ТОП просматриваемых книг сайта:
Gələcəyə ön söz. Qulu Məhərrəmli
Читать онлайн.Название Gələcəyə ön söz
Год выпуска 0
isbn 9789952244090
Автор произведения Qulu Məhərrəmli
Издательство Altun Kitab
MDB məkanında gedən proseslərin acı təcrübəsi göstərir ki, mətbuat azadlığı üçün təhlükələr həmişə qalır. Bu təhlükələr hökumətin birbaşa və dolayı nəzarəti, siyasi basqı, iqtisadi təzyiq, çap və yayım vasitələrinin nəzarətdə saxlanması və s. ilə bağlıdır. Məsələn, çox rəmzidir ki, mətbuat azadlığı problemlərinin qızğın müzakirə edildiyi bu üç gün Ukraynada da hadisəsiz ötüşmədi. Hökumət neçə aylardan bəri susdurmağa çalışdığı ölkənin əsas müxalifət mövqeli TV-İ telekanalının təsisçilərini «hüquqi yolla» dəyişdirdi. Yerli mətbuat bunu söz azadlığına basqı kimi qəbul etdi, telekanalın jurnalist kollektivi bu addıma kütləvi etirazla cavab verdi, ölkə parlamentinin bir çox deputatı bu dəyişikliyi azad medianı susdurmaq cəhdi kimi qınadı.
Biz baş verən olayın Ukrayna mətbuatında necə işıqlandırılması ilə maraqlandıq. Məlum oldu ki, hökumətyönlü qəzetlər və telekanallar bu barədə təkidlə susur, söz azadlığına yaranmış təhlükə ilə bağlı məlumatları ölkə ictimaiyyətinə yalnız azad mətbuat çatdırırdı…
Azərbaycan sendviçlə dürmək arasında
Azərbaycanı Cənubdan və Şimaldan sendviç kimi əzirlər…
Bu siyasət davam etsə, onları iki yox, dörd tərəfdən sıxacaqlar.
Hər tərəfdən sıxılan sendviç olmur, bu, artıq dürmək olur.
Azərbaycanın geosiyasi mövqeyi barədə bizlərdə lap əvvəldən şişirdilmiş təsəvvür yaradılıb: Şərqlə Qərb burada qovuşur, biz Qafqazın incisi, Avropanın qapısıyıq. Qərbə gedən yollar burdan keçir, üç dəniz əhatəsindəyik, İpək yolunun mərkəzindəyik və sair və ilaxır. Təbii ki, bu iddialarda doğru məqamlar var, lakin gerçəklik budur ki, biz qonşu Gürcüstan qədər cazibədar geosiyasi imkanlara malik deyilik. Məsələn, bizim Avropaya və dünya dəniz sularına birbaşa çıxışımız yoxdur. Şimalda Rusiya, cənubda isə İran kimi tarixən bizi qapazaltı eləməyə fürsət axtaran qonşularımız var. Türkiyə ilə aramızda isə Moskvanın və Tehranın yəhərli atı kimi hər an minilməyə hazır olan Ermənistan dayanır. Yəni regionun xəritəsi tarixən elə cızılıb ki, biz Avropa ilə təmas üçün əlimizi mütləq hansısa ölkənin üzərindən uzatmalıyıq. Hələ nə yaxşı ki, Gürcüstan var.
Mövcud geosiyasi vəziyyətdə Azərbaycan necə xarici siyasət yeritməlidir ki, başı salamat qalsın? Bir çox politoloqların ironik yanaşmasına baxmayaraq mürəkkəb geopolitik şərait Azərbaycandan məhz balanslaşdırılmış, yəni tarazlaşdırılmış xarici siyasət yeridilməsini tələb edir. Əslində, tarazlaşdırılmış siyasət diplomatiyada kifayət qədər qəbul edilmiş və tez-tez istifadə olunan strategiyadır. Azərbaycan da çox mürəkkəb bölgədə yerləşir, imperiya yaddaşlı qonşularımızın və regionda marağı olan digər güclərin mənafeləri burada toqquşur. Ona görə Heydər Əliyevin zamanında Azərbaycanın balanslaşdırılmış siyasət adlandırılan strategiyası irəli sürülmüşdü ki, məsələn, hansısa nöqtədə Qərblə, Türkiyə ilə, İsraillə həssas olmaq lazımdır, yaxud başqa məsələlərdə Rusiya və İranla əməkdaşlıq etmək vacibdir. Yəni sistemi elə qurmaq ki, bu ölkələrin toqquşan, bir çox hallarda bir-birinə zidd olan maraqları ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxarmasın.
