Dodon onların adamlarını tərəf müqabili kimi sazişə daxil etməlidir.

      – Biz yoldan ötən quldurlar deyilik ki, podelnikimizin axırıncı altuşkilərini əlindən alaq, – Kirpiç mizin üstündəki qaynar kofe fincanını Dodonun qarşısına tərəf sürüşdürərək dillənir. – Amma biz də bir qədər qazanmaq, ailəni dolandırmaq istəyirik. Məgər dostlar başqa cür hərəkət edərlərmi? Biz sizə dostluq, tərəfdaşlıq təklif edirik.

      – Əlbəttə… – Dodon bilirdi ki, müqaviləyə imza atan kimi onun likvidasiyası həyata keçiriləcək. Meyitdən ifadə almırlar. Nəyin bahasına olursa olsun buradan sağ çıxmaq, özünü RUBOP-a çatdırmaq lazım idi.

      Kirpiç isə hələ də onu yola gətirmək naminə üyüdüb tökürdü:

      – Həyəcanı boşlayın, əziz dostum. Bu iş yenə sizin icraatınızda qalacaq. Biz öz pulumuzu xərcləyib, kiçicik qazancımızı götürəcəyik… Kolya Karate filosof Pifaqor olmasa da, yaxşı deyib: “Çörəyin elə bir parçası yoxdur ki, onu dostlar arasında bölmək mümkün olmasın”. Biz səninlə dostluq əlaqələri qurmaq niyyətindəyik.

      Ded Xasan da istəsəydi “pivə” əməliyyatından əldə olunacaq çistoqandan bir qədər cibişdanlaya bilərdi. Axı, müştərini “Malış”ın yanına o gətirmişdi. Amma uzaqgörən Usoyan saxlanılmazdan azacıq əvvəl restoranda nahar edərkən bu “nakolkada” iştirak etməyəcəyini bildirərək, “mən pas” demişdi. Pivə işindən bərk qıcqırma qoxusu gəldiyini lap əvvəldən, Kirpiçevin bu biznesə qoşulduğu andan hiss etmişdi. Dedin başqalarında olmayan daha bir xasiyyəti vardı – kompanyon olmaq istədiyi insanın xarakterini, məziyyətlərini xırdalıqlarına qədər öyrənmək. Həmişə Kirpiçevdən iki addım kənarda durmağa üstünlük verirdi. Lap ilk görüşdən onu paxıl, ətrafındakılara qarşı biganə, qazanc üçün hər şeyə hazır birisi kimi qəbul etmişdi. Qısqanc və üstəlik də paxıl adamdan hansı hərəkəti desən gözləmək olardı.

      SLAVA DAYI

      :

      Vladislav Vladimiroviç Kirpiçev, 1937-ci ildə anadan olub. Orta təhsillidir. “İneks-Limited” SC-nin vitse prezidentidir. Kriminal aləmdə “Kirpiç” və “Slava dayı” ayamaları ilə tanınır. Üst-üstə 37 il barmaqlıqlar arxasında oturub. Həbsi haqqında ilk hökmü 17 yaşında dinləyib. 1972-ci ildən 1990-a qədər bir neçə dəfə həbs olunub və qazamatların psixatrik xəstəxanalarında yatıb. Azadlığa çıxandan sonra kommersiya işlərinə başlayıb …

      Dodon Kolya Karateni və ona bənzədilən filosof Pifaqoru tanımasa da, Kirpiç haqqında yetərincə məlumatlı idi. Kommersant bilirdi ki, bağlanacaq sazişdə Vladislav Vladimiroviçin adı peyda olan kimi əlinin altındakı iqtisadçılar qarışqa sürüsü mürəbbəyə darışan təki onun strukturlarına soxulacaqlar və “Soçiyə əbədi istirahətə” göndərilmə “putyovkası”na möhür vurulacaq.

      Dodon girovluqdan azad olan kimi RUBOP-a qaçır, başına gələnlər haqqında xəbər verir və yuxarıda qeyd etdiyimiz “Zaxvat” əməliyyatı baş tutur. Onu da qeyd etmək lazımdır ki, Dodonov mentovkada yazdığı izahatında bu işlərdə Ded Xasanın əli olmadığını bildirir.

      “Papa”nın cinayət əməli bölmədə şahidlərin izahatları ilə qaydasınca sənədləşdirilir…

      Cinayət işinin gedişi zamanı aydın olur ki, Malışev qruplaşması yalnız kommersantları deyil, onların uşaqlarını da girov götürməklə külli miqdarda pul tələb edirmiş. Girov götürməklə açılan yeddi cinayət işindən ikisi məhz uşaqlarla bağlı idi.

      İstintaq zamanı Malışev yaxşı qrevlə görüşünə gələn Usoyana uşaq oğurluğu barədə quraşdırılan cinayət işini RUBOP ssenariçilərinin “baş tutmayan abortdan doğulan uşağabənzər komediya”sı adlandırıb:

      – RUBOP-a açılmamış cinayətləri kiminsə boynuna yükləyib özlərini təmizə çıxarmaq gərəkdir, – deyirdi “Malış”.

      İstintaq isə QUVD-nin tam məxfi obyektlərində aparılırdı.

      “Papa”nın “Krestı”ya gəlişini bratva bayram hay-küyü ilə qarşıladı. “Malış”la birlikdə kiçmana bir neçə “Qazel” (birini Usoyan göndərmişdi) yük maşını da daxil oldu. Usoyan, “Papa” qazamatda darıxmasın deyə, ərzaqla birlikdə bir rəngli televizor da “qrev” göndərmişdi. Ded Xasan yaxşı bilirdi ki, “Papa”nın “Krestı”dakı oturuşu yetərincə uzunmüddətli olacaq.

      Malışev qruplaşmasının idmançılarının dediklərinə görə, “Papa”nı Leninqradda ən əzazil banditlər kimi tanınan “kazanlılar” mentlərə satmışdılar. Danışırdılar ki, guya olaydan bır həftə öncə “Malış” ofisinin qarşısında özünü günə verirmiş. Bu zaman “Toyota”da əsabələri ilə “Pulkovskaya” mehmanxanasının qarşısından keçən Nail Xamatov (“Rıjiy”) deyib: “Nə “Kalaşnikov”un yaraşığıdır!”.

      Bu sözlərdən bir ay sonra “Rıjiy”in özünü evinin giriş qapısında güllələyirlər.

      Həmin

Скачать книгу