ТОП просматриваемых книг сайта:
Bizim gözəl dilimiz. Эльдар Мамедов
Читать онлайн.Название Bizim gözəl dilimiz
Год выпуска 0
isbn 978-9952-4471-0-5
Автор произведения Эльдар Мамедов
Издательство ЖекаПринт
Türk dilində “x” səsi və hərfi yoxdur. Deməli, əsərdəki “xayır”, “xa, xa, xa”, “ax”, “ox” və başqa nidalar “h” hərfi ilə verilməli idi. Nədənsə, bir obraz bə`zi məqamlarda “gedirəm”, “edirəm” deyir, sonra isə həmin sözləri “gediyoram”, “ediyoram” şəklində tələffüz edir. Qeyd etmək lazımdır ki, remarkalarda “gediyor”, “gəliyorlar” və s. sözlərin türkcə işlənməsinə heç bir lüzum yox idi.
Göstərilən xətaların əksəriyyəti “Ulduz” jurnalında dərc edilmiş “Ulduz” pyesinə də aiddir. Bu əsərdə də xeyli miqdarda sözə izah yazılmalı idi: “mülazim” (leytenant), “müalə” (yaşama), “məbhut” (gizli), “müqabilə etmək” (qarşılamaq), “dövll-müizzimə” (əslində “duvəl-müazzimə” olmalı idi) – (böyük dövlətlər), “molaqat” (görüş), “e`tilaf” (koalisiya), “subay” (zabit), “vapor” (buxar gəmisi), “ric`ət etmək” (geri çəkilmək) və s. “Şurayi-hərb” və “hərbi şura” ifadələrinin hər ikisi eyni mə`nanı verir. Ona görə də həmin dövr üçün daha münasib olanını saxlamaq düzgün olardı. “Cərdən gəlib … məktub gətirmişəm” cümləsindəki “cərdən” sözü əvəzinə “cəryən” (qaça-qaça) olmalı idi. “Bu gün Trablisi başlamaq üçün 24 saat vaxt ultimatum veriblər” cümləsindəki “başlamaq” sözü əvəzinə “boşaltmaq” sözü olmalı idi. “Xəbis heyrətinlə mənə yavuqlaşma!” cümləsindəki “heyrətinlə” əvəzinə “xeyratınla” (xeyirxahlığınla) olmalı idi. Mətndə 14 dəfə məl`un” (lə`nətə gəlmiş) sözü və hamısında da apostrof öz yerində yazılmamışdır. “Mə`lun” şəklində getmiş həmin sözlər “e`lan edilmiş” deməkdir ki, müəllif mətnində belə bir səhvə yol verilməzdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.