ТОП просматриваемых книг сайта:
Sükutdan sitat. Elçin Şıxlı
Читать онлайн.Название Sükutdan sitat
Год выпуска 0
isbn 9789952243123
Автор произведения Elçin Şıxlı
Издательство Altun Kitab
Allah bizi özümüzdən qorusun!
Narazı keçəllər
Dünən oxuduğum xəbərlərdən bir neçəsi, mənim aləmimdə, digərlərindən xeyli seçilirdi. Hadisələr ayrı-ayrı ölkələrdə baş versə də, diqqətimi onların daxili məğzi etibarilə bir-birinə oxşarlığı cəlb etmişdi. Söhbət siyasətçilərin əhalini bezdirdiyindən gedir. Yeganə fərq həmin siyasətçilərin cəmiyyətdən hansı asılılıqda olmasındadır. Çünki biri seçicisini vətəndaş, digəri isə təbəə sayır və özünü də buna müvafiq aparır.
Məsələn, Rusiya Baş Prokurorluğu ölkəsinin ən iri və tanınmış sosioloji təsisatı olan “Yuri Levada Analitik Mərkəzi”ni “xarici agent” olmaqda günahlandıraraq hüquq-mühafizə orqanlarını ora yoxlamalara yollayıb. “Corriere della Sera” qəzetinin müxbiri Luici İppolito yazır ki, “totalitar rejimlərdə rəqəmlərin qüvvəsi ideoloji dəyişkənliyə nüfuz edir ki, bu da 2011-ci il seçkilərində özünü Kreml partiyasının lehinə verilən səslərin seçki qutularındaca çoxalmasında göstərmişdi”. İndi isə vəziyyət dəyişib – rəqəmlər şuluq salır. Putini prezident görmək istəməyənlərin sayı, “Levada-mərkəz”in sorğularına görə, 55 faizə çatıb. Görəsən, bunun səbəbi nədədir? Cavablar müxtəlif ola bilər, amma Putinin gəldiyi nəticə birmənalıdır – günah rəqəmlərdə və onlarla bacarmayan “Levada-mərkəz”dədir. Elə buna görə də Kreml statistikanı nəzarət altında saxlamaq kimi “müdrik” bir qərara gəlib.
İkinci xəbər mənim sevimli Amerikamdandır. Deyim ki, orda da Obamanın işi fırıqdır. “La Stampa” qəzetinin müxbiri Paolo Mastrolilli ABŞ-ın “Reader’s Digest” jurnalının keçirdiyi sorğuya əsasən yazır ki, amerikalılar siyasətçilərdən daha çox, aktyorlara güvənirlər. Məsələn, 1099 respondentə “ölkənin başında kimi görmək istəyərdiniz” sualı verilib və qalib məşhur Hollivud aktyoru Tom Hənks olub. Ondan sonrakı yerləri isə yenə də aktyorlar Sandra Ballok, Denzel Vaşinqton və Meril Strip tutublar. Obama isə… 65-ci olub. Yaxşı ki, yanvarın sonunda keçirilən bu sorğu Rusiyada deyil, Amerikada keçirilib, yoxsa indiyədək Hənks bir yana, Hollivudun özünü də bağlatdırardılar. Amma orası Amerikadır. Belə olmasaydı, nə Ronald Reyqan prezident, nə də Arnold Şvartsenegger qubernator ola bilərdi. Onların həyatda da kinoda yaratdıqları qəhrəman obrazlarını yaşamaq imkanları olub və elə sorğudan da göründüyü kimi, hələ də var, bizimkilərdən fərqli olaraq…
Bizdə isə heç bir ənənəvi sorğu-filan keçirmək fikrinə düşən belə, deyəsən, yoxdur, çünki nə aktyorlarımıza güvənirik, nə də siyasətçilərimizə. Heç “Levada-mərkəz”imiz də yoxdur. Elə olmaması da yaxşıdır. Olsaydı, ”Ginnesin rekordlar kitabı”na düşmək imkanımız olmazdı. İndi isə əlimizə belə bir fürsət düşüb.