Azərbaycan neçə illərdir ki, məhz nefti və tarazlaşdırılmış siyasət yeritməsi sayəsində bəzi uğurlara nail olub. Lakin son iki ildə bu siyasətin ölkəmiz üçün təhlükə doğuran iri çatlar verməsi göz qabağındadır. Qərblə münasibətlərin sərtləşməsi, Rusiyadan əsən soyuq küləklər, İranın anlaşılmaz və kobud davranışları, Türkiyədən ara-sıra eşidilən incik notlar xeyli düşündürücüdür. Bu həftə xarici işlər naziri E.Məmmədyarovun İsrailə səfəri və orada Azərbaycanın Qərb dəyərlərinə sədaqəti, demokratiyaya can atması barədə bəyanatları ilə ölkəmizin baş administratoru R.Mehdiyevin İran səfərində «bədniyyətli» Qərbi yıxıb-sürüməsi arasında aşkar ziddiyyətlərin ortaya çıxmasını da bu təhlükə simptomları siyahısına yazmaq olar. Formal məntiqə görə, bu davranışlar balanslı siyasətə xidmət edir, amma siyasi gerçəklik başqa şeyləri diktə edir. Bəs nə baş verir? Bəlkə, dünya dəyişir, bəlkə, biz kral kimi lütlənirik, yoxsa balanslaşdırılmış siyasət öz sehrli gücünü itirir? Eyni zamanda bu suallara həm «hə», həm də «yox» demək olar, amma bütün hallarda problemin kökünü bu siyasətin «əmma» larında axtarmaq lazım gəlir. Nədən ibarətdir bu «əmma» lar?
Burada əsas problem odur ki, bu ölçülü-biçili siyasət diplomatiya üçün gərəkli olduğu qədər də mürəkkəb strategiyalardan biridir. Onun iki nəticəsi olur: ya hamıyla dost, ya hamıyla düşmən olursan, orta yol yoxdur. Bu mürəkkəb strategiyanın qüsursuz həyata keçirilməsi çox böyük bacarıq, həssaslıq, həm də güclü, peşəkar komanda olmasını tələb edir. Həmin komanda gərək beynəlxalq münasibətlər sistemini, diplomatiyanı o qədər dərindən bilsin (və izləsin) ki, qəliz xarici siyasət xəttini həyata keçirməyi bacarsın. Əlbəttə, ən asan strategiya hansısa bir güc mərkəzinin tərkibində olmaqdır. Məsələn, NATO-ya və Avropa Birliyinə, yaxud Rusiyanın yaratdığı Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Sazişinə üzv olmalısan. Belə qurumlara daxil olan ölkələr bir tərəfdən xarici siyasətlə bağlı o qədər də «baş sındırmırlar», ona görə ki təhlükəsizliklərinə əsas güc mərkəzi təminat verir. Bundan sonra mürəkkəb geosiyasi oyunlara diqqət ayırmağa ehtiyac qalmır. Ancaq balanslaşdırılmış siyasəti həyata keçirmək üçün 3-4 güc mərkəzi arasında elə manevrlər edib elə sistem qurmalısan ki, hər güc mərkəzi istədiyinin bir qismini səndən ala bilsin. Ala bilmədiyi hissə də o qədər həssas olmasın və bir-birini kompensasiya etsin. Bununla da ölkə, hətta maraqları toqquşan 3-4 güc mərkəzi arasında hamıyla normal münasibətlər qura bilir. Lakin lazımi bilik və bacarığa malik komanda olmayanda, həmçinin dünya gerçəklikləri nəzərə alınmayanda bu siyasətin formal davam etdirilməsi vəziyyəti mürəkkəbləşdirir, həmin ölkənin hakimiyyəti üçün ziyanlı nəticələr və təhlükələr ortaya çıxarır.
Azərbaycanın bəzi siyasətçilərinin və həvəskar politoloqlarının ölkəmizin dünya siyasətinə və regionda gedən proseslərə təsirini şişirdəndə mənim yadıma jurnalist dostumuz Azər Mürsəliyevin sözləri düşür. İndi Rusiyanın nüfuzlu «Kommersant» qəzetinin direktoru olan Azər hələ 20 il əvvəl bölgədə gedən siyasi çarpışmaları nəzərdə tutaraq deyirdi ki, Azərbaycan bilyard stolu altında gizlənmiş uşağa bənzəyir. Bu uşağın oyuna və onun nəticəsinə heç bir təsiri yoxdur, o yalnız stol üzərində zərbə ilə vurulan şarların vıyıltısını və hərəkət istiqamətini təxmin edə bilir. Bu 20 ildə geopolitika baxımından bölgədə demək olar ki, heç nə dəyişməyib, bilyard daşlarının da sayı artıb-əskilməyib. Sadəcə, indi həmin şarların hərəkəti xeyli sürətli olub və o səbəbdən də vıyıltısı daha gur eşidilir. Bizsə elə yenə öz yerimizdə, stolun altındayıq, amma bir az narahat və həyəcanlıyıq, çünki uşaq da olsaq, şarların