“Terrora yox” aksiyasında iştiraka görə həbs edilən gənclərin başı zorla lüvürtü qırxıldıqdan sonra vəkil Qurban Məmmədov onlarla həmrəylik nümayiş etdirərək saçını dibindən kəsdirib və iqtidardan narazıları da buna səsləyib. Onun fikrincə, bütün narazılar belə etsə, bu iqtidarı bəyənməyən insanların nə qədər olduğu bəlli olar. Qeyri-adi, hətta deyərdim ki, analoqu olmayan bir sorğu formasıdır, deyilmi?
Vallah, dahiyanə fikirdir. İndi kimin kim olduğu bəlli olacaq. Yoxsa nə var başını ülgüclə qırxdırmayıb narazı olmağa. Bədəbəddə qaçıb girəcəksən camaatın arasına və deyəcəksən ki, hamı necə, mən də elə. Bu da milli sorğumuzun nəticələrini doğru-dürüst hesablamağa imkan verməyəcək.
Rusiyanın da, Amerikanın da sorğuyla bağlı atacaqları addımlarının nədən ibarət olacağını bəri başdan söyləmək mümkündür. Məsələn, Tom Hənks ekranlarda göründümü, bilin ki, Amerikada Obamaya güvənənlərin sayı lap azalsa da, vətəndaşların ölkəyə güvəni elə necə yüksək idiysə də, elə də var.
Rusiyada isə “Levada-mərkəz”i bağlamasalar, bilin ki, rəqəmlərin qüvvəsi ideoloji dəyişkənliyə nüfuz edib, yəni rəqəmlər daha şuluq salmır. İnsanlara gəlincə isə onlar ya vətəndaş olmağı seçəcəklər, ya da elə təbəə olaraq qalacaqlar.
Bizə gəlincə isə… başımızı ya özümüz qırxası olacağıq, ya da qırxacaqlar.
“Qırğı balası”
Bu həftə diqqət mərkəzinə “dedovşina” ilə bağlı daha bir əcaib xəbər düşdü, amma bu dəfə “dedovşina”nın qurbanı əsgər deyil, məktəbli olmuşdu. Təəccüblənməyin, bu nə müəllim səhlənkarlığı, nə də savadsızlığıydı, əsl “dedovşina” idi. Söhbətin Sumqayıt məktəbindəki şagird ölümüylə nəticələnən hadisədən getdiyini, hörmətli oxucu, yəqin ki, anladı. Unudanlar üçün bir daha işin nə yerdə olduğunu qısaca xatırladıram. Dərsə gecikən 20-yə yaxın məktəblini dərs hissə müdiri özünün pedaqoq, məktəbinsə kazarma olmadığını unudub, sovet ordusunda hamının zəhləsi getdiyi əsl “praporşik” kimi cəzalandırmaq qərarına gəlib. Cəza isə ondan ibarət olub ki, məktəb “praporşiki” uşaqları başqa bir sinfin idman dərsinə gətirərək idman müəlliminə onları qaçırtdırmağı tapşırıb. Bədbəxtlikdən ürək xəstəsi olan 11-ci sinif şagirdi Azad İlyasov bu cəzaya dözməyib və dünyasını dəyişib. Allah ona rəhmət eləsin, valideynlərinə isə səbir və təpər versin. Böyük faciədir. Artıq məktəbin direktoru və “praporşiki” işdən azad edilib, prokurorluqsa cinayət işi açıb. Yəni bu hadisədə günahı olanlar qanuna uyğun şəkildə cəsasını alacaq. Amma bütün bunlar belə halların təkrarlanmayacağına zəmin yarada bilərmi?
Şübhəm var. İndi niyəsini izah etməyə çalışacam. Bunun üçün belə bir halın başvermə səbəblərini araşdırmaq lazımdır. İlk növbədə, dərs hissə müdirini nədən “praporşik” adlandırdığımı izah edəcəm. İzahı çox bəsitdir: predmetindən başı çıxan heç də hər bir müəllimə pedaqoq demək olmaz, çünki pedaqoq şagirdi cəzalandırmalı deyil, səhvini izah etməlidir ki, bir daha onu təkrar etməsin. Bu, məsələnin ən bəsit və üzdə olan tərəfidir. Problemin məğzinə vardığında isə işin daha qəliz olduğuyla üzləşirsən. Birincisi, müəllim atdığı addımın yanlış olduğuna